Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə31/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

301




Fırıldaq və əliəyrilik



1409. Fırıldaqçılığın pislənməsi.

4784. Allahın Peyğəmbəri (s): «Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.»1

4785. Allahın Peyğəmbəri (s): «Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.»2

4786. «Kənzul-Ummal»: «Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»3

4787. İmam Əli (ə) (Ona görənlərdən birinə tövsiyyəsindən): «Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.»4

4788. İmam Əli (ə): «Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.»5

4789. İmam Sadiq (ə): «Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»6

4790. «əl-Kafi»: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: «Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və (alqı-satqıda) fırıldaq rəva deyil.»1


302




Qəsb etmək



1410. Qəsb etmək.

4791. Allahın Peyğəmbəri (s): «Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.»1

4792. Allahın Peyğəmbəri (s): «Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.»2

4793. Allahın Peyğəmbəri (s): «Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.»3

4794. İmam Əli (ə): «Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.»4,5

4795. İmam Sadiq (ə): (Haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından): «Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.»6

4796. İmam Əli (ə): «Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.»7


303




Qəzəb



1411. Qəzəb bütün pisliklərin açarıdır.

4797. Allahın Peyğəmbəri (s): «Qəzəb şeytan alovunun bir hissəsidir.»1

4798. İmam Əli (ə): «Qəzəb və sərtlik dəliliyin bir növüdür. Çünki bunlara sahib olan peşmançılıq çəkər. Əgər peşman olmasa, dəliliyi qətidir.»2

4799. İmam Sadiq (ə): «Qəzəb hər bir pisliyin açarıdır.»3

4800. İmam Sadiq (ə): «Qəzəb müdrik şəxsin qəlbini məhv edəndir.»4
1412. Qəzəbə hakim olmağa həvəsləndirmək.

4801. Allahın Peyğəmbəri (s): «Sizə ən güclünüzdən xəbər verimmi? Bu, qəzəbli olanda özünü saxlayanınızdır.»5

4802. İmam Baqir (ə): «Heç bir güc, qəzəbin qarşısını almaq qədər deyil.»6

4803. İmam Sadiq (ə): «Kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil.»7


1413. Qəzəbi söndürməyə həvəslənmək.

Quran:

«Onlar qəzəblərini udar, insanların günahlarından keçərlər.»8

«O kəslər ki, qəzəbləndikləri zaman bağışlayırlar.»2

Hədis:

4804. Allahın Peyğəmbəri (s): «Həqiqətən, cəhənnəmin qapısı var ki, oradan yalnız Allaha qarşı günahlarla öz qəzəbini sakitləşdirən girər.»3

4805. Allahın Peyğəmbəri (s): «Kim qəzəbinin qarşısını almasa, Allah da ona qarşı əzabının qarşısını almaz.»4

4806. İmam Baqir (ə): «Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb daşırar.»5

4807. İmam Sadiq (ə): «Qəzəb, ona qarşı dözümü olan üçün nə qədər gözəl qurtumdur.»6
1413. Qəzəbin dərmanı.

4808. Allahın Peyğəmbəri (s): «Ey Əli! Qəzəblənmə və qəzəblənsən də otur və Allahın bəndələr üzərində qüdrəti və onlara etdiyi güzəşt barədə düşün. Sənə «Allahdan qorx» deyilsə, qəzəbini kənara qoy, öz güzəşt və səbrinə müraciət et.»7

4809. İmam Əli (ə): «Qəzəbinizə susmaqla, nəfsin istəklərinə ağılla dərman edin.»8
1415. Qəzəb, Allaha sitayişin yolunda.

4810. Musa (ə): «Pərvərdigara! Kimlərdir, Sənin sayəndən qeyri bir kölgənin olmadığı bir vaxtda ərşində olan o bəndələrin?» Allah ona vəhy buyurdu: «Mənim haramlarım halal sayılanda yaralı pələng kimi qəzəblənən kimsələr.»9

4811. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) dünyaya görə qəzəblənmirdi. Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə Onun qəzəbinin qarşısını ala bilməzdi.»1

4812. İmam Əli (ə): «Kim yaramaz adamlarla düşmən olub Allaha xatir qəzəblənsə, Allah ondan ötrü qəzəblənər və qiyaəmət günündə onu şad edər.»2





Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin