Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə21/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

284




İffət



1301. İffətli olmağa həvəsləndirmək.

Quran:

«Evlənməyə qüvvəsi olmayanlar, Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətli olsunlar.»1

«O qədər iffətlidirlər ki, kimsə hallarından xəbərdar olmasa onların qüdrətli olduğunu sanar.»2

Hədis:

4304. Allahın Peyğəmbəri (s): «Allah həyalı və mətanətli insanı sevər və həyasız, inadkar dilənçiyə nifrət edər.»3

4305. İmam Əli (ə): «Allah yolunda cihad edib şəhid olan kimsənin əcri, günah etməyə qadir olsa da, iffətli olanın əcrindən çox deyil. Pak, iffətli insan Allahın mələklərindən olmağa yaxındır.»4

4306. İmam Əli (ə): «İffət hər yaxşılığın başıdır.»5

4307. İmam Əli (ə): «İffət ən yüksək alicənablıqdır.»6

4308. İmam Əli (ə): «İffət nəfsi qoruyur və onu alçaqlıqdan uzaq saxlayır.»7

4309. İmam Əli (ə): «Gözəlliyin zəkatı iffətli olmaqdır.»8

4310. İmam Sadiq (ə): «Camaatın arvadlarına qarşı iffətli olun ki, sizin arvadlarınıza qarşı da iffətli olsunlar.»9


1302. Qarınqululuq və şəhvətdən iffətə həvəsləndirmək.

4311. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin çoxu iki səbəbdən oda atılar: qarın və ayıb yeri.»1

4312. Allahın Peyğəmbəri (s): «Musa (ə) ayıb yerini və qarnının yeməyini pak saxlamağın müqabilində, özünü səkkiz və ya on il müddətinə muzdura çevirdi.»2

4313. İmam Baqir (ə): «Allaha, qarnını və ayıb yerini pak saxlamaqdan üstün bir ibadət edilməmişdir.»3


1303. İffətin kökü.

4314. İmam Əli (ə): «İffrətin kökü qənaətdir4, meyvəsi isə qəm-qüssənin azalması.»5

4315. İmam Əli (ə): «Maaşa şad olmaq sonda iffətə (və haram maldan iffət gözləməyə) səbəb olar.»6

4316. İmam Əli (ə): «Kişinin dəyəri və əndazəsi onun zəhmətinin əndazəsiylədir....Onun paklığı isə qeyrəti qədərdir.»7

4317. İmam Əli (ə): «Hər kim ağıllı olsa, iffətli olar.»8
1304. İffətin meyvəsi.

4318. Allahın Peyğəmbəri (s): «İffətdən şaxələnən təvazökarlıq, faydalanma, asayiş, itaətkarlıq, təfəkkür, bağışlama və səxavət olar. Bunlar Allahdan və Onun qismətindən razı olan ağıllı insana dindarlığı səbəbindən hasil olan xislətlərdir.»9

4319. İmam Əli (ə): «İffət şəhvəti aciz qoyar.»10

4320. İmam Əli (ə): «İffətin meyvəsi qənaətdir.»1

4321. İmam Əli (ə): «İffətin meyvəsi özünü saxlamaqdır.»2

4322. İmam Əli (ə): «Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr.»3

4323. İmam Əli (ə): «Əməllər iffətlə paklaşar (və ya çoxalar və onların mükafatı artar).»4


285




Bağışlamaq



1305. Bağışlamağın dəyər-qiyməti.

Quran:

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz.»1

«Onlar bolluqda da, qıtlıqda da mallarını yoxsullara xərcləyər, qəzəblərini udar və insanların xətalarından keçərlər. Allah yaxşılıq edənləri sevər.»2

Hədis:

4324. Allahın Peyğəmbəri (s): «vaxt qəzəbiniz tutsa, onu əfv və güzəştlə özünüzdən uzaqlaşdırın. Çünki qiyamət günündə carçı car çəkəcək ki, hər kimin Allahda muzdu varsa qalxsın. Bu zaman bağışlayanlardan başqa heç kim qalxmayacaq. Allah-taalanın «Kim bağışlasa və barışsa onun mükafatı Allahın yanındadır» buyurduğunu eşitmisinizmi?»3

4325. Allahın Peyğəmbəri (s): «Allah çox güzəşt edəndir və güzəşti sevər.»4

4326. Allahın Peyğəmbəri (s): «Güzəşt sizinlə olsun. Çünki güzəşt yal­nız bəndənin izzətini artırar. Belə isə bir-birinizə güzəşt edin ki, Allah sizə izzət bəxş etsin.»5

4327. Allahın Peyğəmbəri (s): «Kim çox güzəştcil olsa, ömrü uzun olar.»6

4328. Allahın Peyğəmbəri (s): «Xətakarların büdrəmələrindən keçin ki, bu səbəbə Allah sizi təyin etdiyi çətin hallardan qorusun.»1

4329. İmam Baqir (ə): «Güzəştə görə peşmançılıq, cəza verməyə görə peşmançılıqdan daha üstün və daha asandır.»2

4330. İmam Sadiq (ə): «Üç şey dünya və axirətin dəyərli xislətlə­rindəndir: sənə zülm etmiş kimsəni bağışlamaq, səndən qopmuş şəxsə birləşmək və sənə qarşı cahilyana hərəkət edildikdə səbrli olmaq.»3


1306. Yaxşı şəkildə güzəştə həvəsləndirmək.

Quran:

«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə yaratdıq. Qiyamət vaxtımütləq gələcəkdir. Sən onları böyüklüklə bağışla.»4



Hədis:

4331. İmam Əli (ə): «Kimsə günaha görə kimsəni danlayıb əziyyət verərsə, o, güzəşt etməmişdir.»5

4332. İmam Rza (ə) («Onları böyüklüklə bağışlaayəsi barədə): «Bura­da məqsəd cəfa vermədən, pisləmədən və danlamadan bağışla­maqdır.»6
1307. Qüdrət sahibi olarkən güzəşt etməyə həvəsləndirmək.

4333. Allahın Peyğəmbəri (s): «Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.»7

4334. İmam Əli (ə): «Hər gah düşmənindən qüdrətli olsan, ona güzəştini ondan qüdrətli olmağının şükrünə çevir.»8

4335. İmam Əli (ə): «Güzəşt qələbənin zəkatıdır.»2

4336. İmam Hüseyn (ə): «İnsanın ən güzəştcili, qüdrətli olduğu vaxt güzəşt edəndir.»3
1308. Güzəşt və ürəkləri cəlb etmək.

4337. Allahın Peyğəmbəri (s) (öz xidmətçilərindən ona şikayət edən kişiyə buyurduqlarından):–«Onları bağışla ki, qəlblərini özünlə barışdırasan.» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Onlar ədəbsizlikdə bir-birindən fərqlənirlər.» Həzrət buyurdu: «Onlara qarşı güzəştcil ol.» Həmin kişi buyurulanlara itaət etdi.»4

4338. İmam Əli (ə) (əziz övladı Həsənə (ə) tövsiyyələrindən):–«Hərgah onlardan (nökər və qulluçqulardan) kimsə günahlarına görə cəzalanmaya layiq olsa, onu yaxşı şəkildə danla. Çünki güzəştlə birgə danlamaq, ağlı və dərrakəsi olan üçün döyməkdən daha ağırdır.»5

1309. Yersiz güzəştlər.

4339. İmam Əli (ə): «Güzəşt alicənab insanı islah etdiyi kimi, alçaq insanı da bir o qədər korlayar.»6

4340. İmam Əli (ə): «Yaxşıya mükafat ver və pisdən keç. Bu şərtlə ki, dinə ziyan vurmasın və ya İslamın qüdrətinə zəiflik gətirməsin.»7
1310. Allahın bağışlamağı.

Quran:

«Şübhəsiz ki, Allah əfv edən və bağışlayandır.»1



Hədis:

4341. Allahın Peyğəmbəri (s) (Qədr gecəsinin duası haqda Aişənin sualına cavabından):–«Deyirsən: Ey Allah! Sən bağışlayansan və güzəşti, bağışlamağı sevirsən. Belə isə məni bağışla.»2

4342. «Tənbihul-Xəvatir»: Bədəvi bir ərəb dedi: «Ey Allahın Peyğəmbəri! Qiyamət günü məxluqlarla kim haqq-hesab çəkəcək?» Buyurdu: «Böyük Allah.» Bədəvi soruşdu: «Kəbənin Allahına and olsun ki, xilas olmuşuq.» Həzrət buyurdu: «Necə, ey səhra sakini?» Ərz etdi: «Çünki kəramət sahibi qüdrətli olarsa, bağışlayar.»3

4343. İmam Əli (ə): «Ey Allah bəndələrinin camaatı! Həqiqətən, Allah sizi irili-xırdalı, gizlin və aşkar işlərinizə görə sorğu-sual edəcək. O zaman sizə cəza versə bilin ki, verilən cəzadan çox zülmkar olmusunuz. Əgər bağışlasa, Allah ondan daha çox bağışlayandır.»4

4344. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənin bağışlamağını fikir-ləşirəm, xəta və günahlarım mənə asan gəlir. Sonra Sənin cəzalarının ağırlığı yadıma düşür, bəla və narahatlığım mənə böyük görünür.»6

4345. İmam Əli (ə): «İlahi! Mənimlə öz haqqı gözləməyinlə deyil, güzəştinlə rəftar et.»5

4346. İmam Əli (ə): «Hər kim özünü Allahın haramlarından saxlasa, Allahın bəxşişi ona tərəf tələsər.6

4347. İmam Əli (ə): «Ancaq Allah öz bəndələrini cürbəcür çətinliklərlə sınayır və müxtəlif səylərlə bəndəliyinə doğru çəkir. Bir çox çətinlik və narahatlıqlara mübtəla edir ki, bu yolla təkəbbürü qəlbindən çıxarıb təvazökarlığı ruhlarında qərar versin və onu öz fəzlinə doğru açılan qapıya və öz bağışlamağı üçün asan bir vasitəyə çevirsin.»7

4348. İmam Sadiq (ə) (Həmişə deyərdi):–«İlahi! Sən güzəşt etməyə mənim cəza çəkməyimdən daha layiqsən.»8


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin