Положение мяса животных


MƏCUSİ VƏ RAFİZİLƏRİN KƏSDİKLƏRİ YEYİLİRM?



Yüklə 1,49 Mb.
səhifə35/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   31   32   33   34   35   36   37   38   ...   81
MƏCUSİ VƏ RAFİZİLƏRİN KƏSDİKLƏRİ YEYİLİRM?

Əbu Muhəmməd əl-Bəğavi rahmətullahi aleyhi - deyir ki: “(Alimlər) iki Kitab əhlindən başqa məcusilərin kəstiklərinin və qadınlarıyla evlənməyin haram oldğunda ittifaq etmişlər”. “Məalimut Tənzil” 4/35. İbn Qudəmə – rahmətullahi aleyhi - deyir ki: “Bütlərə, daşlara. Ağaclara və heyvanlara tapılan (ibadət) edən kimsələr kimi Əhli Kitabdan başqa kafirlərin qadınları və kəstiklərinin haram olduğunda elm əhli arasında ixtilaf yoxdur (Pəndir bundan istisnadır)”. “Muğni” 13/298, İmam Qurtubi “Təfsirul Quran” 7/318. Hənəfi alimlərindən olan Əhməd əl-Quduri – rahmətullahi aleyhi - deyir ki: “Müsəlmanın və Kiab əhlinin kəsdiyi halaldır. Məcusinin, mürtədin, bütpərəstin və ehramlının kəsdiyi yeyilməz. Əgər kəsən qəsdli olaraq Bismilləhi tərk edərsə kəsdiyi yenyilməz, əgər unudaraq tərk edərsə yeyilər”. “əl-Muhtasar” 206. Məcusilərin və şirk əhlinin kəsdiklərindən başqa yeyinti məhsullarında bir problem yoxdur. İbn AbdulBər deyir ki: “Müsəlmanlardan və Əhli kitabdan başqasının kəsdiyi caiz deyildir. Yəhudi və Nəsrani olsa belə mürtədin kəsdiyi yeyilməz. Kitab əhlindən başqa digər kafirlər – məcusilər, bütpərəstlər kəsdikləri haramdır”. “əl-Kəfi” 181, İmam Şəfii “əl-Umm” 7/410. İmam Nəvəvi – rahmətullahi aleyhi - deyir ki: “Əshabımız (Şafiilər) demişlər: Evlilik və kəsim bir-birinə bağlıdır, ayrılmazdır. Kiminlə nigah etmək halaldırsa onun kəsdiyi də halaldır. Nigahlanması halal olmayanın kəsdiyi də halal deyildir. İbn Abbas – radıyallahu anhu - deyir ki: “Sadəcə Yəhudi və Nəsranilərin kəsdikləri halal edilmişdir. Çünki onlar Tövrat və İncilə iman etmişlər”. İmam Əhmədin – rahmətullahi aleyhi - oğlu atasından: “Məcusilərin kəstikləri barədə soruşdum. Atam: “Onların kəsdikləri yeyilməz. Müsəlman olana qədər kəsdikləri yeyilməz, qadınları ilə nigah edilməz”. Mən, atama: “Ömər – radıyallahu anhu -: Onlarla Əhli Kitaba davrandığınız kimi davranın dediyini” söylədim. Atam: “Bu sadəcə cizyəyə aiddir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən altı kişi onların kəsdiklərini qadağan etmişlər. İbn Abbas, İbn Məsud, Əli, Cabir İbn Abdullah – Allah onlardan razı olsun - və s.”. İbn Qudamə – rahmətullahi aleyhi - deyir ki: “Elm əhli Məcusilərin kəsdiklərinin haramlığında icma etmişlər”. “Məsail” 264, “İcma”. İbn Məsud – radıyallahu anhu - deyir ki: “Müsəlmanların heyvan kəsmədikləri ölkəərdə qonaq olacaqsınız. Onlar Nabatlar və Farslardır. Ət aldığınız zaman Yəhudi və ya Nəsrani olduğunu soruşun. Əgər Yəhudi və Nəsranidirsə yeyin. Çünki onların yeyəcəkləri sizə halaldır”. AbdurRazzaq “Musənnəf” 4/487/8578, İbn Əbi Şeybə “Musənnəf” 17/420/33362, İbn Qudamə “Muğni” 13/297. Əta – rahmətullahi aleyhi - deyir ki: “Hər müsəlmanın – kiçik, böyük, qadın və ya qız uşağının kəsdiyini ye. Lakin Məcusinin kəsdiyini yemə”. İbn AbdulBərr “əl-İztizkar” 15/220/21656.

Əhməd İbn Yunus – rahmətullahi aleyhi - deyir ki: “Əgər bir Yəhudi və Bir Rafizi qoyun kəsərsə mən bir Yəhudinin kəsdiyini yeyər, lakin Rafizinin kəsdiyini yemərəm. Çünki İslamdan çıxmışdır”. İbn Teymiyyə “Sərimul Məslul” 1/570. Əbu Bəkr İbn Hani – rahmətullahi aleyhi - deyir ki: “Kitab əhlinin kəsdiyinin yeyilməsi kimi, mürtədin kəsdiyinin yeyilməməsi kimi, Rafizi və Qədərinin də kəsdiyi yeyilməz. Çünki onlar mürtəd hökmündədirlər. Zimmət əhli isə dinləri üzərə qəbul edilir və onlardan cizyə alınır”. Əbu Abdullah əl-Buxari – rahmətullahi aleyhi - deyir ki: “Mən Cəhminin və ya Rafizinin arxasında namaz qıldım, və ya Yəhudi və ya Xristianın arxasında mənim üçün eynidir. Onlara salam verilməz, xəstəsi ziyarət edilməz, qadınlarıyla evlənilməz, cənazələri təqib edilməz və kəsdikləri yeyilməz”. “Əfalul İbad”, Beyhəqi “əl-Əsma Vəs Sifət”. İbn Batta – rahmətullahi aleyhi - deyir ki: “Rafizilərin qadınlarıyla evlənilməz və kəsdikləri yeyilməz. Çünki onlar Riddət əhlidir”. “əl-İbanə” 177.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin