Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15.62 Mb.
səhifə19/51
tarix16.05.2020
ölçüsü15.62 Mb.
növüXülasə
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

278




Ünsiyyət



1287. Camaatla ünsiyyət qaydaları.

4252. İmam Əli (ə): «Camaatla elə rəftar edin ki, ölsəniz sizin üçün ağlasınlar. Sağ qalsanız isə (və ya olmasanız) sizinlə görüşməyə müştaq olsunlar.»1

4253. İmam Əli (ə) (Buyurardı):«Camaata olan ehtiyacın və ehtiyacsızlığın hər ikisi, qəlbində cəm olmalıdır. Mülayim danışığında və xoş münasibətində onlara ehtiyacın olsun, amma abrını, izzət və baş ucalığını qorumağında onlara ehtiyacın olmasın.2

4254. İmam Baqir (ə): «Camaatın işi o vaxt sahmana düşər ki, onlarla üçdə ikisi ayıq-sayıqlıq və üçdə biri görməməzliyə vurmaq və göz yummaq olan bir tərəzi gözü kimi ünsiyyət qurulsun.»3


1288. Ailə ilə ünsiyyət qaydaları.

Quran:

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Açıq-aşkar pis iş görməyincə, özlərinə verdiyiniz şeyin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, ola bilsin ki, sizə xoş gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.»4



Hədis:

4255. İmam Əli (ə) (əziz oğlu Həsənə tövsiyyəsindən): «Məbada sənin ailən sənə (bəd rəftarına) görə insanların ən bədbəxti olsun.»1

4256.İmam Əli (ə): «Kişi evini və ailəsini idarə etmək üçün təbiətinə zidd olsa belə üç işi görməlidir: xoş rəftar, qaydasında əliaçıqlıq və qeyrət, namus.»2
1289. Camaatla ünsiyyətdə layiqli olanlar.

4257. Allahın Peyğəmbəri (s): «Oturub durduğun adamla yaxşı rəftar et ki, müsəlman olasan.»3

4258. İmam Əli (ə): «Camaatla öz diliniz və bədəninizlə qaynayıb-qarışın, qəlb və əməllərinizlə onlardan uzaq durun.»4

4259. İmam Əli (ə): «Canını və malını qardaşına fəda et. Ədalət və insafını isə düşməninə hədiyyə et. Xoş sifətini və yaxşılığını ümumi camaata bağışla.»5

4260. İmam Əli (ə): «Özünü dostluqda sadiq et. Özünü camaatın zəhmətlərinə (və ya xərclərinə) dözməyə vadar et.»6

4261. İmam Əli (ə): «Hər kim camaatla xoşlamadığı tərzdə rəftar etsə, camaat onun barəsində bilmədikləri şeyləri danışacaq.»7

4262. İmam Həsən (ə): «Camaatla, özünə qarşı edilməsini istədiyin cür rəftar edin.»8

4263. İmam Sadiq (ə): «Camatla xoş rəftar ağıllı olmağın üçdə biridir.»9

4264. İmam Kazim (ə): «Camaatla dostluq etmək ağılın yarısıdır.»10


279




Aşura



1290. Aşura.

4265. İmam Səccad (ə): «Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.»1

4266. İmam Baqir (ə) (Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə hədisdə):«…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın... Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər.Dedim:Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun «Vəliye dəm»i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin.»2

4267. İmam Sadiq (ə): «Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar (cənnətlik olar).»3

4268. İmam Rza (ə): «Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər.»4

4269. İmam Rza (ə): «Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər.» Həzrət sonra buyurdu: «Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür.»1




280




Eşq



1291.Eşqin pislənilməsi.

4270. İmam Əli (ə): «Hicran eşqin cəfasıdır»1.

4271. İmam Əli (ə): «Hər kim nəyə aşiq olarsa, həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür.»2

4272. İmam Sadiq (ə)(Eşq barədə suala cavabından):«Qəlblər Allahı yad etməkdən boşalar və Allah özündən qeyrisinin məhəbbətini onlara dadızdırar.»3


1292. Pak eşqin mükafatı.

4273. Allahın Peyğəmbəri (s): «Hər kim aşiq olsa, öz eşqini gizlətsə, iffətli olsa və bu halda ölərsə, o, şəhiddir.»4

4274. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olanın əcri, günah etməyə imkanı olduğu halda, iffətli olanın əcrindən çox deyil.»5
1293. Allah eşqi.

4275. Allahın Peyğəmbəri (s): «Allah buyurur: «Mənimlə olan məşğuliyyət bəndənin canına qalib gəlsə, onun istək və ləzzətlərini məni xatırlamaqda qərar verərəm. İstək və ləzzətini Məni xatırlamaqda qərar verdikdə, Mənə aşiq olar, Mən də onun aşiqi olaram. Bir-birimizə aşiq olduqda, Özümlə onun arasındakı pərdəni götürər, bunu (Öz camal və cəlalımı görməyi) canına hakim edərəm. Belə ki, camaat səhv edəndə, o, səhvə yol verməz.»1



281




Təəssüb



1294. Təəssüb.

Quran:

«Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürünə və təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə Öz dərgahından xatircəmlik, qəlb rahatlığı göndərmiş və onlara təqva kəlməsini xoş etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!»1



Hədis:

4276. Allahın Peyğəmbəri (s): «Təəssübkeşlik edən və yaxud təəssübü çəkilən, iman halqasını öz boynundan açmışdır.»2

4277. Allahın Peyğəmbəri (s): «Hər kimin qəlbində xardal dənəsi boyda olsa belə təəssüb olarsa, Allah qiyamət günündə onu cahiyyət dövrünün ərəbləri ilə birgə dirildər.»3

4278. Allahın Peyğəmbəri (s): «Təəssübkeşliyə çağıran kimsə bizdən deyil. Təəssüb yolunda döyüşən də bizdən deyil. Təəssüblə ölən kimsə bizdən deyil.»4

4279. İmam Əli (ə) (İblisi pisləyərkən):–«Öz yaradılma səbəbinə (oddan olduğuna) görə Adəmə öyündü və əslinə, gövhərinə xatir, ona qarşı təəssübə qapandı. Bu, Allahın düşməni, təəssübkeşlərin rəhbəri, təkəbbürlülərin və özünü böyük görənlərin başçısıdır. O, həm təəssübün bünövrəsini qoydu və həm də qüdrət, böyüklük üstündə Allahla çəkişməyə qalxdı, əyninə izzət paltarı geyinib təvazökarlıq nigabını uzağa atdı.»1

4280. İmam Səccad (ə) (Təəssübkeşliyə aid suala cavabından): «Sahibi ona görə günaha batan təəssübkeşlik budur ki, insan öz qövmünün pisliklərini başqa qövmün yaxşılıqlarından üstün saysın. Kimsənin öz qövmünü və camaatını sevməsi, təəssübdən deyil. Təəssüb odur ki, zülmdə öz qövmünə kömək edəsən.»2




1225. Bəyənilmiş təəssüb.

4281. İmam Əli (ə) (Qasiə xütbəsindən): «Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid ərəb ailələri və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır.Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin.» 3

4282. İmam Əli (ə): «Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin.»4




Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə