Kod sözlərindən heç biri digərinin əvvəli deyilsə, onda belə kodlar, prefiks kodlar adlanır.
Prefiks kodlar birmənalı dekodlaşdırma xassəsinə malikdir, lakin əksi doğru deyil.
Misal 3. 0, 01, 011 sözlərindən əmələ gələn kodlar prefiks deyillər, lakin birmənalı dekodlaşdırılır. Özünüz bunu göstərin.
Beləliklə, məlumatları kodlaşdırmaq üçün o kodlar yararlıdır ki, onlar birmənalı dekodlaşmaya imkan verir.
Tərif 2. Müxtəlif ölçülü kodlaşdırma zamanı diskret mənbənin yaratdığı informasiyanın sürəti ən kiçik H ədədinə deyilir. Belə ki, istənilən R>Н ədədi üçün elə n ədədi tapmaq olar ki, müxtəlif ölçülü kodların orta kodlaşdırma sürəti R, birmənalı dekodlaşdırmaya imkan verər.
Aşağıda biz göstərəcəyik ki, müxtəlif ölçülü kodlaşdırma zamanı informasiyanın yaradılma sürəti, bərabərölçülü kodlaşdırma zamanı informasiyanın yaradılma sürətilə üst-üstə düşür. H ədədinin müxtəlif ölçülü kodlaşdırma zamanı informasiyanın yaradılma sürəti olduğunu sübut etmək üçün aşağıdakı teoremi isbat etmək lazımdır.
Teorem 1. Fərz edək ki, uzunluqları m1,…,mм bərabər olan, M sözdən ibarət kodlar, birmənalı dekodlaşdırılır və kod əlifbası D simvoldan ibarətdir. Onda
Qeyd edək ki, (4) sağ tərəfində olan hər bir toplanan L kod sözündən ibarət mümkün ardıcıllıqdır. Bu kod sözləri ardıcıllığına uyğun uzunluq mi1+…+miL cəminə bərabərdir. Əgər Aj vasitəsilə ümumi uzunluğu j bərabər L kod sözündən ibarət ardıcıllıqların sayını işarə etsək, onda (4) aşağıdakı şəkildə yenidən yazmaq olar:
7 ) bərabərsizliyi bütün L>0 üçün doğrudur. (7) bərabərsizliyində L→ ∞ limitə keçsək teorem isbat olunar.
Beləliklə, biz birmənalı dekodlaşdırma xassəsini ödəyən kodlar üçün zərurilik şərtini aldıq.
Kod ağacı. Kraft bərabərsizliyi
Prefiks kodları birmənalı dekodlaşdırma xassəsinə malikdir. Belə kodlardan heç birinin əvvəli digərinin əvvəli ilə üst-üstə düşmür. Prefiks kodlarını kod ağacı adlanan xüsusi qrafla təsvir etmək əlverişlidir. Tutaq ki, bizə ilgəyi və qapalı yolları olmayan bir qraf verilmişdir. Bu qrafın təpə nöqtələrinə bir til daxil olur və buradan ən çoxu D til çıxır (qrafın başlanğıcı istisna olunur). Belə qraf D-lik kod ağacı adlanır. Qrafın təpəsindən çıxan tillərdən hər birinə qarşı, kod əlifbasının bir simvolu qoyulur. Həm də nəzərə almaq lazımdır ki, bir təpədən çıxan müxtəlif tillərə qarşı müxtəlif simvollar qoyulur.
m 2 m- 1100 1101 1110 1111
100 101
0 1
Şəkil 3.1. İkilik ağac
Hər bir sağ tilə qarşı 1, hər bir sol tilə qarşı isə 0 qoyulur. Şəkil 2 üçlük kod ağacı göstərilmişdir. Bu üçlük aşağıdakı kodlara uyğundur 00,01,02, 10,11,12,20, 210, 220, 221, 222.
210 220 221 222
Dostları ilə paylaş: |