Deformasiyanın miqdarı xarakteristikası maddənin termomexaniki xassələrini təsvir edən tənliklərə və maye, qaz axınlarının, konstruksiyalarının möhkəmlik parametrlərinin və təzyiqlə işlənmə texnoloji proseslərin hesablanmasına və s. daxildir. Cismin istənilən iki elementinin (məsələn, cisimdən fikrən kəsilmiş kubiklərin) forma və ölçülərinin dəyişməsi eyni olanda deformasiya daha asan təsvir olur. Məsələn, cismin hərtərəfli bərabər sıxılması zamanı meydana çıxan hidrostatik deformasiyada onun istənilən elementinin xətti ölçüləri eyni tərtibdə kiçilir, yəni cismin deformasiyası cismin hissəsinin və cismin bütövlükdə nisbi dəyişməsi ilə təyin olunur. Bir sıra digər hallarda cismin müxtəlif elementlərinin deformasiyası eyni olmur, lakin onun bütövlükdə deformasiya nğvünü müəyyən edən deformasiyasını seçmək olar. Beləliklə, milin burulması zamanı iki eninə kəsiyin qarşılıqlı dönməsi, tirin əyilməsi zamanı-bükülmüş oxun əyriliyi xarakterik deformasiyadır. Bu cəm deformasiya cəm elementləri çoxluğunun deformasiyalarının qeyri-bircins deformasiya sahələri ilə törəyir. İxtiyari formalı cismin deformasiyasını təsvir etmək üçün hər hansı bir nöqtənin sonsuz kiçik ətrafının deformasiyasının miqdarı ölçüsü daxil edilir. Hesab edilir ki, əgər baxılan nöqtəyə daxil olan saysız elementar (sonsuz kiçik) liflər çoxluğunun nisbi uzunluqları və onlar arasındakı bucaqların dəyişməsi məlumdursa, onda həmin nöqtə ətrafının deformasiyası təyin olunmuşdur. Əgər nisbi uzanma və sürüşmə vahiddən çox-çox kiçikdirsə, onda deformasiya kiçik adlanır. Deformasiyanın (mexaniki, elektrik, maqnit və s.) ölçülməsi cismin müəyyən olunmuş nöqtələri arasındakı məsafələrin düzünə və dolayı və ya deformasiya ilə yaranan effektlərin (optik,pyezoelektrik və s.) ölçülməsinə əsaslanır.
Ölçülməsi Deformasiyanı ölçmək mexaniki xassələrin tədqiqi üçün aparılan sınaq zamanı, ya da gərginliyin xarakterini müəyyən etmək üçün tiklilərin tədqiqi zamanı aparılır. Sərt deformasiyalar çox kiçik olurlar, ona görə də, onların ölçülməsi yüksək dəqiqlik tələb edir. Ən geniş yayılmış üsul tenzometrlərin köməyi ilə ölçmədir. Bundan əlavə, polyar-optik üsul, rentgen analizi, müqavimət datçiklərdən də istifadə edilir. Plastiki deformasiyaları müşahidə etmək üçün hissənin üzərinə xüsusi rəng çəkilir və orada dəyişmə sonra ölçülür.