Plan 1 Dinin mənşəyi və tarixi inkişafı



Yüklə 40,71 Kb.
səhifə3/9
tarix31.12.2021
ölçüsü40,71 Kb.
#113465
1   2   3   4   5   6   7   8   9
mövzu 3

Bütpərəstlik. Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm (ruh mənasını daşıyan latın sözü “anima”dan əmələ gəlmişdir. Ruhların mövcudluğuna, heyvanların, bitkilərin, cansız cisimlərin, təbiət qüvvələrinin ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik olduğuna etiqad animizm adlanır), fetişizm (cansız cisimlərə, qayalara, ağaclara, gildən düzəlmiş bütlərə, insanabənzər təsvirlərə sitayiş fetişizm adlanır) totemizm (bir soya, tayfaya mənsub adamlarla bir heyvan və ya bitki növü, bəzən də hansısa təbiət hadisəsi arasında əlaqə, mənşə və qan qohumluğu olduğuna inanc), şamanlıqdan (sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək ruhlara əlaqə girməsi, şər ruhları qovması) tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat vermişdir.


Yüklə 40,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin