293
Məad
1371. Məad.
4660. Loğman (ə) (Öz oğluna verdiyi öyüddən): «Övladım! Əgər ölümə şəkkin varsa, yuxunu özündən uzaqlaşdır. Ancaq bil ki, bunu heç vaxt bacarmayacaqsan. Əgər yenidən dirilməyə şübhən varsa, onda yuxudan oyanmağı özündən uzaqlaşdır. Ancaq bil ki, heç vaxt bunu da bacarmaya-caqsan.»1
4661. Allahın Peyğəmbəri (s): «Məad əməl meydanıdır. (Dünyada) İş görən (məadda) xoşhal və fayda götürənlərdən olar. (İş üçün fürsəti) Əldən verən isə qəmli və peşman olar.»2
4662. İmam Səccad (ə): «Ey Adəm övladı! Bil ki, bu günün arxasınca daha böyük, daha qorxulu və qəlblər üçün daha ağrılı gün gələcək. Həmin gün qiyamət günüdür. Həmin gün insanlar bir yerə toplanacaq və həmin gün hamı olacaq. Belə bir gündə Allah-taala yaratdığı ilk və son məxluqu bir yerə yığacaq.»3
1372. Məadı sübuta yetirən dəlillər.
Quran:
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?.»4
«Yoxsa, Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»1
«Öz yaradılışını unudub bizimçün bir misal çəkdi: «Bu çürümüş sümükləri kim dirildəcək?» De ki: «Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər məxluqu biləndir.»2
«İnsan deyir: «Mən öldükdən sonra tezliklə qəbirdən dirildilib çıxardılacağam?» İnsan onu ilk öncə heç nəyin olmadığı vaxt yaratdığımızı xatırlamırmı?»3
«Odur məxluqları xəlq edən, sonra onları (öldükdən sonra) yenidən yaradır. Bu (yenidən diriltmək) Onunçün çox asandır. Göylərdə və yerdə olan ən üstün sifətlər Ona məxsusdur. Odur hikmətli və əziz.»4
«Allahın rəhmətinin nişanələrinə bax ki, torpağı solduqdan sonra necə dirildir. Bu elə ölüləri dirildən Allahdır. O, hər şeyə qadirdir.»5
«Buludları hərəkətə gətirmək üçün küləkləri göndərən Allahdır. Biz o buludu ölü torpaqlara tərəf qovur və onunla cansız torpaqları dirildirik. İnsanların dirildilməsi də belədir.»6
1373. Qiyamət gününün yaxında olması.
Quran:
«İnsanların haqq-hesab günü yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər.»7
Hədis:
4663. Allahın Peyğəmbəri (s) (Şəhadət barmağı ilə orta barmağını yanaşı göstərərək): «Mənim dirildilməyimlə qiyamət (arasındakı zaman fasiləsi) iki barmaq qədərdir.» Sonra buyurdu: «And olsun canım Onun əlində olana ki, mən qiyamət gününü öz çiynimdə hiss edirəm.»8
4664. İmam Əli (ə): «Siz və qiyamət bir kəndirə bağlanmısınız.»1
1374. Yalnız Allah qiyamət gününün nə vaxt çatacağından xəbərdardır.
Quran:
«Camaat səndən qiyamət gününün nə vaxt olacağını soruşar. De ki, «onu ancaq Allah bilər.» Nə bilirsən, bəlkə də tezliklə olacaq.»2
Hədis:
4665. İmam Sadiq (ə): «İsa ibn Məryəm (ə) Cəbrayıldan (ə) soruşur: «Qiyamət nə vaxt olacaq?» Cəbrayıl elə halsız və narahat olur ki, huşunu itirir. Özünə gəldikdə deyir: «Ey Allahın ruhu! Mən bu barədə sənin bildiyindən çox bilmirəm. Göylərdə və yerlərdə olan Allaha məxsusdur. Qiyamət gözlənilmədən və xəbərsiz sizi yaxalayar.»3
1375. Qiyamətin yaxınlaşmağının nişanələri.
Quran:
«Qiyamətin qəfil başlarının üstünü almasınımı gözləyirlər? Hər an qiyamətin gəlməyinin nişanələri aşkar görünür. Qiyamət qopduqda nəsihət götürməyin nə faydası?»4
«Sur çalınacaq. Sonra yalnız Allahın istədiklərindən savayı göylərdə və yerlərdə olanlar hamısı bihuş olacaqlar (öləcəklər). Sonra bir daha Sur çalınacaq və yerlərindən dərhal qalxıb baxacaqlar.»5
«Yer üzü ən ağır titrəyişlərlə titrədildiyi vaxt… »6
«Elə deyil, yer dağılıb parça-parça olanda….»7
«Dağlar sürətlə yerindən qopar.»8
«Dağlar didilmiş yun kimi olacaq.»1
«Dənizlərin yarıldığı an…»2
«Günəş sönük olanda, ulduzların işığı yox olanda… »3
«Ulduzlar dağılıb səpələnəndə…»4
«Göy həmin gün süstləşib parçalanar.»5
1376.Qəbrlərdən çölə çıxılan gün.
Quran:
«Dəhşətli tükürpədici səsi doğrudan-doğruya eşidəcəkləri gün qəbrlərdən çıxma günüdür.»6
Hədis:
4666. İmam Səccad (ə): «Adəm övladının ən ağır anları üç andır: ölüm mələyini gördüyü an, öz gorundan çıxdığı və böyük Allahın dərgahında dayandığı an.»7
1377.Məhşərin xüsusiyyətləri.
4667. Allahın Peyğəmbəri (s): «İnsan yaşamış olduğu kimi ölər, öldüyü şəkildə də dirildilər.»8
4668. Allahın Peyğəmbəri (s): «Həqiqətən də, sizlər ayağıyalın, çılpaq və sünnətsiz halda Allahın görüşünə gətiriləcəksiniz.»9
4669. Allahın Peyğəmbəri (s): «Qiyamət günündə hamı susuz olacaq.»10
4670. İmam Əli (ə): «Ey yolunu azmış bixəbər! Yol göstərən nəsihətçini dinlə! Qiyamət günü əməllərin göstərildiyi, sorğu-sual, cəza və mükafatın verildiyi gündür. Elə bir gündür ki, insanların əməlləri ora qaytarılar və bütün günahlar hesablanar. Belə bir gündə, gözlərin halqası közərər, hamilələr qarınlarında olanı salarlar.»1
4671. İmam Əli (ə): «Qiyamət günü elə bir gündür ki, Allah-taala haqq-hesab və əməllərin cəzasını vermək üçün bütün insanları- ilk insandan tutmuş, sonuncu nəfərə qədər– başlarını aşağı dikib boyunları bükük, başlarından və üz-gözlərindən tər axan, torpağın onları silkələdiyi bir halətdə bir yerə yığdığı gündür. (Həmin gün) İnsanların ən xoşhalı, ayağını qoymağa və özünə yer tapa biləndir.»2
1378. Təqvalılar qiyamət günündə.
4672. Allahın Peyğəmbəri (s) («Təqvalıları mərhəmətli Allahın dərgahına elçilər qismində toplayırıq» ayəsi barədə buyurduğundan):«Onlar Allahın təqva yolunu tutan insanlardır. Allah onları sevmiş, seçmiş və əməllərindən razı olmuşdur. Buna görə də onları təqvalılar adlandırmışdır.»3
1379. Günah edənlər qiyamət günündə.
4673. İmam Sadiq (ə): «Hər kim müsəlmanlarla ikiüzlü və ikidilli rəftar edərsə, qiyamət gününə oddan iki dili olan insan kimi gətiriləcəkdir.»4
4674. İmam Sadiq (ə): «Hər kim zülm və haqsızlıqla öz qardaşının malını yesə və ona qaytarmasa, qiyamət günündə oddan qığılcım udar.»5
4675. İmam Sadiq (ə): «Camaatı aldatmaq üçün Quran oxuyan, qiyamət gününə üzü sür-sümüklü və ətsiz halda gətirilər.»6
4676. İmam Sadiq (ə): «(Qiyamət günündə) Təkəbbürlü insanlar qarışqa halına salınacaq və Allah-taala öz bəndələri ilə haqq-hesab çəkənə qədər insanlar onları daima ayaqları altında əzəcəklər.»7
4677. İmam Sadiq (ə): «Qiyamət günü gələndə carçı car çəkəcək ki, hardadır mənim dostlarımdan üz döndərənlər? (və ya onları hüquqlarından məhrum edənlər və yaxud onlara rişxənd edənlər).» Sonra üzlərində ət olmayan bir dəstə yerindən qalxacaq və onlara deyiləcək: «Bunlardır, möminləri incidən, onlarla düşmənçilik və onlara qarşı inadkarlıq edənlər. Dinlərinə görə onları bərk məzəmmət edən kimsələrdir.» Bu zaman onları cəhənnəmə aparılmaları əmr olunacaq.»1
1380. Əməl dəftəri.
Quran:
«Biz hər bir insanın yaxşı və pis əməlini öz boynundan asar və qiyamət günü açıq kitab kimi qarşısına qoyarıq. (və ona belə deyərik) Oxu kitabını.
Bu gün özün-özünlə haqq-hesab çəkməyə bəs edərsən.»2
Dostları ilə paylaş: |