PSİXOQRAFİK ƏLAMƏTLƏR
Həyat tərzi
|
Mühafizəkarlar, həyatsevərlər, estetlər
|
Şəxsi xüsusiyyətlər
|
İşə yarayan , ünsiyyətcil, avtoritar (nüfuzlu), şöhrətpərəst
|
DAVRANIŞ ƏLAMƏTLƏRİ
|
Alışın həyata keçirilməsi üçün bəhanə
|
Adi alış, xüsusi hadisə
|
Axtarılan faydalar
|
Keyfiyyət, servis, qənaət, sürət
|
İstehlakın intensivliyi
|
Aşağı, orta, yuxarı alıcılıq qabiliyyəti
|
İstifadəçinin statusu
|
İstifadə etməyən, keçmiş istifadəçi, potensial istifadəçi, yeni istifadəçi, daimi istifadəçi
|
Sadiqlik dərəcəsi
|
Yoxdur, orta, güclü, mütləq
|
Alışa hazırlıq dərəcəsi
|
Xəbərsiz, xəbərdar, bilincli, maraqlı, arzu edən, niyyətli
|
Əmtəəyə qarşı münasibət
|
Vəcdlə (şövqlə), xeyirxahlıqla, laqeydliklə, mənfi, düşməncəsinə
|
Coğrafi əlamət üzrə seqmentləşdirmə. Coğrafi əlamət üzrə seqmentləşdirmə bazarın müxtəlif coğrafi vahidlərə bölünməsindən ibarətdir: dövlətlər, ştatlar, regionlar, əyalətlər, şəhərlər və s. Kompaniya əməliyyatların bir və ya bir neçə regionda və ya bütünlüklə bazarda həyata keçirilməsinin məqsədəuyğunluğu haqqında qərar qəbul edir. Bu zaman verilmiş regionların əhalisinin xüsusiy-yətlərini nəzərə almaq lazımdır, çünki onların sakinlərinin təlabat və tərcihləri əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bir sıra kompaniyalar, xüsusilə, Pillsbury, bazarı hətta poçt indeksləri üzrə belə seqmentləşdirirlər, daha sonra isə mürəkkəb kompüter proqramlarının köməyilə istehlakçıların tərcihləri, fikirləri və alıcılıq vərdişləri üzrə verilənləri təhlil edirlər. Belə seqmentləşdirmə sxemi firmalara özünəməxsus marketinq kampaniyalarını məqsədyönlü şəkildə həyata keçirməyə imkan verir. Misal üçün, ehtiyatı ərzaq mağazalarında daima tamamlanmalı olan məhsul kateqoriyalarını aşkar etmək.
Dostları ilə paylaş: |