Pisever-geceleri


MƏHƏMMƏD AİLƏSİNƏ SALAVAT DEMƏK SÜNNƏT TƏŞƏHHÜDDƏ İSƏ FƏRZDİR



Yüklə 5,47 Mb.
səhifə18/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

MƏHƏMMƏD AİLƏSİNƏ SALAVAT DEMƏK SÜNNƏT TƏŞƏHHÜDDƏ İSƏ FƏRZDİR


Xüsusilə, Buxari «Səhihi-Buxari»nin ΙΙΙ cildində, Müslim «Səhihi-Müslim»in Ι cildində, Süleyman Bəlxi əl-Hanəfi «Yənabiul-məvəddət», hətta mütəəssib İbni Hacər «Səvaiq»də və digər böyük alimləriniz Kə᾽b bin Əczədən belə nəql edirlər: «İnnəllahə və məlaikətihu yusəllunə alən-nəbiy…» ayəsi nazil olduqda, Rəsulallahdan soruşduq: «Ya Rəsulallah! Sənə necə salam verilməsini öyrəd, necə salavat deyək?». Peyğəmbər buyurdu: «Belə salavat deyin: Allahummə səlli əla Məhəmmədin və Ali Məhəmməd».

Digər rəvayətlərdə də, bu cümlə əlavə edilmişdir: «Kəma salləytə əla İbrahimə və Ali İbrahim, innəkə Həmidun Məcid».

İmam Fəxri Razi, «Təfsiri-kəbir»in VΙ cildində belə nəql edir: «Rəsulu-əkrəmdən «sənə necə salavat deyək?» soruşulduqda, buyurdu: «Belə söyləyin ‒ Əllahummə səlli əla Məhəmmədin və əla ali Məhəmməd, kəma salləytə əla İbrahimə və əla ali İbrahim və bariq əla Məhəmmədin və əla ali Məhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə Həmidün Məcid».

İbni Hacər eyni rəvayəti cüz᾽i bir fərqlə Hakkimdən nəql etmiş və bu xüsusu belə açıqlamışdır: «Bu həmin hədisdə, Peyğəmbərə və ailəsinə (Əhli-beytinə) salavat deməyin əmr edilməsinə dair çox açıq bir dəlil vardır». Yenə Rəsulallahın (s) belə buyurduğunu nəql etmişdir: «Mənə naqis salavat deməyin». Həzrətdən, «Ya Rəsulallah, naqis salavat nədir?» soruşduqda, buyurdu: «Allahummə səlli əla Məhəmməd» söyləməyinizdir. Halbuki, belə söyləməlisiniz ‒ «Allahummə səlli əla Məhəmməd və əla Ali Məhəmməd».

Bu cümləni də Rəsulallahın (s) buyurduğunu nəql etmişdir: «Məhəmməd və ailəsinə (Əhli-beytinə) salavat deyilmədikcə, dua örtülü qalar».

Şafeinin belə dediyini nəql edirlər:



Ey Rəsulallahın (s) Əhli-beyti!

Sizin sevginiz, Allah tərəfindən Qur᾽anda fərz edilmişdir.

Bu böyük məqam size yetər ki,

Sizə salavat deməyənin namazı qəbul olmaz1.

Rəsulallahın (s) buyrduğu kimi, «Namaz dinin sütunudur; o qəbul olarsa, digər əməllər də qəbul olar; o qəbul olmazsa, digər əməllər də qəbul olmaz». Bütün əməllərin qəbul olması namaza bağlıdır; bir az əvvəl zikr etdiyimiz hədisə görə də, namazın qəbul olması Şafei᾽nin də e᾽tiraf etdiyi kimi, Məhəmməd və Ali Məhəmmədə salavat deməyə bağlıdır. Seyid Əbubəkir bin Şəhabuddin Ələvi «Rəşfətüs-sadi min bahri fəzaili mənin Nəbiyyil-Hadi» kitabının ΙΙ babında Məhəmməd və Ali Məhəmmədə salavat deməyin fərz olması xüsusunda olan bəyanlar və Nəsai, Daru Qutni, İbni Hacər və digər şəxslərdən də, təşəhhüddə həzrət Peyğəmbərin (s) mübarək adından sonra Ali Məhəmmədə (Məhəmməd Əhli-beytinə) də salavat deməyin fərz olmasına dair dəlillər zikr etmişdir. Artıq vaxt geçdiyinə görə daha çox izah verə bilmirəm və hökmü qardaşların təmiz vicdanlarına buraxıram.

Bu səbəbdən, siz əhli-sünnət qardaşlarımız Peyğəmbərin (s) Əhli-beytinə salam və salavat deməyin bid᾽ət olmadığını, əksinə Peyğəmbərin bilavasitə öz göstərişi ilə bir sünnət və ibadət olduğunu təsdiq edirsiniz. Bunları, əhli-sünnət qardaşlarımıza yanlış çatdıran xaricilər, nasibilər, təəssübkeş və inadkar düşmənlərdən başqa bir kəs qətiyyən inkar etməz. Bu hökmdə Xatəmul-ənbiyanın (s) yanında yer alan və zikr olunmaqda başqalarından öndə olan kəsləri başqalarıyla qiyas etməyin və digər kəsləri onlardan üstün bilməyin cəhalətdən, təəssübdən qaynaqlanması gün kimi açıq-aydındır.

Söz bu yerə yetişdikdə, gecə yarısını keçdiyi və məclisdə iştirak edənlərin bə᾽zilərində yorğunluq hiss olunduğuna görə, söhbətə son qoyduq. Çay içdikdən və sabahı gün bir az tez yığışmağı qərarlaşdırdıqdan sonra ağalar çıxıb getdilər.


ÜÇÜNCÜ GECƏ


25 rəcəb, bazara axşamı 1345-ci il

Axşam namazını yeni bitirmişdik ki, ağalar gəldilər. Hal-əhval soruşduqdan sonra onlar çay içməklə məşğul ikən, mən də bu arada işa namazını qılaraq, rahat bir zehin ilə ağaların sözlərini dinləmək üçün hazır oldum.



Hafiz: «Möhtərəm şeyx, dünən gecə evə getdikdə, xəyalımda hey, nə üçün müxtəlif millətlərin əqidələrini ətraflı araşdırmırıq, onlara diqqətlə nəzər yetirmirik? Sizin deyiminizlə, nə üçün təəssübkeş şəxslərin bə᾽zi kitablarıyla keçinirik? Beləcə, bir qrup həqiqətlər bizdən gizli qalır düşünərək, özümü qınadım».

vətçi: «Allah-təala, «Höccətül-Baliğə (ən üstün dəlil) Allahındır» buyurduğuna görə, dünən gecəki məclis də, ilahi höccətlərdən biriydi.

Ağalar, söhbətin əvvəlində bir az adətlərinizi kənara qoyub insaf, elm və ağıl gözüylə sözlərimə diqqət etdin. Bilməlisiniz ki, söylədiyim şeylər elm, ağıl, məntiq və həqiqət ölçüləri üzrədir. Mübarək qulaqlarınıza doldurduqları və ağlınıza yeritdikləri şeylər, batininizdəki təəssüb və kibir kimlərinsə inadlarından qaynaqlanmışdır.

Allah şahiddir ki, bu məclisdə danışarkən, qalib və ya məğlub olmaq fikrində deyiləm; təkcə hədəfim, Əhli-beyt haqqını və onların məktəbini müdafiə edərək, həqiqətlərin ortaya çıxmasını tə᾽min etməkdir».

Hafiz: «Dünən gəcəki söhbətlərinizdə şiənin müxtəlif qruplara ayrıldığı ortaya çıxdı. Görəsən, şiənin hansı qrupu haqqdır və onların hansının sözünü, əqidələrini doğru bilirsiniz? Əgər mümkünsə, mövzunun aydın olması üçün bu qrupları və bəhs etdiyimiz mövzuya aid olan qrupu incəliklə bizim üçün açıqlayın».

vətçi: «Dünən gecə, «şiə müxtəlif qruplara ayrılmışdır» deyə, bir şey ərz etmədim. Dünən gecə, şiənin mə᾽nasını ərz etdim; yəni şiə, Allah və Peyğəmbərə itaət edən və Rəsulallahın əmri çərçivəsində risalət ailəsinin tə᾽qibçiləri olan bir camaatdır. Amma bə᾽zi azğın firqələr özlərini şiə göstərərək, hər şeydən xəbərsiz cahil insanları öz ətrafına toplamış, müqəddəs şiə adından sui-istifadə etmişlər; batil inancları, hətta küfr və zındıqlığı bu adla insanlar arasında yaymışlar. Bax bu səbəbdən, həqiqətlər üzərində tədqiqat aparmayan bir qrup cahil insanlar, onları tarixdə şiə adıyla tanımışlar. Onlar həqiqətdə dörd firqəyə ayrılmışlar; o dörd firqədən sadəcə ikisi özünü yaşada bilmişdir, digərləri isə tamamilə dağılıb aradan getmişdir. Qalan iki firqədən də, müxtəlif firqələr meydana gəlmişdir. Bu dörd firqə bunlardan ibarətdir: zeydiyyə, kiysaniyyə, qəddahiyyə, ğulat.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin