Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə34/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

308




Qüdrətli olmaq



1429. Qüdrətli olmaq və itaətsizlik.

Quran:

«Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün.»1

4867. Allahın Peyğəmbəri (s): «Şeytan dedi: «Qüdrətli insanın mənimlə döyüşdə nicatı yoxdur və onu bu üç şeydən birinə giriftar edərəm: ya malı, sərvəti onun nəzərində böyüdərəm ki, nəticədə özünün vergi öhdəliklərini ödəməkdən imtina edər, ya onun istifadə yollarını onunçun asanlaşdıraram ki, nəticədə onları nahaq yerə xərcləyər, ya da malı, sərvəti ona sevdirərəm ki, nəticədə onu rəva görülməyən vasitələrlə əldə edər.»2

4868. İmam Əli (ə): «İki sifət insan vücüdunun ən əsrarəngiz hallarındandır. Var-dövlətə çatsa, qüdrəti onu düşmənə çevirər və əgər ona müsibət üz versə, gücsüzlüyü onu rüsvay edər.»3

4869. İmam Sadiq (ə): «Bir varlı kişi təzə və təmiz paltarlarından geyinib Allahın Peyğəmbərinin (s) yanına gəldi və Həzrətin yanında oturdu. Ondan sonra çirkli və nimdaş paltar geymiş bir dərviş gəlib həmin kişinin yanında əyləşdi. İmkanlı kişi öz paltarını onun dizinin altından çəkərək yığışdırdı. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Qorxdun ki, onun kasıblığından nəsə sənə çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, var-dövlətindən nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Qorxdun ki, paltarlarından nəsə ona çatar?» Ərz etdi: «Yox.» Buyurdu: «Bəs niyə belə etdin?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri! Mənim bir həmdəmim (şeytan) var və hər yaramaz əməli mənə gözəl, hər gözəl əməli nəzərimdə çirkin iş kimi göstərir. İndi malımın yarısını bu kişiyə bağışladım.» Allahın Peyğəmbəri (s) həmin kasıb kişiyə buyurdu: «Sən qəbul edirsən?» Ərz etdi: «Yox» Varlı ona dedi: «Nəyə görə?» Dedi: «Qorxuram sənin üzləşdiyin hallar mənə də yol tapsın.»1
1430.İmkanlılıq və günahlardan çəkinmək.

Quran:

«Məgər səni yoxsul gördükdə dövlətli etmədimi?!»2


Hədis:

4870. Allahın Peyğəmbəri (s): «İmkanlı olmaq Allahdan çəkinmək üçün necə də gözəl dostdur.»3

4871. İmam Sadiq (ə): «Allahdan dünyanız üçün imkanlılıq və sağlamlıq, axirətiniz üçünsə bağışlanmaq və cənnəti diləyin.» 4
1431. Qüdrətli olmağın mənası.

4872. İmam Əli (ə): «Heç bir xəzinə qənaət qədər zəngin deyil.»5

4873. İmam Əli (ə): «Heç bir xəzinə ağıl qədər deyil.»6

4874. İmam Sadiq (ə): «Camaatdan ümidini üz. Çünki bunun özü elə qüdrətli olmaqdır.»7

4875. İmam Hadi (ə): «Qüdrətli olmaq odur ki, arzun az olsun və sənə kifayət edənə şad olasan. Yoxsulluq isə nəfsin doymaması və böyük ümidsizlikdir.»8
1432. Ən böyük qüdrət.

4876. Allahın Peyğəmbəri (s): «Camaatın ən qüdrətlisi olmaq istəyən, öz əlində olandan Allahın əlində olana daha əmin olmalıdır.»1

4877. Allahın Peyğəmbəri (s): «Ehtiyac əlinizi camaata tərəf uzatmayın, hətta misvak suyu üçün olmuş olsa belə.»2

4878. Allahın Peyğəmbəri (s): «Ən yaxşı imkan nəfsin ehtiyacsız olmasıdır.»3

4879. İmam Əli (ə): «Kim Allah tərəfindən qüdrətli olarsa, camaat ona möhtac olar.»4

4880. İmam Əli (ə): «Ən böyük imkanlılıq camaatın əlində olanlara göz dikməməkdir.»5

4881. İmam Əli (ə): «Ən böyük imkanlılıq ağıldır, ən böyük kasıblıq isə ağılsızlıq.»6

4882. İmam Baqir və ya İmam Sadiq (ə): «Kim Allahın verdiyi ruziyə qane olarsa, insanların ən imkanlısı olar.»7

4883. İmam Sadiq (ə): «Bu üç şey kimin ruzisi olarsa onu üç şeyə çatdırar və bu ən böyük imkandır: Ona əta edilənə qane olmaq, camaatda olanlardan ümidini üzmək və çox istəkləri (artıq istəməyi) tərk etmək.»8

4884. İmam Əli (ə): «İmkanlılığın açarı, yəqinlik hasil etməkdir.»9

4885. İmam Əli (ə): «Kim özünü çəkindirməzsə, imkanlı (adam) olmaz.»10

4886. İmam Əli (ə): «Hər kim öz gününü axirətin qəm-qüssəsi ilə başlayarsa, imkansız olsa da imkanlılaşar, kimsəsiz olsa da tənha qalmaz, eli-obası olmasa da qüdrətli olar.»1

4887. İmam Baqir (ə): «Doğrudan da günahlardan çəkinənlər, elə qüdrətli olanlardır. Dünyanın azı onları ehtiyacsız etmişdir və buna görə də xərcləri yüngül və azdır.»2
1434. İkiqat muzdu olan imkanlı şəxslər.

Quran:

«Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşaqlarınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin, əməllərinə görə mükafatları ikiqat artıq olacaq və onlar otaqlarında əmin-amanlıq içində yaşayacaqlar.»3



Hədis:

4888. İmam Sadiq (ə) (Bir kişi, onun yanında imkanlı şəxslərdən söz açıb onların əleyhinə danışırdı):–«Sus! İmkanlı şəxs öz qohumlarının qeydinə qalsa və qardaşlarına yaxşılıq etsə, Allah-taala onun muzdunu ikiqat verər. Çünki Allah-taala buyurur: «Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşaqlarınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin, əməllərinə görə mükafatları ikiqat artıq olacaq və onlar otaqlarında əmin-amanlıq içində yaşayacaqlar.»4


1435. Kasıbların aclığına görə varlıların məsuliyyəti.

4889. İmam Əli (ə): «Allah-taala kasıbların yeməyini varlıların mal­larında qərar vermişdir. Deməli, varlı adam onun haqqından bəhrələnməsə heç bir kasıb ac qalmaz. Allah bunun hesabını soracaqdır.»5

4890. Allahın Peyğəmbəri: «Həqiqətən, Allah varlıların var-dövlətində kasıblara (ehtiyaclılarına) kifayət edən əndazədə haqqı vacib buyurmuşdur. Əgər kasıblar ac, çılpaq və incidilmiş olsalar, bunun səbəbi imkanlıların onların haqqını verməməsidir. Allah-taalanın qiyamət günündə varlılardan hesab-kitab sormağa və bu işə görə onlara əzab verməyə haqqı vardır.»1

4891. Allahın Peyğəmbəri: «Möhtac insanı öz haqqından məhrum edən varlının törətdiyi günahdan böyük günah yoxdur.»2




Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin