Pisever-geceleri


İMAMƏT ŞİƏ ƏQİDƏSİNƏ GÖRƏ ÜLVİ BİR İLAHİ MƏQAMDIR



Yüklə 5,47 Mb.
səhifə41/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

İMAMƏT ŞİƏ ƏQİDƏSİNƏ GÖRƏ ÜLVİ BİR İLAHİ MƏQAMDIR


İmamət, üləmanın elmi Kəlam istilahlarında bəyan etdikləri kimi ilahi bir məqamdır ki, oda üsulu dindəndir. Bizim əqidəmizdə İmamət, İlahi bir məqam olaraq Rəsulallah (s) tərəfindən irəli sürülən, din və dünya işlərində ona itaəti vacib olan idarəçilikdir.

Şeyx: İmamətin üsulu dindən olduğuna dair qəti dəlillər gətirə bilsəydiniz yaxşı olardı. Çünki böyük İslam alimləri İmaməti Üsulu Dindən deyil Füruu Dindən saymışlar və şiə üləması dəlilsiz bir şəkildə İmaməti Üsulu Dinin bir hissəsi olaraq bilirlər.

vətçi: «Bu bəyan sadəcə şiəyə aid deyildir. Sizin böyük alimlərinizdən bə᾽ziləri də İmamətin üsulu dindən olduğu inancına sahibdirlər. Məsələn sizin böyük və tanınmış müfəssirlərinizdən Qazı Beyzəvi «Minhacul-Üsul» adlı kitabının «Əxbar» bəhsi bölümündə açıq bir şəkildə belə bəyan edir: «İmamət, Üsulu Dinin ən önəmli məsələlərindəndir və bunun rəddi küfr və bi᾽dətə səbəb olar».

Molla Əli Kuşçi «Şərhu-Təcrid» kitabının İmamət bölümündə belə deyir: «İmamət, Peyğəmbərdən xilafət yoluyla, din və dünya işləri xüsusunda ümumi bir riyasətdir (idarəçilik məqamıdır)».

Yenə sizin ən təəssübkeş alimlərinizdən Qazı Ruzbehan İmamətin Rəsulallahın (s) xəlifəliyi ünvanıyla ümmətin idarəçiliyi, Rəsulallahın imamət və xilafət məqamı olduğunu bu şəkildə bəyan edir: «İmamət, Əşəriyə görə, dinin yaşadılması və İslam millətinin qorunması xüsusunda Rəsulallahın xilafətidir; belə ki, bütün ümmətin ona itaət etməsi vacibdir».

Əgər İmamət Füruu Dinədən olsaydı Rəsuli-əkrəm (s) İmamını tanımadan ölən cahil kimi öldüyünü buyurmazdı. Sizin böyük alimlərinizdən Həmidi «əl-Cəmu Bəynəs-Səhiheyn» adlı kitabında, molla Səid Təftəzani «Əqaidi Nəsəfi»nin şərhində və bir çoxları həzrət Peyğəmbərdən bu hədisi nəql etmişlər: «Kim zamanının İmamını tanımadan ölərsə, cahiliyə ölümüylə ölmüşdür».

Dinin cüz᾽i məsələlərindən birini bilməmək, cahiliyə ölümüylə ölməyə səbəb olmaz. Çünki Beyzəvi; «İmamətə müxalifət etmək, küfr və bi᾽dətə səbəb olar» deyir.

Nəticə etibarıyla İmamət Usulu dindən olub nübuvvət məqamının tamamlayıcısıdır. Buna görə İmamətin lüğəti mənasıyla istilahı mə᾽nası arasında çox böyük fərq vardır. Siz ki, öz alimlərinizi imam bilirsiniz və deyirsiniz ki; İmami Əzəm, imam Malik, imam Şafei, imam Əhməd bin Hənbəl, imam Fəxri Razi, imam Sə᾽ləbi, imam Qəzali və digərləri, burada qeyd olunan imam kəlmələri, İmamətin lüğəti mə᾽nasıdır və biz də İmam kəliməsini bu mə᾽nada da istifadə edirik. Camaat imamı və ya Cümə imamı təbirləri buna bir misaldır.

Əgər İmam bu mə᾽na ilə istifadə olunarsa, yüzlərcə imamın eyni zamanda yaşaması mümkündür. Amma İmam, əvvəldə ərz etdiyimiz kimi Peyğəmbər (s)-dan sonra ümmətin ümumi başçısı mə᾽nasınadır; hər zamanda sadəcə bir nəfər İmam (başçı) ola bilər və bu İmam, gözəl bütün əxlaqi sifətlərin yanında hər kəsdən daha alim, daha cəsur, daha təqvalı və ən önəmlisi mə᾽sum olmasıdır. Qiyamət gününə qədər yer üzü heç bir zaman belə bir İmamın vücudundan məhrum qalmayacaqdır.

Aydındır ki, bu şəkildə insanlığın bütün kamalları vücudunda cəm olmuş bir İmamın məqamı, mə᾽nəvi məqamların ən üstünüdür. Belə bir İmam Allah-təala tərəfindən müəyən edilməli və Peyğəmbər (s) tərəfindən də xalqa təbliğ edilməlidir. Bu xüsusiyyətə sahib olan bir şəxsin (İmamın) məqamı, bütün məxluqatdan, hətta peyğəmbərlərdən daha böyük və ucadır.



Hafiz: «Siz bir tərəfdən Ğulatı qınayırsınız, digər tərəfdən də özünüz İmamlar haqqında ğuluv edirsiniz; Onların məqamını peyğəmbərlərdən üstün bilirsiniz. Həm əqli dəlillərlə həmdə Qur᾽ani-kərim də, aydın bir şəkildə ənbiyanın məqamını ən yüksək məqam olaraq tanıdmışdır və vacib ilə mümkün arasındakı ən yüksək məqam ənbiyanın məqamıdır. Sizin bu iddianız, dəlilsiz bir iddia olduğuna görə qəbul edilməsi mümkün deyildir.

İMAMƏT MƏQAMI NÜBUVVƏTİ-ƏMMƏDƏN DAHA ÜSTÜNDÜR


vətçi: Siz, iddianın dəlilini soruşmadan, mənim dəlilsiz danışdığımı buyurdunuz. Ən böyük dəlil Qur᾽anın özüdür. «Bəqərə» surəsində Allahın Xəlili olan həzrət İbrahimin qissəsində, üç böyük imtahan (can, mal, övlad)-dan sonra -ki bu bütün təfsirlərdə qəbul edilmiş və isbatlanmışdır ‒ Allah-təala bu böyük məqamı Ona lütf etmişdir. Allah-təala həzrət İbrahimə nübuvvət, risalət, ulul-əzmlik və Xəlillik məqamından daha üstün olan bu məqamı vermişdir. Əgər bu məqam onlardan daha üstün olmasaydı bu məqamın tərfi ünvanıyla verilməsinin mə᾽nası olmazdı. Allah-təala Bəqərə surəsinin 124-cü ayəsində Rəsuli-əkrəm (s)-ə belə xəbər verilir:

«Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdi. O da bunla yerinə yetirdikdə Allah-təala ona buyurdu: «Mən səni insanlara İmam etdim». İbrahim soruşdu: «mənim nəslimdən necə?». Allah buyurdu: «Mənim əhdim zülmkarlara şamil olmaz».

Bu ayəi şərifədən bir qrup nəticələr ortaya çıxır; onlardan biri də İmamət məq᾽amının isbatıdır. Bu mə᾽qam nübuvvət mə᾽qamından daha üstündür. Çünki Allah-təala İmamət məqamını nübuvvət məq᾽amından sonra həzrət İbrahimə verdi. Yuxarıdakı dəlillərdən alınan nəticə İmamət mə᾽qamının nübuvvət mə᾽qamından üstün olmasıdır.

Hafiz: «Sizin bu sözlərinizə görə, İmam olaraq qəbul etdiyiniz Əlinin (k.v) məqamı, Peyğambərdən daha üstündür. Bunun isə Ğulatın əqidəsi olduğunu özünüz söyləmişdiniz».

vətçi: «Nübuvvətdən qəstimiz sizin tə᾽bir etdiyiniz qisim deyildir. Siz özünüzdə də bilirsiniz ki «nübuvvəti-əmmə» (ümumi nübuvvət) ilə «nübuvvəti xassə» (xüsusi nübuvvət) arasında çox böyük fərq vardır. İmamət məqamı nübuvvəti ammədən üstündür. Amma nübuvvəti xasdan aşağıdır. Peyğəmbərimizin uca məqamı da nübuvvəti xas məqamıydı».

Nəvvab: «Söhbətə müdaxilə etdiyim üçün məni bağışlayın. Amma nə edim unutqan bir yadaşım var. Buna görə cəsarət edirəm. Deyə bilərsinizmi, bütün peyğəmbərlər Allah tərəfindən göndərilmiş və eyni məqama sahib insanlar deyillərdimi? Çünki Qur᾽an bu mövzuda belə buyurur: «Onun peyğəmbərləri arasında fərq qoymayın»1.

Belə isə siz nə səbəbdən nübuvvəti «Əmmə və Xassə»deyə iki qismə ayırdınız?».



vətçi: «Sizin dəlil olaraq gətirdiyiniz ayə öz yerində doğrudur. Bütün peyğambərlərin peyğəmbərliklərindəki hədəf, xalqı tərbiyə etmələri və onları məbdə və məada də᾽vət etmələridir. Bu baxımdan bütün peyğəmbərlər bərabərdilər. Amma fəzilət kamal, peyğəmbərlik etmək qaydaları, dərəcə və rütbələri baxımından bir-birlərindən fərqlidirlər.

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin