Açıq şəkildə əyani olaraq çıxış etmək. Bu cür çıxışlar firmaya və onun məhsuluna məşhurluq gətirir. Firma rəhbərləri müəyyən tədbirlərdə çıxış etməli olurlar və yaxud jurnalistlərin suallarına cavab verirlər. Bu cür əyani görüşlər və çıxışlar adətən firmanın imicini yüksəltməyə xidmət edir. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislər firma rəhbərlərinin çıxışlarını yaxşı hazırlamalı, şıxış üçün lazımı şərait yaratmalıdırlar. Bu cür çıxışlar zamanı və press – konfranslarda firma rəhbərlərinə verilə biləcək suallar və onların cavabları qabaqcadan müəyyən-ləşdirilməlidir.