|
|
səhifə | 38/51 | tarix | 16.05.2020 | ölçüsü | 15,62 Mb. | | #102611 | növü | Xülasə |
| 316
Özünü göstərmək
1456. Özünü göstərmək.
Quran:
«Bilin ki, dünya həyatı əslində oyun, baş qatmaq, bəzək-düzək və bir-birinizə özünüzü göstərməkdir.»1
«Həqiqətən, Allah lovğalanıb fəxr edən heç bir təkəbbürlünü sevmir.»2
Hədis:
4964. Allahın Peyğəmbəri (s): «Allah-taala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur. Kimsə kimsəyə öyünməsin, kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.»3
4965. İmam Əli (ə): «İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.»4
4966. İmam Əli (ə): «Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin fikrini çək.»5
4967. İmam Əli (ə): «Kim özünü göstərmək naminə iş görərsə, Allah-taala onu qiyamət günündə qaralığı ilə məşhur edər.»6
4968. İmam Əli (ə): «Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri budur ki, özünü öymək və lovğalıq aşiqi kimi tanınsınlar və rəftarları təkəbbürlülük sayılsın.»7
1457. Özünü göstərməkdən çəkindirən amillər.
4969. İmam Əli (ə): «Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və sonu murdar ət olan (Adəm övladı). Nə özünə ruzi verə, nə də ölümünün qarşısını ala bilər.»1
4970. İmam Səccad (ə): «Dünən bir nütfə olan, sabahsa murdar ətə çevriləcək birisinin lovğalıq və özünü öyməyinə heyrət edirəm!»2
1458. Qohumlarına özünü göstərməyin pislənməsi.
4971. Allahın Peyğəmbəri (s): «Əsl-nəsəbin bəlası iftixar etməkdir.»3
4972. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) öz fəzilətlərindən danışanda buyurardı: «Məqsədim özümü göstərmək və öyünmək deyil.»4
4973. İmam Rza (ə): «Əmirəl-möminin (ə) xəstə yatan Səsəə ibn Suhana baş çəkir. Getmək üçün yerindən qalxanda buyurur: «Ey Səsəə! Məbada, səni yoluxmağa gəlməyimə görə özünü qardaşların yanında öyəsən. Allahdan qorx!»5
1459. Fəxr etməyə dəyən şeylər.
4974. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir.»6
4975. İmam Sadiq (ə): «Bu üç şey möminin fəxri, onun dünya və axirətdə zivəridir: gecənin sonlarında qılanın namaz, camaatda olanlarda gözü olmamaq və Məhəmməd ailəsinin imamlarına sevgi.»7
Dostları ilə paylaş: |
|
|