Ən elementar deformasiya Ən elementar deformasiya verilmiş elementin uzanmasıdır:
(�)=(�1−�)/�
burada l1 - elementin deformasiyadan sonrakı uzunluğu,
l - bu elementin ilkin uzunluğudur.
Praktikada çox vaxt deformasiyalar kiçik olurlar, belə ki, e << 1.
Elastik deformasiya Elastik deformasiya xarici təzyiq altında deformasiyaya uğramış cismin ilkin vəziyyətə qayıtmasıdır («bərpa olunan deformasiya»). Həqiqi elastik deformasiya, olduqca tez, praktiki olaraq ani, təzyiqin verilmə sürətinə müvafiq inkişaf edir. Elastik deformasiya, bəzi, xüsusən böyük dərinliklərdə yatan süxurlarda verilmiş gərginliyə müvafiq olan maksimum həddinə yalnız müəyyən vaxt keçdikdən sonra çatır. Özlü-elastik (plastik) deformasiya adlanan bu növ elastik hadisələr, «əlaqəli» su pərdəciyinin və ya müəyyən dərəcədə hidratlaşmış sementdə deformasion prosesin ləng getməsi ilə əlaqədardır. Özlü-elastik deformasiyanın bərpası da tədricən baş verir.