|
|
səhifə | 26/51 | tarix | 16.05.2020 | ölçüsü | 15,62 Mb. | | #102611 | növü | Xülasə |
| 292
Əhd
1370. Əhdinə vəfalı olmağa həvəsləndirmək.
Quran:
« …əhd edəndə ona sadiq olanlardır.»1
Hədis:
4649. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar halalın şərtlərinə və öz əhdlərinə sadiqlərdir.»2
4650. Allahın Peyğəmbəri (s): «Bilin ki, kimsə öz əhdlisinə (əhli zimmədən olan) zülm etsə, ya haqqını az versə və ya gücündən çox boynuna vəzifə qoysa, yaxud da razılığı olmadan ondan nəsə alsa, qiyamət günü mən onunla düşmən və iddiaçı tərəf olaram.»3
4651. Allahın Peyğəmbəri (s): «Nə vaxt (ümmət) əhdinə xilaf çıxarlarsa, Allah-taala düşmənlərini onlar üzərində hakim edər.»4
4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur.»5
4653. İmam Əli (ə): «Əhdlər qiyamət gününə qədər boyunlardan asılacaq xaltadır. Onlara riayət edənə Allah-taala yaxşılıq edər. Kim onlara xilaf çıxarsa, Allah ona yardımlarını əsirgəyər. Hər kim əhdini yüngül sansa, əhdi ondan əhdə sadiqliyə təkid edən və öz yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək.»6
4654. İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından): «Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona hörmət məsələsində həmrəydirlər.»1
4655. İmam Əli (ə): «Sözündə düz olmaq (verdiyi əhdə sadiq qalmaq) imandandır.»2
4656. İmam Əli (ə): «Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur.»3
4657. İmam Baqir (ə): «Allah-taala heç kimə üç şeyin əleyhinə getməyə icazə verməmişdir: …, yaxşı və pis əməl sahibinə verilən əhdə riayət etmək.»4
4658. İmam Baqir (ə) («Öz ipliyini pambıq edən qadın kimi olmayın…» ayəsi ilə əlaqədar buyurduqlarından): «Öz ipliyini əyirən qadın bəni Təmimdən olan ibn Mərrənin arvadı, Kəb bin Sədin Rabtə (Reyrə) adlı qızı idi. O, axmaq bir qadın idi və yun əyirər, əyirdiklərindən pambıq hazırlayar və onu yenidən əyirərdi. Buna görə də Allah-taala buyurmuşdur: «Öz ipliyini pambıq edən qadın kimi…» Allah-taala vəfalı olmağı əmr etmiş və əhdə vəfasızlıqdan çəkindirmişdir. Bu misalı da ona görə çəkmişdir.»5
4659. İmam Sadiq (ə) («Ey iman gətirənlər! Verdiyiniz qərarlarda vəfalı olun.» ayəsinə aid suala cavabından): «Burada, verilən əhdlər nəzərdə tutulur.»6
Dostları ilə paylaş: |
|
|