Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə18/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   14   15   16   17   18   19   20   21   ...   51

275




Baş ucalığı



1276. Baş ucalığının mənası.

Quran:

«Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!»1


Hədis:


4220. İmam Əli (ə): «Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.»2

4221. İmam Əli (ə): «Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.»3

4222. İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.»4

4223. İmam Səccad (ə): «Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.»5

4224. İmam Sadiq (ə): «İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.»6
1279. Baş ucalığına səbəb olanlar.

4225. «Biharul Ənvar»: Allah-taala Həzrəti Davuda (ə) vəhy etdi: «Ey Davud! Mən ... izzəti özümə itaətdə qərar verdim. Ancaq camaat onu sultana itaətdə axtarır və buna görə də tapa bilmir.»7

4226. Loğman (ə) (öz övladına öyüdlərindən):–«Dünyada başıuca olmaq istəyirsənsə, camaatda olanlardan tamahını üz. Çünki peyğəmbərlər və siddiqlər öz tamahlarını sildiklərinə görə həmin məqamlara çatmışlar.»1

4227. İmam Əli (ə): «Təğvadan yüksək heç bir başucalığı yoxdur.»2

4228. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə bəs edər.»3

4229. İmam Əli (ə): «Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-taala onun yalnız izzətini artırar.»4

4230. İmam Əli (ə): «Qane olun ki, əziz olasınız.»5

4231. İmam Baqir (ə): «Gözü camaatın əlində olmamaq möminin dini izzətinə səbəb olar.»6

4232. İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.»7

4234. İmam Sadiq (ə): «Hər kim eli-obası olmadan izzət sahibi, malı-sərvəti olmadan ehtiyacsız olmaq və qüdrəti olmadan heyrətli, əzəmətli olmaq istəyirsə, Allaha qarşı günah işlətməyin rüsvayçılığından itaətin izzətinə keçməlidir.»8

4235. İmam Sadiq (ə): «Öz qəzəbini söndürən (udan) elə bəndə olmadı ki, Allah onun dünya və axirətdə izzətini artırmamış olsun.»9

4236. İmam Əskəri (ə): «Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.»10


1280. İzzətin davamlılığının səbəbləri.

4237. İmam Baqir (ə): «İzzətin davamlılığını tamahını öldürməkdə axtar.»2

4238. İmam Sadiq (ə): «Tənhalıq və camaatdan uzaq gəzmək, izzət və ehtiramı, onlara yaxın olmaqdan daha çox qoruyub saxlayar.»3

276

Küncə çəkilmək



1281. Küncə çəkilməyin qiyməti.

4238. «əl-Kafi»: Allah-taalanın Musaya pıçıltı ilə buyurduqlarından biri bu idi: «Paltarın köhnə, qəlbin yeni olsun ki, yer üzünün əhalisi arasında az tanınmış, səma əhli arasında məşhur olasan.»1

4239. Allahın Peyğəmbəri (s): «Küncə çəkilmək ibadətdir.»2

4240. İmam Əli (ə): «Tənhalıq ibadət əhlinin asayişdir.» 3

4241. İmam Əli (ə): «Camaatdan ayrılan, pak Allahın həmdəmi olar.»4

4242. İmam Əli (ə): «Hər kim camaatdan kənara durdusa, zərərlərindən amanda qalar.»5


1282 Guşənişinliyə səbəb olanlar.

4243. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) guşənişinliyin səbəbləri barədə soruşdular. O Həzrət buyurdu: «Zəmanə korlanmış və qardaşlar dəyişmişlər. Buna görə də qəlb rahatlığını tənhalıqda tapdım.» 6

4244. İmam Əskəri (ə): «Camaatdan kənara çəkilmək, onları tanımağın həddi ilə əlaqəlidir.»7
1283. Küncə çəkilməməli olan kimsələr.

4245. Allahın Peyğəmbəri (s): «Camaatla ünsiyyətdə olub onların əziyyətlərinə səbr edən mömin, camaatla ünsiyyətdə olmayıb, onların əziyyətlərinə dözməyən mömindən daha üstündür.»1

4246. Allahın Peyğəmbəri (s) (İbadət üçün dağa getmək istəyən kişiyə xitabən): «Sizlərdən biri, İslam dünyasının hansı bir nöqtəsindəsə, onun üçün çətin olana dözsə, bu onun qırx il təklikdə və xəlvətdə ibadətlə məşğul olmasından daha yaxşıdır.»2

277




Başsağlığı



1284. Yaslı insana təsəlli vermək.

4247. Allahın Peyğəmbəri (s): «Hər kim yaslı insana təsəlli versə, onun qədər əcri var.»1

4248. İmam Əli (ə): «Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah Onun ərşindən başqa heç bir kölgənin olmayacağı gün ona Öz ərsinin kölgəsində yer verəcək.»2

4249. İmam Sadiq (ə): «Təsəlli vermək üçün müsibətə düşənin səni görməsi kifayət edər.»3


1285. Yaslı insana təsəlli üçün deyilənlər.

4250. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) nə vaxt təsəlli verərdisə, buyurardı: Allah əcrinizi versin və sizləri öz rəhmətinə şamil etsin. Təbrik edəndə isə buyurardı: Allah sizə bərəkət versin və mübarək etsin.»4


1286. Yas əhlini təbrik etmək, başsağlığı verməkdən daha yaxşıdır.

4251. İmam Rza (ə)–(Həsən ibn Səhlə verdiyi başsağlığından):–«Axirət savabı münasibətilə təbrik etmək, dünyanın yasına görə başsağlığı verməkdən daha layiqlidir.»5





Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin