Qiymətin təyin edilməsində üç əsas amil nəzə alınmalıdır: istehlakçı tələbi, məsrəflər və rəqiblərin qiymətləri (şəkil 3). Məsrəflər təqdim olunan əmtəə üçün ən aşağı qiymət həddini müəyyən edir; rəqiblərin və əmtəə-substitutların qiymətləri kompaniyanın əsaslandığı qiymət səviyyəsini müəyyən edir; istehlakçıların istehsalçı firmanın məmulatının unikal xüsusiyyətləri haqqındakı düşüncələri qiymətin «tavan» həddini müəyyən edir. Kompaniya bu amillərdən heç olmazsa birini nəzərə alan qiymətqoyma metodunu seçməlidir.