“Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə


Poçt göndərişlərinin qablaşdırılması



Yüklə 54,24 Kb.
səhifə6/13
tarix10.01.2022
ölçüsü54,24 Kb.
#108409
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   13
5. Poçt göndərişlərinin qablaşdırılması

 

5.1. Poçt göndərişlərinin qablaşdırılması ilk növbədə göndərilən tərkibin xarakterinə, göndərilmə şərtlərinə və müddətinə uyğun seçilməli, işlənilmə zamanı poçt rabitəsi operatoru işçilərinin həyat və sağlamlığına zərər vurma, tərkibin zədələnməsi (korlanması), üzlüyü (möhürü, plombu, sarğını, lenti) zədələmədən tərkibə müdaxilə və digər poçt göndərişlərini zədələmə (korlama) ehtimallarını istisna etməlidir.



5.2. Poçt göndərişlərinin qablaşdırılması üçün istifadə edilən zərflər və qutular bu Qaydalarla və ÜPİ aktlarında müəyyən olunmuş standartlara uyğun olmalıdır.

5.3. Poçt göndərişlərinin qablaşdırma vasitələri kimi aşağıdakılar istifadə olunur:

5.3.1. sadə və sifarişli məktublar üçün – poçt zərfləri;

5.3.2. qiyməti bəyan olunmuş məktublar üçün – poçt zərfləri və ya möhkəm kağız, parça, polietilen zərflər və tərkibin təhlükəsizliyini təmin edən materiallar;

5.3.3. banderol və kiçik paketlər üçün – polietilen paketlər, poçt zərfləri, möhkəm kağız, parça, karton və ya taxta (faner) qutular;

5.3.4. bağlamalar üçün – bağlama qutuları (karton, taxta, faner və polimer) və ya yumşaq üzlüklər.

5.4. Beynəlxalq poçt göndərişlərinin qablaşdırılması onların gömrük orqanları tərəfindən tez və asanlıqla yoxlanılmasına çətinlik törətməməlidir.

 


Yüklə 54,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin