3. Mövqeləşdirmə və diferensiasiya strategiyaları - Hər bir kompaniya öz bazar təkliflərini müəyyən şəkildə mövqeləşdirməlidir. Mövqeləşdirmə – kompaniyanın təklifinin və onun imicinin işlənib hazırlanması üzrə istehlakçıların məqsədli qrupunun şüurunda xüsusiləşmiş xeyirxah mövqe tutulmasına istiqamətlənmiş fəaliyyətdir. Əmtəənin mövqeləşdirilməsinin son nəticəsi – məhsulun dəyərliliyi-nin bazara oriyentasiyalaşmış təklifinin uğurla yaradılması – məqsədli auditoriya-nın malgöndərən kompaniyanın əmtəəsini niyə əldə etməsi və ondan istifadə etməsini izah edən sadə və dəqiq şəkildə təsdiqidir.