Pisever-geceleri


ŞİƏNİ ŞİRKDƏ GÜNAHLANDIRMAQ



Yüklə 5,47 Mb.
səhifə24/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

ŞİƏNİ ŞİRKDƏ GÜNAHLANDIRMAQ


Hafiz: «Mövzu o qədər aydındır ki, izaha ehtiyac olmadığını sanıram. Allah-təalanı qəbul edib, Ondan başqasına yönəlmənin şirk olduğu, açıq bir həqiqətdir. Müşrik, Allahdan başqasına yönəlib, istəyini ondan tələb edən kəsdir.

Mə᾽lum olduğu kimi şiə camaatı tam şəkildə Allaha yönəlməmişdir. Bütün istəklərini Allahın adı olmadan, imamlarından istəyirlər. Hətta şiə fəqirləri, yollarda, evlərin qapılarına və ya dükanlara gəldikləri zaman, «Ya Əli!», «Ya Hüseyn!» «Ya qərib imam Rıza!», «Ya həzrət Abbas» deyirlər. Bir dəfə olsun «Ya Allah» dedikləri görülməmişdir. Bütün bunlar şirkə, şiə camaatının Allaha yönəlmədiyinə və Allahdan başqasına yönəldiklərinə dəlildir».



vətçi: «Sözlərinizi nə cür anlayım bilmirəm. Görəsən, inadkarlıq üzündən, bildiyiniz halda özünüzü bilməzliyə vurmağınızamı, yoxsa həqiqətlərə lazımınca diqqət göstərmədiyinizəmi? Çünki alim olmağın şərtlərindən biri, insaflı olmaqdır. Haqqı bilən bir kəs, öz istək və məqsədi uğrunda haqqı təkzib edərsə, o kəs insaflı deyil deməkdir. İnsafı olmayan alim də, əməlsiz alimdir. Rəsulallah (s) bir hədisdə belə buyurur: «Elmiylə əməl etməyən, meyvəsiz bir ağaç kimidir».

Danışığınızda dəfələrlə şirk və müşrik kəlmələrini işlətdiniz. Boş və əsassız dəlillərlə, Allahı tək bilən şiələri müşrik olaraq adlandırdınız. Bu kimi sözləriniz, mə᾽lumatsız əhli-sünnət qardaşların üzərində tə᾽sir buraxıb, şiələri müşrik bilmələrinə səbəb ola bilər ki, indiyə qədər də bu tə᾽sir qalmaqdadır. Başqa tərəfdən, burada olan şiələr də, bu sözlərinizdən çox narahat olurlar. Sizə qərəzli bir alim və iftiraçı gözüylə baxırlar. Çünki onlar əqidələrində sizin dediyiniz sözlərin hiç birinin olmadığını görürlər. Bu halda, sözlərinizə diqqət yetirib elə cümlələr söyləyin ki, həm haqq bəlli olsun, həm də qəlblərdə sizə qarşı məhəbbət yaransın.

Burada olan və olmayan əhli-sünnət qardaşların zehinlərinin aydınlıq tapması üçün əgər izn versəniz, məcburiyyət qarşısında, məclisimizin vaxtını da nəzərə alaraq, Əllamə Hilli, Mühəqqiq Tusi, Əllamə Məclisi kimi şiənin iftixarı və dahiləri olan böyük tədqiqaçı alim, fəqih və həkimlərinin ‒ Molla Sədra, Molla Novruzi, Əli Taliqani, Molla Hadi Səbzəvari, Mərhum Feyzi Kaşani və Fəyyaz Lahicani kimi başqa həkim və tədqiqatçıların, Qur᾽anın ayələri, Əimmeyi-Ətharın (ə) uca əmirlərindən yola çıxaraq, şirk və müşrik mövzusundakı e᾽tiqadlarını ərz edəcəyəm. Belə ki, burada əyləşənlər zənn etməsinlər ki, şirkin mə᾽nası, müsahibim Hafiz qardaşın buyurduğu kimidir».

Hafiz: (əsəbi bir şəkildə) «Buyurun, buyurun».

Nəvvab: (ehtiramla) «Məclisdə iştirak edənlərin hamısı alim olmadığına görə, bə᾽zi mövzuları və terminləri anlamaq onlar üçün imkansızdır. Rica edirəm sözlərinizi olduqca aydın və sadə söyləyin. Təkcə alimləri nəzərdə tutub, cavablarınızı onlara yönəltməyin. Xüsusilə, Hind və Pişəvərdən olanlar ali təhsilli deyillər. Bu səbəbən, qarışıq və çətin anlaşılan mövzulardan çəkinməyinizi xahiş edirəm».

`vətçi: «Möhtərəm Nəvvab qardaş, xatırlatdığınız sözləri mən hər zaman nəzərə alıram. Yalnız bu məclisdə deyil, hər hansı tədbir və yığıncaqda olursa olsun, alimləri deyil, camaatın ümumi kütləsini nəzərə almaq mənim adətimdir. Peyğəmbərlərin göndərilməsi, kitabların nazil olması, həqiqətlərdən xəbərsiz olan insanlar üçün deyildirmi? Həqiqətlər sadə və hər kəsin anlaya biləcəyi bir şəkildə izah edilməlidir. Bir hədisdə Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Biz peyğəmbərlər, insanlarla ağılları yetişən səviyyədə danışarıq».

İstəyinizi daima nəzərdə tuturam. İnşaallah, bundan belə daha çox diqqət edərəm. Əgər unutsam, rica edirəm, mənə xatırladın».


ŞİRKİN NÖVLƏRİ


vətçi: «Qur᾽an ayələri, bir çox alimin dərin araşdırmaları, xüsusilə Sədrul-Mütəəllih və Fazil Taliqaninin önəmli açıqlamalarından, şirkin iki növ olduğu anlaşılır. Şirkin başqa qisimləri də, bu ikisinin əhatəsinə aid olur. Bu iki qisim şirk: açıq və gizli olan şirkdir.

AÇIQ OLAN ŞİRK

a) Zatda şirk

İnsan Allaha, zatında, sifət, fe᾽l (əməl) və ya ibadətlərində ortaq qoşarsa, bu açıq şirkdir.

Zatda şirk, üluhiyyət, zat və Allahın vəhdaniyyəti mərtəbəsində Allaha şirk qoşmaq, bunu e᾽tiraf etmək deməkdir. Bütpərəstlər, (atəşpərst) nur və zülmət (qaranlıq), Yezdan (Allah) və Əhrimən (pislik İlahı) kimi iki əsl və məbdəyə (başlanğıca) inanan məcusilər buna gözəl misaldır.

Yenə xristianlar, ata, oğul və Ruhül-Qüdüs bilməklə, Allahın zatını üç qismə ayırmışlar. Onlardan bə᾽ziləri Ruhul-Qüdüsün Məryəm olduğunu söyləyirlər. Bu üçünün hər birinin ayrı-ayrı xüsusiyyətləri olduğuna inanırlar; «Bu üçü bir araya gəlməzlərsə, Allahın zatı da aşkarlaşmaz» deyirlər. Bu səbəbdən, Allah-təala da onların bu əqidəsini «Maidə» surəsinin 73-cü ayəsində bildirmiş və onu təkzib etmişdir: «Allah, üçlüyün üçüncüsüdür» deyənlər [] əlbəttə, kafir oldular. Halbuki vahid Allahdan başqa heç bir Tanrı yoxdur ».


XRİSTİANLARIN ƏQİDƏSİ


Bu ayə, xristianların nəsturiyə, milqaiyə və yaqubiyə kimi firqələrinə aiddir. Onlar da bu inancları bütpərəstlərdən və məcusilərdən götürmüşlər. Qısaca desək xristianlar da bütpərəst və məcusilər kimi müşrikdirlər. Çünki üç əslə inanmaqdadırlar.

Başqa bir sözlə desək, onlar üluhiyyətin Allah, Məryəm və İsanın arasında ortaq olduğunu söyləyirlər. Onlardan bə᾽ziləri Allah, İsa və Ruhul-Qüdüsün ayrı-ayrı ilahlar olduğu inancnıdadırlar. Deyirlər ki, başlanğıcda ilahlar üç idilər: Ata, oğul və Ruhul-Qüdüs. Sonra bu üçü bir araya gəlib, Məsih oldular.

Şübhə yox ki, əqli və nəqli dəlillərə görə, bu anlamda belə, bir ittihad imkansız və batildir. Hətta Vacibul-Vücudun zatı xaricindəki varlıqlar üçün belə imkansızdır. Bu səbəblə, yuxarıda söylədiyimiz ayənin sonunda belə buyurur: «O tək bir ilahdan başqa ilah yoxdur». Yə᾽ni, bir olan Allahdan başqa, ibadətə layiq heç bir varlıq yoxdur. O xalis vəhdaniyyət mahiyyətlidir.

b) Sifətlərdə şirk

Allah-təalanın elm, hikmət, qüdrət, həyat və başqa bu kimi sifətlərini, qədim və Onun zatına zaid (yə᾽ni zatın xaricində) bilmək, sifətlərdə şirk anlamına gəlir. Əbül-Həsən Əli bin İsmail-Əş᾽əri Bəsrinin davamçıları olan Əş᾽ərilərin e´tiqadı belədir. Sizin böyük alimlərinizdən Əli bin Əhməd bin Həzm əz-Zahiri «Fəslin» ΙV cüzünün, 207-ci səhifəsində və məşhur filosof Əndülüslü İbni Rüşd «əl-Kəşfu ən Mənahicil-Ədilləti fi Əqaidil-Milləti» kitabının 58-ci səhifəsində Allahın sifətlərinin zaid (zatından əlavə) və qədim olduğuna inandıqlarını yazmışdır.

Belə isə, əgər bir kəs Allahın sifətlərini Onun uca zatının xaricində olduğunu qəbul edirsə, yə᾽ni Allahı alimiyyət, qadiriyyət, hikmət, həyat və bu kimi sifətlərlə vəsfləndirir və bunları Allah-təalanın zatının özü olaraq bilməzsə, müşrikdir. Çünki qədimlikdə Onun üçün bənzər və bərabər edilmiş olar. Halbuki, Allah-təalanın zatının xaricində heç bir şey qədim deyildir. Allahın sifətləri Onun zatının özüdür. Məsələn, şəkər və şirinlik, yağ və yağlılıq kimi; şəkərdən şirinliyi, yağdan da yağlılığı ayırmaq mümkün deyildir; şirinlik və yağlılıq, sonradan şəkər və yağın zatına qatılan şeylər deyillər. Allah-təala daha başlanğıcda onları şirin və yağlı olaraq yaratmışdır. Şəkərdən şirinliyi, yağdan da yağlılığı ayıra bilsək, artıq o, yağ və şəkər olmayacaqdır.

Bax bunlar bir qrup misalardır; onları insanlara göstərib, bildirərik, ancaq elm sahiblərindən başqaları bunları anlamaz.

Allahın sifətlərinin, Onun zatından ayrı olmadığını daha yaxşı anlaya bilmək üçün misallar mövzunun daha aydın anlaşılmasını tə᾽min edir. Allah yə᾽ni «Alim», «Həyy», «Qadir», «Hakim»… deməkdir.

c) Fe᾽llərdə (əmələrdə) şirk

Həqiqət və mə᾽nada Allahı bir bilməmək, fe᾽llərdəki şirkdir. Yə᾽ni, məxluqatdan birini və ya bir neçəsini İlahi fe᾽llərdə müəssir, ya da müəssirin bir cüz᾽i olaraq bilmək, ya da işləri yaradılışdan sonra insanlara təfviz edilmiş olaraq bilmək şirkdir. Yəhudilər belə bir inanca sahibdirlər. Onlar deyirlər: «Allah məxluqatı yaratdı. Sonra da işləri məxluqatın ixtiyarına verib, özü kənara çəkildi».

Çünki «Maidə» surəsinin 64-cü ayəsində yəhudilər belə pislənilir: «Yəhudilər, «Allahın əli bağlıdır» dedilər. Onların öz əlləri bağlansın! Dedikləri bu sözə görə [qoy] Allahın ´nətinə gəlsinlər».

Özlərini müfəvvizə adlandıran ğulat müşriklər, Allahın işləri imamların ixtiyarında olmasına və onların yaradıb, ruzi verməsinə inanırlar.

Kim, hansı yolla olursa olsun, Allahın fe᾽llərində istər müəssirin cüz᾽i olsun, istər işləri ənbiyaya, ümmətlərə, imamlara və ya mə᾽murların ixtiyarına verilməsinə şəklində olsun, başqasını şərik bilmək qətiyyən şirkdir.

d) İbadətdə şirk

İbadətdə şirk isə budur: İnsanın ibadət etdiyi zaman zahiri görünüşünü, ya da qəlbindəki niyyətini Haqqdan (Allahdan) başqa səmtə çevirməsinə deyilir. Məsələn, namazı başqaları üçün niyyət edib qılmaq kimi. Niyyətə aid olan ibadətlərdə niyyətini Allahdan başqasına çevirən müşrikdir. Çünki Qur᾽an, «Kəhf» surəsinin 110-cu ayəsində belə bir əməli (şirki) nəhy (qadağan) edərək buyurur: «Kim Rəbbilə görüşəcəyinə ümid bəsləyirsə, gələk saleh əməl etsin Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın».

Əməl və ibadət edildiyi zaman, Allahdan başqasına yönəlməməli və peyğəmbərin, imamın ya da mürşidin üzü göz önündə canladırılmamalıdır. Yə᾽ni namaz, oruc, həcc, xumus, zəkat, nəzir, qurban və bu kimi fərz və ya sünnət ibadətlərin zahiri Allah üçün olsa, amma qəlbdə və batində Allahdan başqasının diqqətini çəkmək və ya məşhur olmaq üçün olarsa, bu şirkdir. Çünki hədislərdə, əməldə riya etməyin kiçik şirk olduğu bəyan edilmişdir. Bir hədisdə Rəsulallahın (s) belə buyurduğu nəql edilir: «Kiçik şirkdən çəkinin!» Kiçik şirkin nə olduğu soruşulduqda, O həzrət belə buyurdu: «Riya və şöhrətdir»1.

Başqa bir hədisdə Rəsulallah (s) belə buyurur: «Sizin üçün qoxduğum ən pis şey, gizli şirkdir. Gizli şirkdən uzaq durun. Çünki ümmətimin içində gizli olan şirk, qaranlıq gecədə, qara daşın üstündə yavaş yeriyən qarışqadan daha gizlidir».

Sonra o həzrət belə buyurdu: «Kim namazında, orucunda riya edərsə, müşrikdir. Kim sədəqəni riya ilə verərsə, həccə riya ilə gedərsə və riya ilə kölə azad edərsə, müşrikdir».



Hafiz: «Siz öz özünüzü ələ verdiniz. Deyirsiniz ki, insan, insan üçün nəzir deyərsə, müşrikdir. Belə isə, siz şiələr müşriksiniz. Çünki imamlara, ya da imamzadələrə hər zaman nəzər deyirsiniz. Belə bir nəzir Allahdan başqası üçün olduğuna görə, şirkdir».

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin