Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə36/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

312




Qeyrət



1447. Qeyrətin təqdir olunması.

4924. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.»1

4925. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər.2

4926. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.»3

4927. Allahın Peyğəmbəri (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.»4

4928. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir....Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədərdir.»5

4929. Allahın Peyğəmbəri (s): «Qeyrətli insan heç vaxt zina etməz.»6

4930. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətsiz şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi tərsinədir.»7

4931. İmam Sadiq (ə): «Allah-taala qeyrətlidir və hər bir qeyrətli insanı sevər. Gizlində və aşkarda çirkin işləri haram buyurması da Onun qeyrətli olmağındandır.»2
1448. Yersiz təəssüb və qeyrətin pislənilməsi.

4932. Allahın Peyğəmbəri (s): «Elə qeyrət var ki, Allah onu sevər, eləsi var ki, xoşlamaz. Xoşladığı qeyrət ittiham və bədgümanlıq içində göstərilən qeyrətdir. Xoşlamadığı qeyrət isə arada ittiham və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir.»3

4933. İmam Əli (ə) (Övladı Həsənə (ə) tövsiyyəsindən):–«(qadınlara qarşı)Yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, iffətliləri bəd- gümanlığa (və günah işlərin fikrinə) salar. Onlara qarşı işini möhkəm tut. Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.»4

4934. Allahın Peyğəmbəri (s): «Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.»5

4935. İmam Baqir (ə): «Qadınların qeyrəti paxıllıqdandır və paxıllığın kökü küfrdür. Qadınlar qeyrət və qısqanclıq çəkəndə qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə meyl edərlər, yalnız müsəlman qadınlardan başqa.»6

4936. İmam Sadiq (ə): «Halalda qeyrət və təəssüb yoxdur…»7




313




Fitnə və ilahi sınaq



1449. Fitnə və ilahi sınaq.

Quran:

«İnsanlar iman gətirdik demələri ilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar? Həqiqətən, onlardan əvvəl olanları da imtahana çəkmişdik. Allah düz danışanları da, yalançıları da tanıyır!»1

«Onların ildə bir, ya iki dəfə imtahana çəkildiklərini görmürsünüzmü? Bununla belə tövbə edib ibrət almırlar?»2

Hədis:

4937. Muəmmər ibn Xəllad: «Eşitdim ki, Əbülhəsən (ə) bu ayəni oxuyur: «Əlif, lam, mim. İman gətirdik demələrilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar?» Sonra mənə buyurdu: «İmtahan nədir?» Ərz etdim: «Sənə fəda olum, bizim bildiyimiz qədəri, dində imtahandır.» Həzrət buyurdu: «Qızıl közərdilərək yoxlanıldığı kimi camaat də elə sınanacaq.»3 Daha sonra buyurdu: «Qızıl xalisləşdiyi kimi insanlar da xalisləşəcək.»4


1450. Fitnənin növləri.

Quran:

«Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.»5



Hədis:

4938. Allahın Peyğəmbəri (s): «Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs.»1

4939. Allahın Peyğəmbəri (s): «Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbr etdiniz. Ancaq dünya şirin və gözoxşayandır.»2

4940. İmam Əli (ə): «Fitnə üç şeydədir: qadın sevmək–bu şeytanın qılıncıdır, şərab içmək– bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadınsevən olsa, ömrünün faydasını görməz, kim şərabsevən olsa,cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar.»3

4941. İmam Əli (ə)–(Həzrətin atından tutub piyada gedən Hərb adlı kişiyə xitabən): «Qayıt. Çünki sənin kimi insanın mənimtək insanın atından tutub piyada getməsi fitnəyə, valinin qüruruna və möminin zəlilliyinə səbəb olar»4.
1451.Fitnələrdən sağ-salamat çıxanlar.

4942. Allahın Peyğəmbəri (s): «Xoşa müxlislərin halına! Onlar doğru yolun çıraqlarıdır və hər bir qaranlıq fitnə onlardan götürülər.»5

4943. Allahın Peyğəmbəri (s): «Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı insan kimi çıxacaq və gündüzünü isə kafir kimi axşama çatdıracaq. Yalnız Allah-taalanın elmlə diri saxladığı şəxslərdən başqa.»6

4944. Allahın Peyğəmbəri (s): «Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onunçun fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar.»7


1452. Müxtəlif fitnələr.

4945. Allahın Peyğəmbəri (s): «Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar.»1



4946. İmam Əli (ə): «Kim fitnə odunu alovlandırsa, özü ona odun olacaq2

4947. İmam Əli (ə): Zülmkar rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-məclikdən) yaxşıdır3

4948. İmam Əli (ə): «Fitnə vaxtı, minmək üçün arxası gücü, südünü sağmağa döşü olan iki yaşlı erkək dəvə kimi ol4


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin