Pisever-geceleri


ALLAH-TƏALANIN GÖRÜLMƏSİNİN MÜMKÜN OLMADIĞINA DAİR DƏLİL VƏ HƏDİSLƏR



Yüklə 5,47 Mb.
səhifə22/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

ALLAH-TƏALANIN GÖRÜLMƏSİNİN MÜMKÜN OLMADIĞINA DAİR DƏLİL VƏ HƏDİSLƏR


vətçi: «Cənab şeyx, siz hədisin sadəcə bir cümləsini qeyd etdiniz. Ağalarin icazəsilə hədisi tam şəkildə söyləyim, o zaman sizin kifayət qədər cavabınız verilmiş olar. Bu hədisi siqətul-İslam şeyx Məhəmməd bin Yə᾽qubi Kuleyni «Üsuli-kafi»nin «Tövhid kitabı» babında və Şeyx Səduq Əbu Cəfər Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babəveyhi Qummi, «Tövhid» kitabının «Allahı görmə əqidəsinin ibtalı5» babında İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql edirlər: «Yəhudi bir alim Əmirəl-Mö᾽minin həzrət Əlinin yanına gələrək; «Ey Əmirəl-mö᾽minin! Allaha ibadət etdikdə Onu görürsənmi?» soruşdu. Həzrət Əli (ə): «Görmədiyim Rəbbə itaət etmərəm» buyurdu. «Necə görürsən?» soruşanda İmam belə buyurdu: «Gözlər Onu görməz, fəqət qəlblər iman nuruyla onu görürlər».

Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) bu cavabından belə anlaşılır ki, Allahı cismani olan bu maddi gözlə görmək mümkün deyildir; ancaq qəlb gözüylə onu görmək mümkündür. Bu mə᾽na «Lən tərani» kəlməsindən anlaşılır. Çünki mə᾽lumdur ki, «Lən» ədatı nefyi ədatı üçün istifadə olunur və bu ayədə, «Gözlər onu görməz» əvvəldəki ayəni tə᾽kid edir. Yə᾽ni dünya və axirətdə qətiyyən Allah-təala heç bir şəkildə görülməyəcəkdir.

Əqli və nəqli dəlillər bu həmin mə᾽nanı ortaya çıxarır. Şiənin böyük alim, mühəqqiq və müfəssirlərindən başqa, sizin Hakkim Bəyzavi və Carullah Zəmaxşəri kimi böyük alimləriniz öz təfsirlərində, Allah-təalanın görülməsinin məhali (əqlən imkansız) olduğunu vurğulamışlar. Kim Allah-təalanın istər bu dünyada olsun, istər axirətdə görülməsinə inanırsa, Allah-təalanı öz mühatı1 etmiş və Allahın zatı üçün cismaniyyəti qəbul etmişdir. Çünki maddi cisim olmazsa, maddi gözlə onu görmək mümkün olmaz. Belə bir inanc tamamilə küfrdür. Çünki bizim və sizin böyük alimlərimiz bunu öz təfsir və elmi kitablarında zikr etmişlər. Bu mövzu üzərində bəhs etmək imkanımız olmadığına görə, onlardan bə᾽zi cümlələri min babi şahid (misal olaraq) ərz etdik.

Sizin e᾽tibarlı kitablarınızda qeyd edilmiş yalan, uydurma və xurafat sözlərə gəlincə, misal olaraq iki hədisin xülasəsini möhtərəm ağaların, şiə kitablarındakı açıqlaması və tə᾽vili mümkün olan bə᾽zi xəbəri-vahidləri araşdırmaları üçün nəql edirəm».

Siz «Səhihi-Sittə»ni, xüsusilə «Səhihi-Buxari» və «Səhihi-Müslim»i vəhy olan bir kitab kimi təsəvvür edirsiniz. Siz ağalardan ricam, təəssübdən uzaq olub, bir az insaf gözüylə, bu qədər ifrata getməməniz üçün bu hədislərə baxmanızdır.

«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİM»DƏKİ XURAFATLARA BİR BAXIŞ


Buxari Səhihinin «Ğusl» kitabının «Mən İğtəsələ Uryanə» babında və Müslim öz Səhihinin ΙΙ cüzündə «Fəzailu-Musa» babında və İmam Əhməd bin Hənbəl Müsnədinin ΙΙ cüzündə və sizin digər alimləriniz Əbu Hureyrədən belə nəql edirlər: «Bəni-israil arasında belə bir adət vardı, hər kəs hamı ilə birlikdə övrət yerlərini örtmədən suya girib bir-birlərini yuyardılar və eyni zamanda bir-birlərinin övrət yerlərinə də baxırdılar. Belə bir davranış onların arasında eyib sayılmırdı. Lakin həzrət Musa, kimsə onun övrət yerini görməməsi üçün tək yuyunurdu.

Bəni-israil həzrət Musanın bu davranışına qarşı belə deyirdilər: «həzrət Musanın tək halda suda yuyunması və bizdən uzaq durmasının səbəbi, bədənində bir nöqsan və eybəcərlik olduğuna görədir. Bax buna görə, bizim onu görməmizi istəmir.

Bir gün həzrət Musa yuyunmaq üçün bir suyun kənarına getdi. Paltarlarını çıxarıb, bir daşın üzərinə qoydu və suya girdi. Daş həzrət Musanın paltarlarıyla birlikdə qaçdı. Musa da onun ardınca qaçaraq, «Ey daş, paltarım! Ey daş, paltarım!» (Yə᾽ni paltarımı hara aparırsan?) deyirdi. Nəhayət, Bəni-İsrail həzrət Musa,nın övrət yerini gördülər. Allaha and olsun, «Musanın bir nöqsanı yoxdur» dedilər. Bu əsnada daş yerində durdu. Həzrət Musa paltarlarını götürdü. Daha sonra daşı döyməyə başladı, belə ki, daş altı və ya yeddi dəfə inildədi.»

Allah xatirinə insafla söyləyin, belə bir hadisə siz ağalardan birinin qarşısına çıxsaydı, çılpaq halda xalqın qarşısında, övrət yerinizi gördükləri halda, paltarınızın arxasınca qaçmağınız nə qədər pis olardı?! Daşın hərəkət etməsi bir yana, fərz elə, belə bir hadisə baş verib. Bu halda bu cür insan sudan çılpaq vəziyyətdə çıxmaz, paltarlarının gətirilməsini camaatdən istəyər.

Görəsən, insanın ağlı belə bir əməlin, Kəlimullah olan həzrəti Musa kimi bir şəxsiyyətdən vücuda gəlməsi qəbul edilirmi? Görəsən, daşın hərəkət edib, həzrəti Musanın paltarlarını götürüb aparmasına insan inana bilərmi?».

Seyid Əbdülhəy: «Görəsən, daşın hərəkət etməsi daha böyükdür, yoxsa əsanın əjdəhaya dönüb hərəkət etməsi və Allah-təalanın xəbər verdiyi doqquz mö᾽cüzəmi?».

vətçi: «Belə məşhur bir söz vardır, deyirlər: «Duanı yaxşı öyrənmiş, lakin duanın yerini itirmisiniz». Əziz ağalar, bizlər peyğəmbərlərin mö᾽cüzəsini inkar etmirik, əksinə Qur᾽ani-kərimin hökmüylə o mö᾽cüzələrə iman edirik.

Lakin bunu təsdiq edin ki, mö᾽cüzələr təhəddi (meydan-oxuma) məqamında düşmənin batil olduğunu isbat etmək və haqqı ortaya çıxarmaq üçün edilmişdir. Görəsən, belə bir əməldə peyğəmbərin insanların qarşısında rəzil olmasından başqa nə kimi bir təhəddi və haqqın ortaya çıxması vardır?!».



Seyid Əbdülhəy: «Həzrət Musanın üzüv orqanlarının nöqsanlı olmadığı və camaatın onun fıtıq olmadığını bilmələrindən daha böyük haqq nədir ki?».

vətçi: «Fərz edək ki, həzrət Musa fıtıq idi. Bunun peyğəmbərlik məqamına nə kimi bir zərəri vardır. Peyğəmbərlər üçün nöqsanlıq sayılan zati nöqsanlıqlardır. Məsələn: Korluq, karlıq, altı barmaq olmaq, iflic olmaq, çolaq olmaq və s. Amma bə᾽zi xəstəliklər, cismi nöqsanlar peyğəmbərlik mə᾽qəmına heç bir zərər verməz. Məsələn: həzrət Yəqub və həzrət Şüeyb peyğəmbərin çox ağlamaqdan gözlərinin kor olması və ya Əyyub peyğəmbərin bədənin yara olması və yaxud da, Peyğəmbəri-əkrəmin Ühüd döyüşündə başının yarılması və dişinin qırılması kimi.

Fıtıq da cismani xəstəliklərdən olub, insan üçün hasil olan şeylərdən biridir. Bunun nə qədər bir önəmi vardı ki, Allah-təala mö᾽cüzə göstərməklə onun məqamını müdafiə etmək istəsin?! Beləcə Bəni-İsrail Allahın peyğəmbərinin övrət yerini görsün və o həzrətin hörməti və şəxsiyyəti xalqın arasında zədələnsin.

Görəsən, camaat sonradan, «Həzrəti Musa çılpaq halda camaatın yana gəldi və qəzəbli olduğuna görə daşa o qədər vurdu ki, daş altı və ya yeddi dəfə inildədi» deyə, deyib gülməyəcəklərdimi? Allahın peyğəmbərləri daşın hissiyatsız olduğunu bilmirmi, məgər ki, Musa (ə) daşı durub döyür?! Bu yalan sözlərdən Allaha sığınıram.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin