2. Son istehlakçı və işgüzar istehlakçılar bazarının seqmentləşdirilməsi
İstehlakçı və işgüzar bazarların müxtəlifliyi səbəbindən marketinq üzrə mütəxəs-sislər onların seqmentləşdirilməsi zamanı eyni kriteriyalara əsaslana bilmirlər. İstehlakçı bazarının seqmentləşdirilməsi üçün əsas kimi bir qrup, təşkilatlar bazarının seqmentləşdirliməsi üçün isə başqa bir qrup dəyişənlər əsas kimi götürülür.
İstehlakçı bazarlarının seqmentləşdirilməsi üçün adətən istehlakçının xüsusiyyətləri ilə əlaqədar olan coğrafi, demoqrafik və psixoqrafik əlamətlərdən, habelə isteh-lakçının reaksiyası ilə bağlı olan dəyişkən davranışlardan istifadə edilir (cədvəl 2). Seqmentləri müəyyən etdikdən sonra marketoloqlar istehlakçıların müxtəlif xüsusiyyətləri və onların davranış reaksiyaları arasında əlaqənin mövcud olub-olmamasını təhlil edirlər. Məsələn, tədqiqatçı avtomobili «qiymət üzrə» yox, «keyfiyyət üzrə» seçən istehlakçılar arasında coğrafi, demoqrafik və ya psixoqrafik fərqlərin mövcud olmasını aşkar edə bilər. Bununla da o, marketinq nöqteyi-nəzərindən bu seqmentlərin maraq kəsb edib-etmədiyini müəyyən edir.
Cədvəl 2.
Dostları ilə paylaş: |