Pisever-geceleri


DÖRD MƏZHƏBİ TƏ᾽QİB ETMƏNİN DƏLİLİ YOXDUR



Yüklə 5,47 Mb.
səhifə40/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

DÖRD MƏZHƏBİ TƏQİB ETMƏNİN DƏLİLİ YOXDUR


Görəsən, sizlər, həzrəti Peyğəmbərin (s) əmriylə (bunun dəliləri sizin öz kitablarınız da açıq bir şəkildə nəql edilmişdir) O, həzrətin soyundan gələn 12 İmamı tə᾽qib edən şiəni bid᾽ətçi və ölü pərəst olaraq bilirsinizmi? Sizlərin hansı dəlillərə əsaslanaraq bütün Müslimanları üsulda Əş᾽əri və ya Mötəziliyə, füru da isə dörd məzhəbdən birini tə᾽qib etməyə məcbur etdiyiniz mə᾽lum deyildir.

Əgər bir nəfər sizin o dəlilsiz iddialarınızı qəbul etməyərək; Əşəri ya da Mö᾽təziləni əqaiddə və dörd məzhəbdən birini də füruda tə᾽qib etməzsə, siz onu Rafizi, müşrik və qanını halal bilirsiniz. Əgər bu gün bir nəfər; «Həzrət Peyğəmbərdən Əbul-Həsən Əşərinin və ya Əbu Hənifənin, Malik İbni Ənəsin, Məhəmməd bin İdrisin Şafeinin və Əhməd bin Hənbəlin tə᾽qib edilməsinin vacibliyinə dair hər hansı bir Xəbər bizə yetişməmişdir, onlar sadəcə müçtehid və fəqihdilər və içtihadı da onlara xas etmək bi᾽dətdir!» deyərsə nə cavab verərsiniz?



Hafiz: «Dörd məzhəb imamı fəqihlik məqamına elm və içtihadın yetişdiklərinə görə, əmanət və ədalət əhli, təqva, vər᾽ə və zöhd sahibi olduqlarından onları tə᾽qib etmək bizim üçün vacibdir.

vətçi: «Xüsusən sizin söylədikləriniz, qiyamət gününə qədər içtihadın bu şəxslərə xas edilməsinə və xalqın da onları tə᾽qib etməyə məcbur edilməsinə dəlil olamaz. Sizlər yuxarıda sadalanan xüsusiyyətlərin bütün alimlərinizdə olmasının vacibliyinə inanırsınız. Zatən belə olmasaydı bu sonradan gələn alimlərə həqarət olardı. Bir və ya bir neçə şəxsi tə᾽qib etməyə müsəlmanların məcbur edilməsi, həzrət Peyğəmbər (s.ə v)-dən qəti bir əmir gəldiyi təqdirdə qəbul edilə bilərdi. Həzrət Peyğəmbərdən sizin dörd imamınız haqqında belə bir əmir olmamışdır. Vəziyyət belə olduğu halda siz məzhəblərin sayını nə üçün dörd ilə məhdudlaşdırıb və sadəcə onlardan birinin tə᾽qibçisi olmağı haqqın ölçüsü sayırsınız?

BU MARAQLI HADİSƏ İFNSAFLI ELM ƏHLİNİN DİQQƏTİN CƏLB EDƏR


Çox gülüncdür ki, siz bir neçə gecə əvvəl şiənin Rəsulallahın dövründə olmayan Osmanın dövründə meydana gələn siyasi bir firqə olduğunu və təqlid edilməsinin caiz olmadığını söyldiniz. Bunun belə olmadığını şiə məzhəbinin Rəsulallahın mübarək əmriylə öz dövründə qurulduğunu iki gün əvvəlki məclisdə əqli və nəqli dəlillərlə isbat etdik. Bu məzhəbin birinci İmamı və rəisi olan həzrət Əli bin Əbu Talibi həzrət Peyğəmbərimizin bilavasitə özü böyütmüş və elmləri də bilavasitə özü ona öyrətmişdir.

Yenə sizin mö᾽təbər kitablarınızda həzrət Peyğəmbərin həzrət Əlini elmin qapısı olaraq vəsf etdiyi, Ona edilən itaətin özünə edilən itaət və Ona edilən müxalifətin özünə edilən müxalifət olduğunu yetmiş min nəfərlik bir cəmiyyətin huzurunda açıqladığı və sonra da Onu özündən sonrakı xəlifə və İmam olaraq tanıtdığı və bütün Müsəlmanlara, hətta Ömər və Əbu Bəkirə belə Ona bi᾽ət etmələrini əmr etdiyi nəql olunmuşdur.

Sizin dörd məzhəbiniz – Hənəfi, Maliki, Şafei, Hənbəli ‒ hansı əməllər üzərində qurulmuş və dörd imamınızdan hansı biri Rəsulallahla görüşmüşdür. Həzrət Peyğəmbər (s), onlardan hansı birisinin haqqında bir göstəriş vermiş və ya tövsiyə etmişdir ki, xalq kor-koranə onları tə᾽qib etməyə məcbur olsun. Sizin özünüz də dəlilsiz bir şəkildə onları təqlid edirsiniz. Onların mütləq imamətlərinə dair heç bir dəlil yoxdur.

Onlar haqqında söylənəbiləcək tək şey, ki, siz buyurdunuz, alim fəqih, zahid və təqva əhli idilər və onların dövründə yaşayan xalqın da onları təqlid etmələri lazım idi. Bu əsla, bütün Müsəlmanların, qiyamət gününə qədər onları təqlid etmək məcburiyətində olmaları mənasına gəlməz.

Bunlara əlavə olaraq, yuxarıda zikr edilən sifətlər, həzrət Peyğəmbərdən gələn qəti nəsslərlə1 birlikdə Onun pak Əhli-beytində cəm olduğu halda Onları tə᾽qib etmək daha doğrudur, yoxsa onlar haqqında bizə, həzrət Peyğəmbərdən heç bir xəbərin yetişmədiyi şəxslərmi?

Görəsən, həzrət Peyğəmbərin (s) dövründən onda heç bir əlamətin olmadığı, heç bir məzhəb imamı haqqında həzrət Peyğəmbərdən hər hansı bir xəbərin bizə yetişmədiyi və Peyğəmbəri Əkrəmdən bir əsir sonra meydana gələn məzhəblər, siyasi məqsədlərlə görədir, yoxsa təməlləri Rəsulallah (s) tərəfindən qoyulan, ilk İmamı bilavasitə Rəsulallah tərəfindən yetişdirilən, digər On bir İmamı haqqında bir-bir adlarıyla birlikdə Rəsulallahdan düsturların yetişdiyi və Peyğəmbərin (s), hədislərdə Onları Qur᾽ana bərabər edərək və «Səqəleyn» hədisində: «Qur᾽an və Əhli-beytə bağlanan, xilas olmuşdur; Onlardan ayrılan isə həlak olmuşdur» deyə buyurduğu, «Səfinə» hədisində də: «Onlardan (Əhli-beytdən) uzaqlaşan həlak olmuşdur» deyə bildirdiyi məzhəbimi siyasi və qondarma bilməliyik?

İbni Hacər «Səvaiq» adlı kitabının 135-ci səhifəsindəki «Vəsiyyətun Nəbi» bölümündə həzrət Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: «Qur᾽an və Əhli-beytim sizin aranızda mənim əmanətimdir. Kim birlikdə ikisinədə sarılırsa heç bir zaman yolunu azmaz».

İbni Hacər burada deyr ki, bu hədisi təyid edən başqa bir hədis də vardır; o da Rəsulallahın buyurduğu bu hədisdir: «Qur᾽an və Əhli-beytdən nə qabağa keçin və nə də geriyə qalın; yoxsa həlak olarsınız və onlara bir şey öyrətmək fikrinə düşməyin; çünki onlar sizdən daha alimdirlər».

İbni Hacər bu hədisləri nəql etdikdən sonra nəzərini belə bildirir: «Bu hədislər Peyğəmbərin Əhli-beytinin elmi dərəcəsi və dini vəzifəsi başqalarına nisbətdə öncəlik haqqına sahib olduqlarına dəlildir».

Maraqlısı budur ki, İbni Hacərin özü, Əhli-Beytin digərlərinə nisəbətdə dini vəzifə və elmi məsələlərdə öncəlik haqqına sahib olmalarına etiraf etməsinə baxmayaraq, üsulda Əbul-həsən Əşəriyə və füruda isə dörd məzhəb imamından birinə təqlid edib!

Bunun səbəbi, təəssüb və inadkarlıqdır. Əgər sizin buyurduğunuz kimi imam və fəqihləriniz onlara itaət edilən bilən elm, təqva, vər᾽ə və ədalət əhlidirlərsə, o zaman nə səbəbdən onlardan bə᾽ziləri digərlərini fasiqlik və küfrlə idiham etmişlər?

Hafiz: «Çox insafsızlıq edirsiniz və ağzınıza gələni deyirsiz. Hətta bizim alimlərimizə iftira edərək onların bir-birlərini mürtədlik, fasiqlik və küfrlə idiham etmək dərəcəsinə gəldiklərini iddia etdiniz. Bu söylədikləriniz tam bir yalandır. Əgər əhli-sünnət üləması haqqında bir qrup tənqidlər edilmişsə də, şiə üləması tərəfindən olmuşdur. Bizim üləmamız, bir-birləri haqqında öz məqamlarına layiq olan vəsfv və tə᾽zimdən başqa bir bəyanda olmamışlar.

vətçi: «Qardaş, siz ya öz alimlərinizin mö᾽təbər kitablarında yazılanlardan xəbərsizsiz və ya bilərəkdən özünüzü belə göstərirsiniz. Yə᾽ni bilirsiniz; amma aldatmağa çalışırsınız. Əks təqdirdə sizin böyük alimlərinizdən bir çoxu, bir-birlərinin kitablarına tənqidlər yazmışlar. Hətta dörd məzhəb imamlarınızdan bə᾽ziləri da bir-birlərini fasiqlik və küfrdə itham etmişlər.

Hafiz: «Bu halda buyurun bu söylədikləriniz, hansı alimlərin hansı kitablarında yazılmışdır. Əgər yadınızda olan varsa bəyan edin.

vətçi: «Əbu Hənifə və İbni Həzmin əshabı (tə᾽qibçiləri) və daha neçəsi, ardıcıl olaraq imam Malik və imam Şafeiyə toxunmuş və eyiblərini söyləmişlər. Eyni şəkildə imam Şafeinin əshabından olan imam Hərəmeyn və imam Qəzali və digərləri, Əbu Hənifə və imam Malikə toxunmuş və eyiblərini zikr etmişələr. İndi sizdən soruşuram; «İmam Şafei, Məhəmməd bin Qəzali və Cərullah Zəmaxşəri necə insandılar?»

Hafiz: «Tanınmış alim və fəqihdirlər eyni zamanda camaatın imamlarındandırlar.

vətçi: «İmam Şafei, Əbu Hənifə haqqında belə söyləyib: «Müsəlmanlar arasında Əbu Hənifədən daha uğursuz bir insan dünyaya gəlməmişdir».

Yenə başqa bir yerdə belə deyir: «Əbu Hənifənin əshabından olan bə᾽zi şəxslərin kitablarına baxdım və onların içərisində 130 səhifədə Allahın kitabına və Peyğəmbərin sünnətinə ziddiyət gördüm».

Əbu Həmid Qəzali «Mənhulun-fi Elmil Üsul» adlı kitabında belə deyir: «Əbu Hənifə şəriətin altını üstünə çevirərək özünü pərişan etdi, şəriətin yolunu deyişdirdi və şəriətin bütün qanunlarını, icad etdiyi bir qrup əsaslarla (qaydalarla) viran etdi. Hər kəs belə bir işi qəsdən və nə etdiyini bildiyi halda halal bilərək edər və etdiyi işi də halal bilirsə kafidir. Hər kəs belə bir işi halal bilmədən edərsə fasiqdir».

Qəzali bu mövzuda Əbu Hənifəyə aid və onu fisqlə günahlandıran bir neçə sözdə yazmışdır. Amma mən onları nəql etmək istəmirəm.

Sizin böyük alimlərinizdən olan «Kəşşaf Təfsiri»nin müəlifi Zəməxşəri «Rəbiul-əbrar» kitabında belə yazmışdır; Yusif bin Əbsat deyir ki; «Əbu Hənifə həzrət Peyğəmbərin hədisləriylə ziddiyətli dörd yüzdən çox hədis nəql etmişdir».

Yenə Əbu Yusif deyir ki; Əbu Hənifə belə buyurdu: «Peyğəmbər məni görsəydi, mənim söylədiklərimə tabe olardı!»

Əbu Hənifənin əleyhinə yazılan bir çox sözlər sizin böyük alimlərinizin kitablarında mövcuddur. Əbu Hənifə və ya digər üç məzhəb imamları haqqında Qəzalinin «Mənhul» kitabına, Şafeinin «Nuqətuş-Şərifə» kitabına, Zəməxşərinin «Rəbiul-əbrar»ına və İbni Cəvzinin «Müntəzəm» kitabına müraciət edə bilərsiniz. Hətta Qəzali «Mənhul» kitabında daha çox deyir ki; «Əbu Hənifənin sözlərində bir çox xəta vardır. O hədis, lüğət və nəhv elmlərini də bilmirdi».

Yenə o belə yazmış: «Əbu Hənifə (Qur᾽andan sonra dinin əsas və təməli olan) hədis elmini bilmədiyinə görə qiyas edirdi. qiyasla ilk əməl edən şeytandır». (kim qiyasla əməl edərsə, şeytanla həşir olacaqdır.)

İbni Cəvzi «Müntəzəm» kitabında belə deyir: «Hər kəs Əbu Hənifənin xətaları mövzusunda ittifaq etmişdir. Amma onu xətalarına görə itdihamlandıranlar üç qrupa bölünür. Bir qrup onu Üsulu Əqaiddə sabit bir nəzərə sahib olmadığına görə itdihamlandırır. Bir qrup onu hədis elmində güclü bir hafizəyə sahib olmadığına görə itdiham edir. Digər bir qrup isə onu öz rəyi və qiyas ilə əməl etdiyinə görə. Onun bə᾽zi rəyləri səhih hədislərin əksinədir».

Sizin bu imamlarınız haqqında öz alimlərinizin diliylə və qələmiylə bu cür itdihamlar çoxdur. Amma bu anda onları söyləməyin vaxtı deyil. Əslində mən bu mövzuya girmək istəməmişdim. Amma siz məim ağzıma gələni söylədiyimi və sünni üləma və imamlarına isnad edilən itdihamların sadəcə şiə üləması tərəfindən irəli sürüldüyünü söylədiyinizdə, etdiyiniz bu tənqidin yersiz olduğunu anlada bilmək üçün bu mövzuya girdim. Sizin tənqidləriniz məntiqsizdir. Mənim cavabımsa elm, əqil və məntiqlə uyğun olmaqla bərabər təəssübdən də uzaqdır.

Şiə üləmasının sizin məzhəb imamları haqqında etdiyi tənqidlər, sizin öz alimlərinizin etdiyindən fərqli deyil. Amma bizim şiə üləması, 12 İmammızın müqəddəs məqamları haqqında, sizin üləmanızın arasında olan ixtilafların əksinə ən kiçik bir ixtilafaları belə yoxdur. Çünki biz, İmamlarımızın hamsını eyni məktəbin yetirmələri olaraq bilirik və onların hamsına yetişən ilahi feyizlər eynidir. Onların hamsı, həzrət Peyğəmbərə nazil olan dinin əmirləriylə əməl etmişlər. Onlar İslam haqqında özlərinə xas nəzər və fikirlərə sahib deyillər. Çünki Onlar İslamı həzrət Peyğəmbərdən öyrənmişlər. Buna görə də Onların arasında heç bir ixtilaf mövcud deyildi. Çünki Onlar, lüğətdə rəhbər mənasında olan imamlar deyildilər, (Rəsulallah tərəfindən tə᾽yin edilən) həqiqi İmamlardır.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin