2. Cəmiyyətin strukturu:
Cəmiyyətin sosial sistem kimi sosioloji təhlilinin səmərəli üsullarından biri ona
makrososioloji yanaşmadır.
Belə yanaşmanı Amerika sosioloqu E. Şilz təklif etmişdir. Onun fikrincə, cəmiyyət
üç başlıca ünsürdən ibarət olan makrostruktur kimi təsəvvür oluna bilər:
a) sosial birlik - fərdlər çoxluğunun qarşılıqlı əlaqəsidir;
b) sosial təşkilat - məlum sistem hüdudlarında fərdlərin sosial statuslarının
(mövqelərinin) və social rollarının (funksiyalarının) məcmusudur;
c) mədəniyyət - fərdlərin davranışını və fəaliyyətini müəyyən edən dəyərlərin və
sosial normaların məcmusudur.
Sosial birliklər bəşəriyyətin tarixi inkişafı prosesində meydana gəlir və öz
növlərinin, formalarının rəngarəngliyi ilə səciyyələnir. Ən əhəmiyyətli birliklər
sırasına bunları aid etmək olar: sosial-ərazi birlikləri (şəhər, kənd, region və s.);
sosial-demoqrafık birliklər (ailə, yaş qrupları və s.); sosial-etnik birliklər (millətlər,
xalqlar, etnik qruplar); sosial-əmək
birlikləri (əmək kollektivlərinin müxtəlif tipləri).
Sosial birliklərdə insanlar arasında qarşılıqlı təsir formaları da müxtəlifdir: fərd-
fərd; fərd-sosial qrup; fərd-cəmiyyət. İnsanların praktik
fəaliyyətində formalaşan həmin birliklər fərdin və ya fərdlər qrupunun bütövlükdə
sosial birliyin inkişafı üçün əhəmiyyətli olan davranışını şərtləndirir. Müxtəlif
subyektlər arasındakı sosial qarşılıqlı təsir insanlar arasında, onlarla xarici mühit
arasında sosial əlaqələri müəyyən edir. Həmin sosial əlaqələrin məcmusu isə
cəmiyyətdə social münasibətlərin əsasını təşkil edir. İstənilən sosial birlik,
cəmiyyətin həyat fəaliyyətinin istənilən sferası insanlar arasında münasibətlərin
tənzimlənməsini nəzərdə tutur. Cəmiyyət öz tarixi təkamülü prosesində ictimai
həyatın təşkilinin, tənzimlənməsinin spesifık sistemini işləyib hazırlamışdır: bu,
sosial institutlardır. Sosial institutlar əhalinin müxtəlif qruplarının ümumi
mənafelərini əlaqələndirmək, stabil inkişafı təmin etmək mexanizmləridir.
Münaqişəli situasiyaların çoxluğu, dərinləşməsi sosial institutların səmərəli
işləmədiyini göstərir, onların yeniləşməsini və ictimai tələbatlara
uyğunlaşdırılmasını zərurətə çevirir.
Sosial təşkilatlar cəmiyyətin çox mühüm ünsürü olub, ictimai inkişafda müəyyən
məqsədlərə nail olmaq üçün fərdlərin, sosial qrupların fəaliyyətini nizamlamağın
etibarlı üsulu kimi çıxış edirlər. Başqa sözlə, social təşkilatlar müəyyən sosial
sistem hüdudlarında fərdlərin, sosial birliklərin, qrupların, təbəqələrin fəaliyyətini
inteqrasiya etmək mexanizmləridir. Sosial təşkilatların çox mühüm xüsusiyyəti
onların ünsürləri arasında iyerarxik əlaqələrin olmasıdır; bu təşkilatlar məqsədli
təyinatı olan piramidayabənzər sosial sistemlərdir. Onların fəaliyyəti
əsasında sosial məqsədlər, sosial statuslar və rollar zəminində rəhbərlik -
tabelikdə olanlar arasında spesifık münasibətlər qərarlaşır. Sosial təşkilatlarda
ayrı-ayn fərdlərin, qrupların spesifık xüsusiyyətlərə malik olan
fəaliyyətinin sinxron, eyniistiqamətli olması müəyyən məqsəd və vəzifələrin
reallaşdırılmasını təmin edir.
Aydın məsələdir ki, sosial təşkilatlar hüdudunda müəyyən idarəedici orqan
olmalıdır ki, sosial statusların və rolların bölgüsü, fərdlərin, qrupların birgə
fəaliyyəti təmin edilsin. Təşkilati-hakimiyyət strukturları kollektivin daxili həyatına
və əlaqələrinə dair ən müxtəlif məsələləri həll etməli olurlar. Sosial təşkilatın
sosial statusları və rolları nəzərdə tutan formal strukturu rəhbərlər - tabelikdə
olanlar xətti üzrə əmək bölgüsünü həyata keçirir,
işçilərin fəaliyyətini optimallaşdırmağa səy göstərir. Lakin ən sərt təşkilati
münasibətlər şəraitində də şəxsiyyətlərarası və qruplararası münasibətlərin
müəyyən spesifikası təzahür edir; belə münasibətlərin əsasını sosial-psixoloji
amillər təşkil edir. Ona görə də kollektivlərdə qeyri-formal qrupların, liderlərin,
spesifik submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal -
təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən ziddiyyətlər doğurursa, o zaman sosial
təşkilatın qeyri-stabilliyi, böhranlı məqamları artır.
Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanların praktik
fəaliyyətində təsbit olunmuş social normaların və dəyərlərin sistemi kimi
müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar
əsasən sosial fenomendir. Məhz normalar çox müxtəlif prosesləri nizamlayır,
başlıca olaraq onların inteqrasiyası funksiyasını yerinə yetirir. İnkişaf etmiş
cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, digər
normaların, o cümlədən əxlaqi normaların əhənıiyyətini kiçiltməyə əsas vermir.
Dəyərlər sosial və mədəni sistemlərin başlıca əlaqələndirici həlqəsidir.
Cəmiyyətdə mədəniyyət maddi predmetlərdə və mənəvi sərvətlərdə öz ifadəsini
tapır, insanların tələbatlarını, onların inkişaf etmək, zənginləşmək səylərini əks
etdirir. Sosiologiya cəmiyyətdə mədəniyyətin social roluna xüsusi əhəmiyyət verir:
bu və ya digər sosial-mədəni sərvətlər ictimai münasibətlərin humanistləşməsinə,
ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşmasına nə dərəcədə kömək edir -
bunlar çox ciddi
və
düşündürücü suallardır. Mədəniyyət həmişə həm ənənələrin, həm də yeniliklərin
ünsürlərini özündə birləşdirir. Ənənələrin üstün olması ənənəvi mədəniyyətin
formalaşmasını və müəyyən hüdudlarda təkamülünü şərtləndirir. Yenilik
əsaslarının üstünlük təşkil etməsi isə həm mütərəqqi dəyişikliklərə, həm də keçmiş
mədəniyyət nümunələrinin unudulmasına
səbəb ola bilər.
Dostları ilə paylaş: |