Plan Balıq və kürü haqqında Balıq kürüsünün keyfiyyət ekspertizası Kimyəvi ekspertiza üsulları


Natrium xloridin miqdarının Mor üsulu ilə təyin edilməsi aşağıdakı ardıcıllıqla aparılır



Yüklə 27,22 Kb.
səhifə4/7
tarix09.12.2022
ölçüsü27,22 Kb.
#120698
1   2   3   4   5   6   7
Natrium xloridin miqdarının Mor üsulu ilə təyin edilməsi aşağıdakı ardıcıllıqla aparılır:

  1. 10 q maddə götürüb çəkisini 0,01 q-a qədər dəqiqliklə müəyyən edirlər.

  2. Sonra onu kiçik həvəngdə xlorsuz qum (5 q) və 2-3 ml distillə edilmiş su ilə qarışdırıb bircinsli qarışıq alınıncaya qədər əzirlər.

  3. Həvəngdəki kütləni isti halda götürülən distillə edilmiş su ilə yumaqla, ucu geniş qıf vasitəsi ilə 200 ml-lik ölçülü kolbaya keçirirlər.

  4. Sonra üzərinə kolbanın həcminin 3 2 hissəsi qədər distillə edilmiş isti su töküb qaynayıncaya qədər qızdırılmış su hamamına batırır və orada 10-15 dəqiqə saxlayırlar. Burada məqsəd pıxtalaşmış zülalların birləşib topa əmələ gətirməsidir.

  5. Sonra kolbanı soyudur və distillə edilmiş su əlavə etməklə daxilindəki mayenin səviyyəsini nişanlaşmış yerə çatdırırlar.

  6. Bundan sonra onu filtrdən süzür və alınan filtratda xlorun miqdarını müəyyən edirlər.

Mor üsulu ilə titrləmə otaq temperaturunda aparılmalıdır, çünki temperatur bundan artıq olduqda Ag2CrO4-ün həll olma qabiliyyəti artır və indikatorun həssaslığı azalır. Mühitin reaksiyası neytral olmalıdır, çünki onun istər turş, istərsə də qələvi olması analiz nəticələrinin öz həqiqi qiymətlərindən artıq alınmasına səbəb olur. Bu ondan irəli gəlir ki, titrləmənin sonunda əmələ gələn ağ rəngli Ag2CrO4 çöküntüsü turşularda həll olur, hidroksid ionlarının konsentrasiyası çox olduqda isə suda pis həll olan gümüş- hidroksid (AgOH) əmələ gəlir, o da gümüş-xromatdan daha tez çöküntü şəklində ayrılır.
Turş ekstrakt boraks (bura) ilə və ya bikarbonatla neytrallaşdırılmalıdır. Bu məqsədlə sodadan istifadə etmək olmaz, çünki ekstraktda CO3 ionlarının olması suda pis həll olan Ag2CO3 əmələ gəlməsinə səbəb olur. Titrləmədə indi-katorun miqdarı da mühüm rol olynayır, çünki məhlulda CrO4 ionlarının konsentrasiyasının dəyişməsi Ag2CrO4 çöküntüsünün vaxtında ayrılıb dibə çökməsinə təsir edir.

Yüklə 27,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin