|
|
səhifə | 39/51 | tarix | 16.05.2020 | ölçüsü | 15,62 Mb. | | #102611 | növü | Xülasə |
| 317
Farslar
1460. Farslar və iman.
4976. Allahın Peyğəmbəri (s): «İslamda ən böyük pay fars camaatınındır.»1
4977. «Təfsirul-Mizan»: Allahın Peyğəmbəri (s) «Əgər ondan üz döndərsəniz, (Allah) yerinizi sizlər kimi olmayacaq başqa bir camaata verəcək» ayəsini oxuyanda soruşdular: «Biz üz döndərmiş olsaq, Allah-taalanın bizim yerimizi verəcəyi camaat kimdir?»2 Həzrət əlini Salmanın çiyninə vura-vura buyurdu: «Bu kişi və onun həmvətənləri. And olsun canım əlində olana! İman ulduzdan asılmış olsa da farslardan olan kişilər onu əldə edərlər.»3
4978. Allahın Peyğəmbəri (s) («Ey iman gətirənlər! Sizlərdən hər biri öz dinindən dönsə, Allah tezliklə onları sevdiyi və onların da Allahı sevdiyi bir camaatı gətirər» ayəsi haqda suala əlini Salmanın çiyninə vuraraq verdiyi cavabından): «(Onlar) Bunun həmvətənləridir.» Sonra buyurdu: «Əgər din ulduzdan asılmış olsa belə farslardan olan kişilər hər an onu əldə edərlər.»4
4979. Allahın Peyğəmbəri (s): «Əgər bilik ulduzda olsa belə, şübhəsiz ki, farslardan olan kişilər onu əldə edərlər.»5
4980. Allahın Peyğəmbəri (s): «Farslardan kim İslamı qəbul etsə, Qureyşilərdən sayılar. Onlar bizim qardaş və qohumlarımızdır.»6
4981. Allahın Peyğəmbəri (s) (Onun yanında əcəmlərdən söz düşərkən): –«Mənim onlara və ya onlardan bəzilərinə əminliyim, sizlərə və ya sizlərdən bəzilərinə əminliyimdən çoxdur.»2
Dostları ilə paylaş: |
|
|