Plan: Cəmiyyət ən ümumi sosial sistem kimi


 Cəmiyyətin sosial sistem kimi inkişafı



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix11.11.2023
ölçüsü0,67 Mb.
#131662
1   2   3   4
Cəmiyyətin mahiyyəti və qruluşu (1)

3. Cəmiyyətin sosial sistem kimi inkişafı: 
 
Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, 
təkamülünə səbəb olur.Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, 
mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur. Bəzi 
cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur 
ki, təkamül qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud 
dağılma meyllərinə məruz qalır. 
Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. 
Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü göstərir. 
Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə 
əsas problem bütün cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici 
amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə düşər ki, təkamülçülük müxtəlif 
naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji, 
sosial-darvinist və s.) əsasını təşkil etmişdir. 
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində 
həlledici amil sayırdı. Onun fikrincə, biliyin teoloji, mistik formadan pozitiv 
formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə səbəb olacaqdır. 
İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatların ödənilməsinin 
keyfıyyətcə yeni, başqa səviyyəsi demək olacaqdır.
H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının 
güclənməsində görür və qeyd edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri 
ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir yeni mərhələsində 
onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, 
fərdlərin müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət 
tərəfındən getdikcə daha dolğun ödənilməsinə səbəb olur. 
E. Dürkheym təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onların ictimai 
funksiyaları qeyriyetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və 
sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi nəzərdən keçirir. Üzvi həmrəylik, 
onun fikrincə, insanların vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və 
cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir. 


K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar 
qüvvələrini ön plana çəkirdi. Onun fıkrincə, məhsuldar qüvvələrin inkişafı sosial 
inqilaba və istehsal üsulunun dəyişilməsinə gətirib çıxarır. İstehsal üsulunun 
dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-
iqtisadi formasiyanın qərarlaşmasının əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal 
üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində 
mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində 
təzahür edə bilər. Ona görə də social inqilablar «tarixin lokomotivləridir»; onlar 
cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir. Təkamülçülük konsepsiyası 
cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə əhəmiyyətli rol 
oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, 
cəmiyyətdəki proseslər geniş kontekstdə,böyük tarixi perspektivdə nəzərdən 
keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi 
cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə 
bilmədi. Əslində sosial prosesin obyektivliyi ideyası da müəyyən 
[44 - 45] 
qədər 
şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin azadlığı, həmrəylik, 
texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. 
Məlum olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: 
bütün dünyanı məhv etməyə qadir olan silahların yaradılması, ekoloji fəlakətlər 
doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə qısa 
zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin 
dəyişilməsi, cinayətkarlığın, fərdlərin davranışında kənaraçıxma hallarının artması 
və s.) əsaslı izahını verə bilmədi. 
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni 
yanaşmalarla mümkün qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan 
tsiklik inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və sosial inkişaf nəzəriyyəsi (T. 
Parsons) diqqəti cəlb edir. Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun 
daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət kimi yanaşmır. Bu 
nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, 
başa çatdıqda yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin 
dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin fəaliyyəti və təsiri ilə bir 
nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» 
və bununla da öz sabitliyini bərpa edir. 
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya 
əsaslanır. Struktur və onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin 
(orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) «kibernetik iyerarxiyası» 
ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi 
nəzərdən keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun 
«etimad sistemi» adlandırdığı mədəni sistemə toxunurlar. İqtisadi və siyasi 
çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz 
əsasını da dəyişdirmir. Cəmiyyət sosial sistem olmaq etibarilə davamlılığa, özünü 
təkraristeh-sal etmək qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur 


ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz əksini tapır. Müvazinəti 
qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai 
sistem, onun əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə 
bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni 
təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır. Sosial dəyişikliyin bu 
növü «müvazinətin dəyişilməsi» adlanır. 
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə nəzərdə tutur ki, 
daxilən və kənardan olan güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə 
bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün social altsistemlərin və onların 
struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş 
verir. 
Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə 
bağlıdır. Parsons onu «təkamül universaliləri» adlandırırdı. Sosial sistemdə əvvəlcə 
dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi, qohumluq sistemi, din 
və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: 
bürokratiya, pul, bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. 
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: 
bəsit, aralıq və müasir. Bəsit mərhələdən aralıq mərhələyə keçid yazının icad 
olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə qanunvericiliyin 
inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş şəkildə cəmiyyətin inkişafını aşağıdakı 
«təkamül mexanizmlərinə» aid etmək olar: 
1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 
2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması 
(məsələn, yeni texnika, yeni kommunikasiya vasitələri) deməkdir;
3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün 
əvvəlki meyarları (sinif, etnik mənsubiyyət, cins) təkamül şəraitində öz 
əhəmiyyətini itirir; 
4. Dəyərlərin ümumil şdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar 
müxtəlif qruplar üçün getdikcə daha az dərəcədə məqbul ola bilir, universal, sosial 
sistemin tipindən asılı olmayan insan hüquqları və idealları (məsələn, insan 
hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş 
yayılmağa başlayır. T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül 
mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və altsistemlərlə bağlıdır. 
Cəmiyyətin ən mühüm altsistemlərinin əlaqələndirilməsi vasitələri pul və 
hakimiyyətdir. Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial 
münasibətlərə fəal təsir göstərir (məsələn, sosial münasibətlərin siyasiləşməsi). 
Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması həm onun struktur 
yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri 
aydın görməyə imkan verir. Lakin cəmiyyətin inkişafı anlayışı ictimai sistemin 
normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin anlayışın 
hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. 
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli 


tədqiqat obyekti olaraq qalır. Ona görə də cəmiyyətin inkişafı, təkamülü 
barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır. 
4. Cəmiyyətin əlamətləri 
Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd 
edilməsinə, araşdırılmasına xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin 
əlamətləri kimi çıxış edə bilər. 
Cəmiyyətin əlamətləri sırasında ən əvvəl ərazinin olmasını 
qeyd etmək olar. Sosial 
əlaqələrin konsolidasiyası məhz məlum ərazidə baş verir. Ərazi sosial məkanın 
əsasıdır: fərdlər arasındakı münasibətlər, qarşılıqlı təsirlər burada təşəkkül tapır və 
inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. 
rəngarəngliyi, zənginliyi insanların həyati tələbatlarını ödəməyə imkan verir, 
onların həyat fəaliyyətinə təkrarolunmaz xüsusiyyətlər bəxş edir. Sosial 
strukturun, yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlaməti hesab edilə 
bilər. Məhz həmin əlaqələ_«___Ä_«__r sayəsində daxili sosial qarşılıqlı təsirlərin 
yüksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti tarixinin ilk 
mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı təsirlər 
(qonşuluq, qohumluq telləri) hesabına təmin olunurdu: icma münasibətləri 
qərarlaşmışdı. Cəmiyyətin inkişafının sonrakı mərhələlərində qarşılıqlı təsirlərin bu 
prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca sabitləşdirici 
amillər kimi rolu daha aydın təzahür edirdi: sosial institutların, sosial birliklərin 
rolu etiraf olunurdu. 
İndi cəmiyyəti sosial strukturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir 
struktur həyat fəaliyyətinin və qarşılıqlı əlaqənin müəyyən növlərini tənzimləyir və 
təkraristehsal edir. Məsələn, pul institutu əmək mübadiləsini, ailə institutu nikah 
münasibətlərini, sosial peşə birlikləri əmək bölgüsünü nizamlayır. Bunların hamısı 
birlikdə cəmiyyətdə varisliyi (bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün 
deyildir) təmin edir. 
Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət 
kənardan müdaxilə olmadan öz əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara 
həyat təşkilinin elə formalarını təklif etməlidir ki, həmin formalar onların öz şəxsi 
məqsədlərinə çatmasına imkan yaratsın. İnsan ancaq cəmiyyətdə sosial karyeraya 
yiyələnə bilər, zəruri biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə 
məşğul ola bilər, öz tələbatlarını ödəyə bilər. Cəmiyyət özünütənzimləmək 
qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər 
əsasında sosial 
prosesləri, institutların, təşkilatların fəaliyyətini nizamlamalı və idarə etməlidir. 
Özyetərlilik cəmiyyətin muxtarlığını təmin edir; bu, xarici idarəedici impulslar 
olmadan fərdlərin özinkişafı, öztənzimi üçün zəruri şərait yaratmaq qabiliyyətini 
ifadə edir. 
Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici 
qüvvədir; bu, insanların hər bir yeni nəslinin sosiallaşmasında əvəzsiz rol oynayır, 
onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, ümumən qəbul olunmuş 
norma və qaydalara tabe edir. Mədəniyyətin ümumiliyi cəmiyyətdə mənəvi 


vəhdətin təkrarsız iqlimini yaradır, mənlik şüurunu fəallaşdırır (xüsusən dil, mənşə, 
davranış nümunələri, əxlaqi dəyərlər və s. ümumiliyi vasitəsilə). Nəticədə 
cəmiyyətin inkişafında varislik və yeniləşmə təmin olunur. Dini, milli, iqtisadi və s. 
ideyalar qüdrətli inteqrasiyaedici qüvvəyə malik olan sosial fenomenlərə konkret 
misal ola bilər.Deməli, cəmiyyət sosial əlaqələrin və sosial qarşılıqlı təsirlərin 
təşkilinin universal üsulu olub, insanların bütün əsas tələbatlarını ödəməyi təmin 
edir; o, özünütənzimləmə, özünü təkraristehsal qabiliyyətinə malikdir. 
Xüsusi institutlar, təşkilatlar, normalar, dəyərlər vasitəsilə sosial əlaqələrin 
möhkəmlənməsi, yeniləşməsi və zənginləşməsi onun fəaliyyətinin aparıcı 
istiqamətini təşkil edir. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin