306
Kin və xəyanət
Quran:
«Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, paxıllığa yer vermə.»1
«Biz onların ürəklərindən kin-küdurəti çıxarıb atdıq.»2
Hədis:
4847. İsa (ə): «Ey dünyanın bəndələri! (Dərvişlər kimi) Başlarınızı qırxır, köynəklərinizi qısaldır, başlarınızı aşağı dikir, kini qəlblərinizdən qoparıb atmırsınız.»3
4848. Allahın Peyğəmbəri (s): «Mənim ümmətim bir-birinə kin bəsləməsə, heç vaxt onların arasında düşmənçilik baş qaldıra bilməz.»4
4849. İmam Əli(ə): «Kin pis bir toxumdur.»5
4850. İmam Əli (ə): «Kin yaxşı işləri aradan götürər.»6
4851. İmam Əli(ə): «Kinli qəlblərin ən pisi paxıl və kinli insanın ürəyidir.»7
1426.Ürəyin barələrində xəyanət və nadürüstlük etməli olmadığı şeylər.
4852. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, müsəlman insanın ürəyi onlara qarşı xəyanət və nadürüstlüyü rəva görməz: əməlini Allah üçün saflaşdırmaq (ixlaslı etmək), xeyirxahlıq, hakimlərə nəsihət vermək və müsəlman cəmiyyəti ilə birlik. Çünki dəvət və risaləti onları hər tərəfdən əhatə etmişdir.»1
1427.Qənimətə xəyanət.
Quran:
«Heç bir peyğəmbərə (qənimətlərə) xəyanət etmək yaraşmaz. Kim nəyə xəyanət edibsə, qiyamət günündə onu özü ilə gətirər.»2
Hədis:
4853. İbn Abbas: «Heç bir peyğəmbərə yaraşmaz ki...» ayəsi Bədr döyüşü günündə itmiş qırmızı rəngli örtük barədədir. Bu zaman bəziləri demişdilər: «Bəlkə peyğəmbər (s) onu götürmüş olar.» Sonra Allah-taala bu ayəni nazil etdi: «Heç bir peyğəmbərə…»3
4854. Ömər: «Xeybər döyüşü günündə Peyğəmbərin (s) səhabələrindən bir dəstə gəlib dedi: «Filankəs şəhid oldu, behmankəs şəhid oldu, filan şəxs şəhid oldu və s.» Nəhayət bir nəfərin adına çatanda dedilər ki, o da şəhid olmuşdur. Bu zaman peyğəmbər (s) buyurdu: «Yox, mən onu qənimətlərdən bir əbaya görə odda yanan gördüm.»4
4855. İmam Sadiq (ə): «Ğulul5 imamdan oğurlanan hər bir şey və (eləcə də) şübhəli olduğu halda yetimin malını və bir də şübhəli olduğu halda haramı yeməkdir.»6
307
Ğuluv
1428. Dində ifrata varmaqdan çəkinmək.
Quran:
«Ey Kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa, ancaq Allahın Peyğəmbəri, Onun tərəfindən bir söz idi...» 1
Hədis:
4856. Allahın Peyğəmbəri (s): «Məni öz haqqımdan (və həddimdən) yuxarı qaldırmayın. Allah-taala məni peyğəmbər etməzdən əvvəl (özünə) bəndə yaratmışdır.» 2
4857. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətimin onlara çatmayacağı iki dəstə var: dikbaş, zülmkar padşah və dində həddini aşaraq dindən çıxan və bu əməlinə görə tövbə etməyib ondan əl çəkməyən.»3
4858. Allahın Peyğəmbəri (s): «Ey Əli! Sənin bu ümmət arasında əhvalatın bir dəstənin onu sevməkdə həddini aşdıqları, digər dəstənin isə ona düşmən kəsilərkən düşmənçilikdə ifrata vardıqları Məryəm oğlu İsanın əhvalatına bənzəyir.» Sonra bu vəhy nazil oldu: «Məryəm oğlu İsanın məsəli çəkilincə, sənin qövmün sevincdən qəhqəhə çəkib güldü.»4,5
4859. İmam Əli (ə): «Mənimlə əlaqədar iki nəfər məhvə uğradı: ifrata varan dost və kinli düşmən.»6
4860. İmam Əli (ə): «İlahi! Məryəm oğlu İsa xaçpərəstlərdən bezdiyi kimi mən də öz haqqımda ifrata varanlardan bezmişəm. İlahi! Onları həmişəlik tənha və köməksiz qoy və onların heç birinə kömək yetirmə.»1
4861. İmam Əli (ə): «Bizim haqqımızda həddinizi aşmaqdan çəkinin və bizləri (Allah tərəfindən) böyüdülmüş bəndələrdən sayın. Belə olduqda, bizim fəzilətimiz barədə nə istəsəniz deyin.»2
4862. İmam Sadiq (ə): «Ayıq olun ki, həddini aşanlar gənclərinizi korlamasın. Çünki həddini aşanlar Allahın yaratdıqlarının ən pisidirlər. Allahın əzəmətini azaldır və Onun bəndələri üçün tanrılıq iddiası edirlər. Allaha and olsun ki, həddini aşanlar xaçpərəst, yəhudi, məcuslardan və müşriklərdən pisdirlər.» Həzrət sonra buyurdu: «Həddini aşan və ifrata varan bizim yanımıza qayıdacaq, ancaq biz onları qəbul etməyəcəyik. Öz hədlərindən aşağı olanlar bizə qoşulacaq və biz onları qəbul edəcəyik.» Ərz olundu: «Səbəbi nədir, yabnə Rəsulullah?» Buyurdu: «Çünki həddini aşan kimsə namazı, zəkatı, orucu və həcci tərk etməyə öyrəşib və heç vaxt öz adətlərindən əl çəkməyə, Allahın itaətinə üz tutmağa qadir olmayacaqdır. Ancaq həddindən az olanlar həqiqəti dərk etdikdə ibadət edəcək və Allaha tabe olacaq.»3
4863. İmam Sadiq (ə): «Bir dəstə Əmirəl-möminin (ə) yanına gəlib ərz etdi: «Salam olsun sənə, ey bizim tanrımız.» Həzrət onlardan tövbə etmələrini (bu əqidələrindən əl çəkmələrini) istədi, ancaq onlar tövbə etmədilər. Sonra İmam çala qazıb orada tonqal qaladı və onun yanında başqa bir dərin çala qazıb onların arasını birləşdirdi. Həmin dəstə tövbə etmədikdə, Həzrət onları həmin dərin çalaya salıb, onlar ölənə qədər o biri çalaya od vurdu (ki, odun tüstüsü boğulsunlar.)»4
4864. Əbubəkr: «İmam Sadiqə (ə) ərz etdim: «Onlar (Əhli-Beytin əleyhdarları) bəzi sözlər danışırlar.» Buyurdu: «Nə deyirlər?» Ərz etdim: «Deyirlər ki, İmam yağışın damcılarının, ulduzların, ağaclardakı yarpaqların sayını, dənizdəkilərin çəkisini və yer üzündəki torpaqların sahəsini bilir.» Həzrət əlini göyə qaldırıb buyurdu: «Sübhanallah! Allaha and olsun ki, bunları Allahdan başqa heç kəs bilmir.»1
4865. İmam Rza (ə): «Ğuluv edənlər kafirdirlər. Təfvizə etiqadı olanlar isə müşrikdirlər.»2
4866. İmam Rza (ə): «Kim Əmirəl-möminini Allaha bəndəlik sərhədlərindən yüksəklərə qaldırsa, Allahın qəzəbinə tuş gələnlərdən və azğınlardan olar.»3
Dostları ilə paylaş: |