Pisever-geceleri


HARUN VƏ MUSA İBN CƏFƏRİN (Ə) RƏSULALLAHIN (S) ZÜRRİYƏTİ MÖVZUSUNDA OLAN MÜBAHİSƏSİ



Yüklə 5,47 Mb.
səhifə4/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   2   3   4   5   6   7   8   9   ...   63

HARUN VƏ MUSA İBN CƏFƏRİN (Ə) RƏSULALLAHIN (S) ZÜRRİYƏTİ MÖVZUSUNDA OLAN MÜBAHİSƏSİ


vətçi: «Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyhi Qummi (yə᾽ni şeyx Səduq)1 səhih «Uyunu əxbarur-Rıza» və Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talibi Təbərsi «İhticac» kitabında mübahisənin izahını ətraflı bir şəkildə göstərmiş və İmam Museyi-Kazımın (ə) belə buyurduğunu nəql etmişdir: «Bir gün Abbasi xəlifələrindən olan Harunur-Rəşidin məclisinə getdim. O, mənə bə᾽zi suallar verərək, cavab istədi. Suallardan biri də, (sizin də sualınız olan) bu idi: «Necə «biz Peyğəmbərin nəslindənik» deyərsiniz? Halbuki, Peyğəmbərin xələfi yoxdur; xələf ancaq oğlan övladı olar, qız övladından xələf olmaz. Siz isə, qızından olan övladlarısınız, Peyğəmbərin xələfi yoxdur».

İmam Musa Kazım (ə) ona cavab olaraq «Ən᾽am» surəsinin bu ayələrini oxudu: «Onun (Nuh ya İbrahimin) soyundan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı Harunu hidayətə çatdırdıq. Biz əməli salehləri bu cür mükafatlandırırıq. (Yenə onun soyundan) Zəkəriyyəni, Yəhyəni, İsanı İlyası da (hidayətə yetişdirdik). Onların hamısı əməli salehlərdəndir»2.

Daha sonra İmam (ə) Harunun diqqətini ayədəki dəlil olaraq göstərdiyi yerə cəlb edib, belə buyurdu: «Ey minlərin Əmiri! həzrət İsanın atası kimdir?». Harun cavabında belə dedi: «İsanın atası yoxdur». Bu əsnada İmam (ə) belə buyurdu: «Bax, Allah-təala onu Məryəmin vasitəsiylə peyğəmbərlərin nəslinə ilhaqq3 etmişdir. Bizi də, anamız Fatimə tərəfindən Peyğəmbərin (s) nəslinə ilhaqq etmişdir».

Fəxri Razi, «Təfsiri-Kəbir»in ΙV cildində, zikr olunan ayənin ardınca V məsələdə belə deyir: «Bu ayə, Həsən və Hüseynin Rəsulallahın (s) soyundan olmalarına dəlalət edir. Çünki Allah-təala bu ayədə həzrət İsanı, həzrət İbrahimin nəslindən saymışdır (Həzrət İsanın isə atası yoxdur). Bu intisab4 ana tərəfindəndir. Beləcə, Həsən və Hüseyn (ə) də ana tərəfindən həzrət Rəsulallahın (s) zürriyəti idilər. Həzrət Baqirul-ulum5 Həccacın yanında eyni ayə ilə istidlal6 etmişdir».

Daha sonra İmam Musa Kazım (ə) Haruna, «Yenə də dəlil gətirimmi?» deyə buyurdu. Harun, «Bəli, gətir» dedikdə, o həzrət (ə) Ali-imran surəsindəki bu «mübahilə ayəsi»ni7 qiraət etdi: «Artıq sənə yetişən bu elmdən sonra onun haqqında səninlə çəkişib-mübahisə edərlərsə, de ki: «Gəlin, oğullarımızı oğullarınızı, qadınlarımızı qadınlarınızı bir yerə toplayaraq; sonra qarşılıqlı nətləşək. Allahın lənəti olsun yalan söyləyənlərə!».

İmam (ə) sonra belə buyurdu: «Heç bir kəs, Allahın əmri olan bu mübahilə zamanı, həzrət Peyğəmbərin xristianlar qarşısında Əli ibn Əbu Talib, Fatimə, Həsən və Hüseyndən (ə) başqa müsəlmanlardan bir kəsin belə bu hadisəyə qatılmış olduğunu iddia etməmişdir. «Ənfüsəna»dan (nəfislərimiz) məqsəd, Əli bin Əbu Talib, «nisaina»dan (qadınlarımız) məqsəd, Fatimətüz-Zəhra, «əbnaina» (oğullarımız) məqsəd isə, Allahın onlara «Rəsulallahın oğulları» deyə buyurduğu Həsən və Hüseyndir».

Harun İmam Museyi-Kazımdan (ə) bu aydın dəlili gördükdə, özündən aslı olmadan, «Əhsəntə ya Əbil Həsən»1 (yə᾽ni afərin, necə də gözəl söylədin ya Əbil Həsən) dedi.

İmam Museyi-Kazımın (ə) Həsən və Hüseynin (ə) Rəsulallahın (s) oğulları olduğuna dair Harun üçün gətirdiyi dəlildən, bütün Fatimi seyidlərin Peyğəmbərin (s) övladları olduğu iddiası isbat edilmiş olur.


HƏZRƏTİ FATİMƏNİN (Ə) ÖVLADLARININ PEYĞƏMBƏRİN (S) ÖVLADLARI OLMASINA TUTARLI DƏLİLLƏR


Sizin böyük alimlərinizdən olan İbni Əbil Hədidi Mö᾽təzili «Şərhi Nəhcül-bəlağə» kitabında və Əbu Bəkir Razi öz təfsirində zikr olunan ayə və «əbnaina» (oğullarımız) cümləsində Həsən və Hüseynin (ə) ana tərəfindən Rəsulallahın (s) oğulları olduğuna dair istidlal etmişlər. Çünki Allah-təala Qur᾽an-kərimdə həzrət İsanı, anası Məryəm tərəfindən İbrahimin nəslindən saymışdır.

Məhəmməd bin Yusif Gənci Şafei «Kifayətüt-Talib», İbni Hacər Məkki «Əs-səvaiqul-muhriqə», Təbərani, Cabir bin Əbdullah Ənsari və Xətib Xərazmi «Mənaqib» kitabında İbni Abbasdan Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Allah-təala hər peyğəmbərin zürriyətini (nəslini) öz sülbündən, mənim zürriyətimi də, Əli ibn Əbu Talibin nəslindən etmişdir».

Yenə Xətib Xərəzmi «Mənaqib» kitabında, Mir-seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-qürba»da sizin böyük alimlərinizdən olan imam Əhməd bin Hənbəl «Müsnəd» və Süleyman-Hənəfi əl-Bəlxi «Yənabiul-məvəddət»də (az bir fərqlə) Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Bu iki oğlum (Həsən və Hüseyn) dünyada iki reyhandırlar. Bu iki oğlum istər (imamət işi üçün) qiyam etsinlər, istərsə otursunlar (sussunlar), yenə imamdırlar».

Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə»nin 57-ci babını bu mövzuya ayırmışdır. Müxtəlif yollarla Tabərani, Hafiz Əbdüləziz, İbni Əbi Şeybə, Xətibi Bağdadi, Hakkim Beyhəqqi, Bəğəvi və Təbəri kimi böyük alimlərinizdən müxtəlif ifadə və tə᾽birlərlə Həsən və Hüseynin (ə) Rəsulallahın (s) oğulları olduğuna dair bir çox hədislər nəql etmişlər.

Həmin zikr olunan babın sonunda Əbu Salih, Hafiz Əbdüləziz bin Əhzər, Əbu Nəim, İbni Hacər Məkki, Məhəmməd bin Yusif Gənci əş-Şafei və Təbəridən, onlar da ΙΙ xəlifə Ömər bin Xəttabın belə dediyini nəql etmişlər: «Rəsulallahın (s) belə buyurduğunu eşitdim: «Hər qövm və nəsil qiyamət günü, mənim qövüm və nəslimdən başqa kəsiləcəkdir. Hər qızın övladlarının əsəbəsi2 Fatimənin övladları istisna olmaqla, ata tərəfindəndir. Çünki mən onların (Fatimənin övladlarının) babası və əcdadıyam».

Yenə şeyx Əbdullah bin Məhəmməd bin Əmir əş-Şəbrəvi əş-Şafei «Əl-ittihad bihubbil-əşrəf» kitabında zikr olunan hədisi, Beyhaqqidən və Daru Qutni də Əbdullah bin Ömərdən, o da Ümmü-Gülüsümün evlənmə vaxtı babasından nəql etmişdir. Cəlaləddin Siyuti də «İhyaul-meyyit bi-fəzail Əhli-beyt» kitabında Təbəridən, o da ΙΙ xəlifə Ömərdən nəql edir.

Yenə Seyid Əbu Bəkir bin Şəhabiddin Ələvi, «Rəşfətus-sadi min bəhri fəzaili mənin-Nəbiyyil Hadi» kitabında zikr olunan hədisi, Fatimənin (ə) övladlarının Rəsulallahın (s) övladları olduğu xüsusunda nəql edib, bunu da dəlil göstərmək olar.

Amma şahid gətirdiyiniz şairin şe᾽rinə gəlincə, o bu aşkar dəlillər qarşısında məğlubdur, yə᾽ni rədd olunmuşdur. Çünki Məhəmməd bin Yusif Gənci əş-Şafei, «Kifayətut-Talib» kitabının 100-cü babından sonra gələn Ι bölümünü, şairin bu şe᾽rinə cavab olaraq ayırmışdır. Bu mə᾽nada ki, həzrət Peyğəmbərin qızının övladları, o həzrətin öz övladlarıdır. Üstəlik, şairin bu şe᾽ri İslamdan öncə deyilmişdir, bu da küfrdür. Çünki «Cəvamiuş-şəvahid» kitabının müəllifi, onun İslamdan öncə şe᾽r söylədiyini nəql etmişdir.

Fatimeyi-Siddiqənin (ə) övladlarının Rəsulallahın (s) övladları olmasını isbat edən bu müxtəlif dəlillər çoxdur. Bizim nəsil silsiləmizin həzrət Hüseynə (ə) yetişməsi isbat edildikdə, bəyan etdiyimiz səhih dəlillərə görə, Rəsulallahın (s) övladları olmağımız da sabit olur. Bu bizim üçün ən böyük iftixardır. Rəsulallahın (s) soyundan başqa heç bir kəsin belə bir iftixarı yoxdur! Şair Fərazdək necə də gözəl söyləyir:

Onlar mənim babalarımdır ey Cərir!

İnsanlar bizi bir araya gətirdiyi

zaman, onların mislini mənə gətirin.

Xülasə, nəsiləri Xatəmul-ənbiya və Əliyyul-Mürtəzaya (Allahın salat və salamı olsun onlara) yetişənlərdən başqa, heç bir kəs şərəflə babalarının böyüklüyü və ucalığı ilə öyünə bilməz.



Hafiz: «Dəliliniz həqiqətən yetərli və kamildir; bunu inadkar və təəssübkeş şəxslərdən başqa qətiyyən inkar edən olmaz. Pərdələri gözümüzün önündən qaldırdınız. Biz də nəticədə yararlandıq, belə ki, artıq böyük bir şübhə aradan qalxdı».

Bu əsnada, işa namazının vaxtını e᾽lan edən müəzzinin azan səsi eşidildi1. sünni qardaşlar məscidə getmək və fərzi əda etmək üçün hazırlaşırdılar. Qardaşlardan bə᾽ziləri, «Əgər təkrar dönüb müzakirəyə davam etmək istəyirsinizsə, məscidə gedib-gəlmək çox vaxt aldığına görə, bu məclis davam etdiyi müddətdə işa namazının burada qılınması yaxşı olardı. Təkcə Seyid Əbdülhəy ağa (məscidin imamı) məscidə gedib, camaatla namaz qıldıqdan sonra geri dönər» dedilər.

İrəli sürülən təklif hər kəs tərəfindən qəbul olundu. Qardaşlar namaz qılmaq üçün digər böyük bir otağa keçib, namazı əda etdikdən sonra təkrar bəhs yerinə döndülər.

Nəvvab Əbdülqəyyum xan2: «Möhtərəm qardaşımız, icazənizlə ağalar çay içənə qədər, mövzudan kənar bir söz soruşum».

vətçi: «Buyurun, sizi dinləyirəm».

Nəvvab: «Sualım çox qısadır. Çoxdan bəridir ki, şiələrdən soruşmaq istəyirdim, lakin fürsət olmurdu; amma indi bu fürsət olduğu üçün qəlbimdəki bu sualı ərz etmək istəyirəm. Nə üçün şiələr Rəsulallahın (s) sünnətinə zidd olaraq, zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qılırlar?».


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin