ÇOX ÖLÇÜLÜ FƏZA
Plan
Giriş.
Əsas hissə:
1. Kainatın həndəsəsi.
2. Mikroaləmin çoxölçülü fəzası.
3. Kainatın çoxölçülü fəzası.
Giriş.
Son zamanlar kosmologiyada (kainatın quruluşu haqqında şərti nəzəriyyə) kainatın çoxölçülü modellərindən istifadə olunur. Bunun səbəbi birinci növbədə ondan ibarətdir ki, üç məkan və bir zaman ölçüsünə malik sadə modellər enerjinin saxlanma qanununa riayət etmirlər. Görünür ki, energetik balansı yalnız 11-ə qədər ölçüyə malik olan kainat qoruyub saxlaya bilər. Çoxölçülü modellərin köməyi ilə bir çox şeylər aşkarlanmışdır. Məsələn, kainatın ölçüsü və yaşı hesablanmış, qravitasiya itələmənin qanunları müəyyən edilmiş, ulduzların və qara dəliklərin daxili strukturu aşkarlanmış, Günəş sistemi hüdudlarında kosmik cihazların tormozlanmasının səbəbləri tapılmışdır. və.s.
Hal hazırda çoxölçülü fəza nəzəriyyəsi ümumi qəbul olunmuş fiziki nəzəriyyə deyildir, lakin o, öncədən xəbərdarlıq etmə qüvvəsinə malikdir və eksperimental olaraq yoxlanmaya da imkan verir.
Biz çoxölçülü fəza nəzəriyyəsinin kəskinləşdirilmiş riyazi modelindən istifadə etməyəcəyik., yalnız bu nəzəriyyədən irəli gələn fiziki nəticələri nəzərdən keçirəcəyik. Hesablamalarla maraqlananlar onları “Çoxölçülü fəza nəzəriyyəsi” Moskva, Kitab evi, 2007 nəşrli kitabda tapa bilərlər.
Dostları ilə paylaş: |