Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15.62 Mb.
səhifə6/51
tarix16.05.2020
ölçüsü15.62 Mb.
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   51
    Навигация по данной странице:
  • 243 Müsibət

242




Sükut



1137 Süküt

3682. Allahın Peyğəmbəri (s) (Əbuzərə nəsihətindən): «Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz: ibadətin başlanğıcı olan sükut.»1

3683. İmam Əli (ə): «Sükut fərasətin əlaməti və ağlın meyvəsidir.» 2

3684. İmam Əli (ə) (möminin vəsfində): «Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olunar.»3


1138 Sükutun səmərələri

3685. Allahın Peyğəmbəri (s) : «Çox susmağı sənə tövsiyə edirəm. Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir.» 4

3686. İmam Əli (ə): «Daim sükut etməyi seç ki, onun ən az faydası salamat qalmağındır.» 5

3687. İmam Əli (ə): «Sükut təfəkkürün bağıdır.» 6

3688. İmam Həsən (ə): «Sakit insan çox heybətlidir.» 7

3689. İmam Həsən (ə): «Hərçənd gözəl natiq olsan da, çox vaxt susmaq necə də yaxşı köməkçidir.» 8

3690. İmam Rza (ə): «Sükut hikmət qapılarından biridir. Sükut mə­həbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər». 1
1139. Bəyənilmiş sükut

3691. İmam Əli (ə): «Dili hikmətə bağlamaqda bir xeyir yoxdur. Həmçinin nadanlıqla söz danışmağın da bir xeyri yoxdur.» 2

3692. İmam Əli (ə) (təqvalının əlamətlərini bəyan edərkən): «Sükut etməyi seçsə, sükutu onu qəmgin etməz və gülsə səsini ucaltmaz.»3

243




Müsibət



1140 . Müsibətlərin əcri

3693. İmam Həsən (ə): «Müsibətlər əcrin açarlarıdır.»1


1141. Ən böyük müsibət

3694. İmam Əli (ə) ən böyük müsibət» barədə sualın cavabında): «Dində (faciə və) müsibətdir.» 2

3695. İmam Əli (ə): «Ən böyük müsibət qəlbi dünyaya bağlamaqdır.» 3

3696. İmam Əli (ə): «Ən böyük müsibət nadanlıqdır.» 4

3697. İmam Sadiq (ə) (oğlunun ölümünə görə çox dözümsüz olan kişiyə xitabən): «Ay kişi! Sən kiçik müsibətə dözmürsən amma, böyük müsibətdən xəbərin yoxdur! Əgər sən oğlun getdiyi yerə hazırlıqlı olsaydın, heç vaxt ona görə səbrsizlik etməzdin. Sənin o günə hazırsızlığının müsibəti oğlunun müsibətindən daha böyükdür.»5
1142. Müsibət vaxtı istirca6 (qayıdış) istəmək

Quran :

«Həqiqətən, sizi bir qədər qorxu, aclıq, malın azlığı, can və mallarınızla imtahan edərik. Səbrlilərə müjdə ver. O kəslərə ki, başlarına müsibət gələndə «həqiqətən, biz Allah üçünük və ona tərəf qayıdarıq» deyərlər.»1



Hədis:

3698. Allahın Peyğəmbəri (s): «Kimə müsibət vaxtı «İstirca» kəlməsi ilham olunsa, cənnət ona vacib olar.» 2


1143. Müsibətdə özünü aparmaq qaydası

3699. Allahın Peyğəmbəri (s): «Şivən qoparmaq cahilliyyətin işidir.»3

3700. Allahın Peyğəmbəri (s): «Müsibətləri, xəstəlikləri və sədəqə verməyi gizlətmək yaxşılığın xəzinələrindəndir.»4

3701. Aişə: «İbrahim dünyadan köçəndə Peyğəmbər (s) göz yaşları mübarək yanaqlarına axana gədər ağladı. Dedilər: «Ey Allahın Rəsulu, siz ağlamağı qadağan edir, amma özünüz ağlayırsınız?» Həzrət (s) buyurdu: «Bu ağlamaq deyil, bu rəhm etməkdir. Kim rəhm etməsə, ona rəhm olunmaz.»5

3702. Əbu Hüreyrə: «Allahın Rəsulunun (s) ailəsindən bir nəfər vəfat etdi. Qadınlar yığışıb ona ağı deməyə başladılar. Ömər yerindən qalxıb, ağlamağı onlara qadağan etdi və yığıncaqlarını dağıtdı. Allahın Rəsulu (s) buyurdu: «Ey Ömər! Onları rahat burax, çünki gözləri yaşlı, qəlbləri dağlı və müsibətləri təzədir.»6

3703. İmam Əli (ə): «Peyğəmbər (s) buyurmuşdur: İki səs lənətlənib və Allah onlara nifrət edir: müsibət vaxtı ahüzar edib şivən qoparmaq və nemət vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, nalə çəkmək və mahnı oxumaq.»7


1144. Musibətləri yüngülləşdirən amillər

3704. Allahın Peyğəmbəri (s): «Kim qəlbindən dünya məhəbbətini çıxarsa müsibətlər ona asan gələr.»8

3705. Allahın Peyğəmbəri (s): «Kimə böyük bir müsibət üz verəndə mənim müsibətimi yad etsə, müsibəti ona yüngül gələr.»2

3706. İmam Əli(ə): «Ölümü, qəbirdən qalxıb Allah qarşısında dayanacağınız günü çox yad edin ki, müsibətlər sizə asan olsun.»3

3707. İmam Sadiq (ə) (müsibət üz verən zaman): «Şükr olsun Allaha ki, o məni dinimdə müsibətə salmadı. Şükr olsun o Allaha ki, əgər istəsəydi müsibətim bundan da böyük olardı. Şükr olsun o Allaha ki, bir işin baş verməsini istədi və o da baş verdi.»4

3708. İmam Sadiq (ə): «Bir nəfər öləndə Allah-taala onun ailə üzvlərindən ən çox naharat olanının yanına bir mələk göndərər. Bu mələk onun qəlbinə sığal çəkər və qəm yanğısını, dağını ondan götürər. Əgər belə olmasaydı, dünya abad olmazdı.»5


1145. Başqalarının müsibətinə şadlanmaq

3709. İmam Sadiq (ə): «Kim qardaşının müsibətinə şad olarsa, müsibət görməmiş dünyadan köçməz.»6



244




Səs



1146. Səsi uçaltmağın qadağan olması

Quran:

«Yerişini rahat yeri (nə çox tez, nə də çox asta yeri) və (danışanda) səsini ucaltma ki, səslərin ən pisi uzunqulağın səsidir.» 1



Hədis:

3710. Allahın Peyğəmbəri (s): «Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.»2

3711. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyəsində): «Ey Əbuzər! Cənazələrin dəfnində, müharibədə və Quran oxunanda səsini astadan çıxar.»3

3712. İmam Əli(ə): «Üç şey alicənablıq əlamətidir: baxışları aşağı salmaq, səsi astadan çıxarmaq və yolu rahat yerimək.»4

3713. İmam Əli(ə): «Astadan danışmaq, baxışları aşağı salmaq, rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.»5




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə