Plan: Cəmiyyət ən ümumi sosial sistem kimi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix11.11.2023
ölçüsü0,67 Mb.
#131662
1   2   3   4
Cəmiyyətin mahiyyəti və qruluşu (1)

5. Cəmiyyətin tipologiyası: 
 
Cəmiyyət öz konkret təzahürlərində son dərəcə rəngarəngdir. Müasir cəmiyyətləri 
müxtəlif parametrlərə görə (məsələn, siyasi quruluş, coğrafi vəziyyət, mədəniyyət, 
ünsiyyət dili, sabitlik səviyyəsi, sosial inteqrasiya dərəcəsi, əhalinin təhsil səviyyəsi 
və s.) fərqləndirmək olar. Tipik cəmiyyətlərin universal təsnifatları onların başlıca 
parametrlərinin ayırd edilməsinə əsaslanır.
Cəmiyyətlərin tipologiyasında əsas istiqamətlərdən biri dövlət hakimiyyəti 
formalarının ön plani çəkilməsidir. Bu baxımdan totalitar (dövlət sosial həyatın 
əsas istiqamətlərini müəyyən edir), demokratik (əhali dövlət strukturlarına təsir 
göstərmək imkanına malikdir) və avtoritar (totalitarizm və demokratiya ünsürləri 
əlaqələndirilir) cəmiyyətləri ayırd edirlər. 
Marksizm cəmiyyətləri istehsal münasibətlərinin tipinə görə fərqləndirir və ibtidai 
icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm (və ya kommunizm) ictimai-
iqtisadi formasiyalarını ayırd edir. Sonuncu xüsusi mülkiyyətçilik münasibətlərinin 
ləğvini, istehsal vasitələri üzərində mülkiyyətə hamının bərabər münasibətini 
nəzərdə tutur.Müasir sosiologiyada ənənəvi, industrial, postindustrial cəmiyyətlər 
kimi fərqləndirmə daha davamlı tipologiya hesab oluna bilər. 
Ənənəvi cəmiyyət (bunu sadə və aqrar cəmiyyət də adlandırırlar) aqrar uklada, az 
mütəhərrik strukturlara və ənənələrə əsaslanan sosiomədəni tənzimləmə üsuluna 
malikdir. Fərdlərin davranışına ciddi şəkildə nəzarət olunur.Ənənəvi davranış 
normaları, adətlər, sabit sosial təsisatlar (xüsusən ailə, icma) çox mühüm məna 
kəsb edir. 
İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunur. Ənənəvi cəmiyyət 
üçün istehsalın aşağı inkişaf surətləri xarakterik cəhətdir. Bu tip cəmiyyət üçün 
davamlı sosial həmrəylik çox əhəmiyyətli amildir. E. Dürkheym vaxtilə Avstraliya 
aborigenləri cəmiyyətini öyrənərək bu qənaətə gəlmişdi ki, dini etiqadlar 
cəmiyyətin əxlaqi vəhdətini qoruyub saxlamaqda çox mühüm rol oynayır. Ova 
hazırlaşmaqla, nikah mərasimləri və s. ilə bağlı birgə rituallar cəmiyyətin kollektiv 
ruhunun möhkəmlənməsinə kömək edir. 
«İndustrial cəmiyyət» termini hələ O. Kont tərəfindən elmi dövriyyəyə daxil 
edilmişdi. Belə cəmiyyətin əsasını istehsal, sənayenin inkişafı təşkil edir; bunlar 


əməyin elmi təşkilinə istinad edir. Sənaye istehsalı fəhlələrin iş yerlərində
təmərküzləşməsini nəzərdə tutur. Əmələ gələn işçi kütləsinin sahibkarlarla 
münaqişəsi yaranır. Zənginliyin artmasının əsas şərti mənfəət ardınca qaçma və 
rəqabət olur. Lakin artıq istehsalla bağlı olan böhranlar da çoxalır; nəticədə bolluq 
içərisində yoxsulluq güclənir. İndustrial cəmiyyət sosial həyatın təşkilinin elə tipidir 
ki, burada fərdlərin zadlığı və maraqları onların birgə fəaliyyətini nizamlayan 
ümumi prinsiplərlə əlaqələnir. Belə cəmiyyət üçün çevik sosial strukturlar, sosial 
mobillik, inkişaf etmiş kommunikasiyalar sistemi xarakterik cəhətlərdir. 
XX əsrin 60-cı illərində postindustrial (informasiya) cəmiyyət konsepsiyaları (D. 
Bell, A. Turen, Y. Habermas) meydana gəlir; bu, ən inkişaf etmiş ölkələrin 
iqtisadiyyatında və mədəniyyətindəki kəskin dəyişikliklərlə şərtlənmişdi. 
Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu 
etiraf olunur. Zəruri təhsil alan, ən yeni informasiya əldə etmək imkanı qazanan 
adamlar sosial ierarxiya pilləkanında irəliləmək üçün üstün şanslar əldə edirlər. 
İnsanın cəmiyyətdə əsas məqsədi yaradıcı əmək olur. 
Postindustrial cəmiyyəti neqativ tərəfi də var: dövlətin, hakim elitanın 
informasiyaya müyəssərlik, kütləvi informasiyanın və kommunikasiyanın elektron 
vasitələri sayəsində insanlar, bütövlükdə cəmiyyət üzərində social nəzarəti 
gücləndirməsi təhlükəsi qalır. Cəmiyyətin həyat dünyası effektivlik və 
instrumentalizm məntiqinə daha çox tabe olur. Mədəniyyətdə, o cümlədən 
ənənəvi dəyərlərdə inzibati nəzarətin təsiri altında pozulma meylləri güclənir, 
çünki belə nə-zarət sosial münasibətlərin, sosial davranışın standartlaşmasına, 
unifıkasiyasına can atır. 
Cəmiyyət iqtisad həyat və bürokratik təfəkkür məntiqinə daha çox tabe olur. 
İnsanlar sosial nailiyyətlərdən istifadə etsələr də, iqtisadiyyatın və dövlətin öz şəxsi 
həyatlarına müdaxiləsindən müdafiə olunmaq məcburiyyətində qalırlar. Deməli, 
müasir cəmiyyətin sosial sferası təhlükəsiz deyildir. Ona görə də modernizasiyaya 
qarşı müqavimət və mübarizə zəminində müəyyən sosial 
hərəkatlar (məsələn, 
vətəndaşlıq təşəbbüsləri, «yaşıllar» hərəkatı, antinüvə hərəkatı və s.) meydana 
çıxır. 
Göründüyü kimi, cəmiyyətin bir pillədən digərinə keçməsinin obyektiv göstəriciləri 
kimi snayenin inkişafı, elmi-texniki tərəqqi ön plana çəkilir. 
Bir çox tədqiqatçıların (məsələn, D. Bell, A. Kinq, C. Martin, A. Norman, C. Neysbit, 
İ. Məsud və başqaları) əsərlərində postindustrial cəmiyyətin fərqləndirici 
xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Həmin xüsusiyyətlər aşağıdakılardır: 
əmtəələrin istehsalından xidmətlər iqtisadiyyatına keçilməsi; yüksək təhsilli 
peşəkar texniki mütəxəssislərin rolunun artması; cəmiyyətdə kəşflərin və siyasi 
qərarların mənbəyi kimi nəzəri bilikləri öncül mövqeyi; texnika üzərində nəzarət 
və elmi-texniki yeniliklərin nəticələrini qiymətləndirmək imkanı; intellektual 
texnologiya yaradılması zəminində, habelə informasiya texnologiyası deyilən 
texnologiyadan istifadə etməklə qərarların qəbul olunması.İnformasiya 
cəmiyyətinin təşəkkülü təsadüfi deyildir. Bu cəmiyyətdə sosial dinamikanın əsası 


ənənəvi maddi ehtiyatlar deyil, informasiya (intellektual) bilikləridir, elmi, təşkilati 
amillərdir, insanların intellectual qabiliyyətləri, təşəbbüsləri, yaradıcıhqlarıdır. 
Formalaşmaqda olan informasiya cəmiyyətinin tələbatları informasiya 
texnologiyalarının, necə deyərlər, həyat vəsiqəsi almasını zəruri etmişdir. 
İndustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçilməsi zamanı sosial həyatın 
bütün sahələrində informasiya ehtiyatlarının toplanması ilə onlardan istifadə 
olunması arasındakı məhdudiyyətlər aradan qaldırılır; bu, sosial proseslərin 
dinamikasının artmasına, ictimai tərəqqinin sürətlənməsinə səbəb olur. Deməli, 
informasiya cəmiyyətində informasiya axınları və massivləri sosial inkişafı 
müəyyən edir, mövcud ehtiyatlar və amillərlə müqayisədə prioritet istiqamətlidir; 
burada əhalinin mütləq əksəriyyəti və ya hamısı informasiya fəaliyyəti ilə (əlbəttə, 
fərqli səviyyədə) məşğul olur. 
Elmi ədəbiyyatda informasiya cəmiyyətinin gələcəkdə informasiya-ekoloji 
cəmiyyətə keçəcəyı fıkri də öz əksini tapmışdır. Mütəxəssislərin fıkrincə, 
informasiya cəmiyyəti ekoloji sağlamlaşma imkanlarını artırmalıdır. İnformasiya-
ekoloji cəmiyyət ekoloji problemləri effektli həll etməyi bacaran, ekotələbatların, 
ekodəyərlərin və imperativlərin tarazlığını təmin edən, yüksək ekoloji 
mədəniyyətə, əxlaqa, şüura əsaslanan cəmiyyətdir. Başqa sözlə, o, sosiumun yeni 
qlobal vəziyyətidir, noosferanın təşəkkülünün növbəti mərhələsidir. Müasir 
sosiologiyada cəmiyyətin sistem-struktur və münaqişə konsepsiyaları geniş 
yayılmışdır. Onları yığcam şəkildə nəzərdən keçirək. 
Sistem-struktur konsepsiyalar cəmiyyəti müəyyən birlik, bütövlük kimi nəzərdən 
keçirir. Cəmiyyətin dəyişilməsi konsensusun (cəmiyyət üzvləri arasında qarşılıqlı 
razılığın), müvazinətin pozulması ilə bağlıdır, onu bərpa etmək üçün cəmiyyətin 
sosial təşkilini dəyişdirmək zəruridir. A. Malinovskinin fıkrincə, sosial sistem olan 
cəmiyyətin ünsürləri insanların əsas tələbatları ilə bağlıdır. İnsanlar öz tələbatlarını 
ödəmək üçün birləşməyə məcburdur. Buna əlaqələndirmə, idarəetmə institutları 
kömək edir. Deməli, cəmiyyət bir sistem olmaq etibarilə insanın öz təbiəti ilə 
şərtlənmişdir. K. Erikson cəmiyyəti özü inkişaf edən sosial sistem kimi nəzərdən 
keçirirdi; onun hüdudları və birliyi sosial nəzarət metodları ilə təmin edilməlidir. O, 
cinayətkarlıq faktlarını araşdıraraq, bu qənaətə gəlirdi ki, həmin faktlar cəmiyyətin 
hüdudlarını dəyişdirmək cəhdləridir. Bu kənaraçıxmalar cəmiyyətin qalan 
üzvlərinə cəmiyyətin birliyini qoruyub saxlamaq üçün davranış normalarına əməl 
olunmasının zəruriliyini başa düşməkdə, yəni sosial konsensusun saxlanmasını 
dərk etməkdə kömək edir. 
T. Parsons belə hesab edirdi ki, sosial sistem böyük insan fəaliyyəti sisteminin 
altsistemlərindən biridir. Öz növbəsində sosial sistemdə daha dörd altsistemi ayırd 
etmək olar: mədəniyyət sistemi; siyasi sistem; iqtisadi sistem; sosietal sistem. Üç 
əvvəlki sistemlər sonuncu sistemin fəaliyyət mühitini qərarlaşdırır. Cəmiyyətin 
özəyini strukturlaşdırılmış normativ nizam təşkil edir; bunun vasitəsilə əhalinin 
kollektiv həyatı təşkil olunur. Nizam dəyərləri, normaları və qaydaları ehtiva edir. 
Məhz nizam sayəsində fərdlərin cəmiyyətə mənsubiyyət meyarı, məlum ərazidə 


onların davranışı üzərində nəzarət ölçüsü müəyyənləşir, kollektiv vahid bütövlük 
kimi fəaliyyət göstərə bilir. Eyni zamanda məlum normativ nizam sosietal birlik 
üzvlərinin statuslarının, hüquq və vəzifələrinin toplusu kimi səciyyələnir; onlar 
vahid mədəni oriyentasiya zəminində müxtəlif fərdlər və qruplar üçün fərqlidir. 
Sosial səviyyədə cəmiyyət davamlı, qarşılıqlı surətdə əlaqəli, inteqral bütövlük 
olub, mədəni və sosialstruktur diferensiasiyaya malikdir. Cəmiyyətdə qeyri-
adekvat sosiallaşmaya malik adamlar (deviantlar adlandırılan şəxslər)mövcuddur; 
onlar cəmiyyətin dəyər və normalarını yetərincə mənimsəməmişlər. Deviasiya 
müvazinətdən kənara çıxmadır, ona görə də sosial nəzarətin müxtəlif 
vasitələrindən istifadə edilməsi zəruridir. Mədəni sistem cəmiyyətdə normativ 
nizamın legitimləşdirilməsi (qanuniləşdirilməsi) funksiyasını yerinə yetirir: sosial 
icazələr və qadağanlar üçün əsaslar formalaşır. 
Orqanizmlər və fziki əhatə cəmiyyətin mühiti kimi çıxış edir; onlar sosial sistemin 
mövcudluğu üçün zəruri şərtləri təmin edir. Bütün fiziki kompleksin özəyi iqtisadi 
sistemdir. İqtisadiyyat təkcə texniki-texnoloji prosedurların sosial cəhətdən 
nizamlanması üçün yox, həm də onların sosial sistemə qoşulması üçün, onlar 
üzərində fərdlərin, qrupların mənafeləri naminə nəzarətin həyata keçirilməsi üçün 
fəaliyyət göstərir. İqtisadiyyatın başlıca funksiyası cəmiyyətdə mövcud olan 
rəngarəng tələbatların ödənilməsi üçün ehtiyatların səfərbər edilməsidir. 
Cəmiyyətlə onu əhatə edən mühitin tarazlı qarşılıqlı təsiri onun sabit fəaliyyətinin, 
birliyinin, bütövlüyünün mühüm şərtidir. T. Parsonsun fikrincə, istənilən sosial 
sistem, ən əvvəl cəmiyyət kifayət səviyyədə daxili nizamlılığa malik olmalıdır. 
Adətən cəmiyyətin dörd böyük sferasını ayırd edirlər: iqtisadi, siyasi, sosial, 
mənəvi. Bu sferalar və onların ayrı-ayrı elementləri bir-birinə fasiləsiz surətdə 
qarşılıqlı təsir göstərir, dəyişilir, yeniləşir. Bu sferalardan hər hansı birinin 
mütləqləşdirilməsi və ya onun əhəmiyyətinə laqeydlik göstərilməsi bütün 
cəmiyyətin taleyində fəlakətli iz buraxa bilər. Sosial münaqişələr nəzəriyyəsinin 
tərəfdarları cəmiyyətdə mübarizəyə, daxili qarşıdurmaya, böhranlara xüsusi 
diqqət yetirirlər. Bu halda onların mülahizələrinin çıxış məqamı kimi qeyd olunur 
ki, cəmiyyətdə müxtəlif sosial qrupların mənafelərində uyğunsuzluq, ziddiyyət, 
əkslik mövcuddur; həmin qruplar öz tələbatlarını ödəmək, öz maraqlarını 
reallaşdırmaq üçün səy göstərdiklərindən onların bir-biri ilə toqquşması, mübarizə 
aparması labüd olur. Sosial münaqişələr cəmiyyətin simasını, onun əsas sosial 
təsisatlarını və ya ünsürlərini dəyişdirir. Cəmiyyətin dəyişilməsi mexanizmini 
fəaliyyətə gətirən başlıca amil sosial mənafe olur; o, sosial sistemin qarşılıqlı 
təsirinin, fəaliyyətinin bazası kimi çıxış edir. 
Münaqişələrin sosioloji nəzəriyyəsini işləyib hazırlamaqda məşhur olan Amerika 
sosioloqu L. Kozer funksional təhlili təkmilləşdirməyə səy göstərərək, sübut edirdi 
ki, münaqişə cəmiyyətin daxili həyatının məhsuludur. Mövcud sosial sistemin 
sabitliyi probleminin həlli sosial toqquşmaları, münaqişələri, mənafelərin 
mübarizəsini nəinki rədd etmir, əksinə, tamamilə etiraf edir; bu, sosial 
münasibətlərin ayrılmaz atributlarındandır. İstənilən sosial sistem fərdlər və sosial 


qruplar arasında hakimiyyətin, sərvətin, status mövqelərinin müəyyən bölgüsünü 
nəzərdə tutur. Heç zaman ayrıca şəxsin və ya qrupun mövcud bölgü sistemi 
nəticəsində faktiki nail olduğu ilə arzusunda olduğu, daha ədalətli hesab etdiyi pay 
arasında tam uyğunluq olmur; onların öz xüsusi paylarını artırmaq cəhdləri 
münaqişəni şərtləndirir. Münaqişələr cəmiyyətdə bir sıra pozitiv funksiyalar da 
yerinə yetirirlər. Belə ki, onlar qarşılıqlı etimadsızlığın, düşmənçiliyin 
araşdırılmasına, gərginliyin zəiflədilməsinə səbəb olur ki, bu da gələcəkdə 
tərəflərin qarşılıqlı münasibətlərinin yeniləşməsinə imkan verir. Bundan əlavə, 
münaqişələr ümumi mənafelərin təzahürü zəminində daxili düşmənlərə qarşı 
mübarizədə insanları birləşdirərək, cəmiyyətdə inteqrasiyaedici rol yerinə 
yetirirlər. Münaqişələr müəyyən çağırışlara cavab olaraq, həqiqi mübarizənin 
mənbəyi kimi social dəyişikliklərin stimullaşdırılması və sürətləndirilməsi 
funksiyasını da həyata keçirirlər. 
Məşhur alman sosioloqu R. Darendorf sosial münaqişənin mahiyyətini 
hakimiyyətlə ona müqavimət göstərilməsi arasındakı antaqonizmdə görürdü. 
Çünki hakimiyyət həmişə hakimiyyətsizliyi, deməli, hakimiyyətə müqavimət 
göstərilməsini nəzərdə tutur. Hakimiyyətə müqavimətin dinamikası tarixin 
hərəkətverici qüvvəsidir, cəmiyyətdəki dəyişikliklərin sürət və istiqamətlərini 
müəyyən edir. Sivilizasiyalı, yüksək dərəcədə mobil cəmiyyətdə «sosial sarsıntıları 
qabaqlamaq» vasitəsi kimi münaqişələrin nizamlanması praktikası 
mövcuddur.Cəmiyyətin münaqişə modeli «ən ümumi bərabərlik, sosial nizam, 
sabitlik» modelindən daha üstündür. 
Amerika sosioloqu F. Perkin müasir cəmiyyətdə münaqişəni zülm olunanlarla 
imtiyazlıların qarşıdurması kimi nəzərdən keçirir. Lakin onların mübarizəsi sosial 
ziddiyyətləri həll edən və ya yumşaldan incə mexanizmlər (məsələn, sosial 
mobilik, zülm olunanların tələbatlarının aşağı səviyyəsi, dinin təsiri və s.) sayəsində 
üsyanlara gətirib çıxarmır. Bölgü sisteminin daha çox bazar vasitəsilə formalaşması
hökmran elitanın zəruri saydığı

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin