Polİsİn fəalİyyətİnİn malİyyələşdİrİlməsİ və maddİ-texnİkİ təmİnatı Maddə 39. Polisin fəaliyyətinin maliyyələşdirilməsi I. Polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir.
II. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən polis əməkdaşlarının sayını və onlara çəkilən xərclərin məbləğini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.