Plan 1 Dinin mənşəyi və tarixi inkişafı



Yüklə 40,71 Kb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü40,71 Kb.
#113465
1   2   3   4   5   6   7   8   9
mövzu 3

Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn Bakıda yeni «Aleksandr Nevski» kafedral kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı etmişlər. Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırmış, hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlamışlar. Başqa bir fakt: Arxangel Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək göstərmişdir. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə cavab veriblər: «Таnrının evi yanan şəhərə müsibət üz verər».


Yüklə 40,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin