Положение мяса животных


Ölü (Leş) Heyvanların Yağı (Piyi)



Yüklə 1,49 Mb.
səhifə6/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   2   3   4   5   6   7   8   9   ...   81
Ölü (Leş) Heyvanların Yağı (Piyi)

Ömər - radıyallahu anhu – Səmuranın şərab satdığını eşidincə dedi: Allah Səmuraya lənət etsin. Məgər o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə buyurduğunu eşitməyibmi? «Allah lənət edib Yəhudilərə hansı ki, onlar ölmüş heyvan yağlarının haram olunmasına baxmayaraq onları əritdilər və satardılar». Fəthul Bəri 6/496, Müslim 159/81,1582. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir ». Səhih Əbu Davud 3488, Səhihul Cəmi 5107. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir”. Orada olanlar: "Ya Rəsulullah! Ölü heyvanın iç yağı (piyi) barəsində nə deyirsən? Onunla gəmiləri boyayır, dəriləri yağlayır və insanlar ondan şam yandırarlar" deyə soruşdular. Peyğəmbər: "Xeyr, o haramdır. Allah lənət etsin Yəhudilərə hansı ki, onlar ölmüş heyvanın iç yağının (piyinin) haram olunmasına baxmayaraq onları əritdilər və satıb gəlirini yedilər". "Fəthul Bəri" 6/496, Müslim 1581, Səhih Əbu Davud 977. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə idi. Baxışlarını səmaya dikti və gülümsəyərək buyurdu: “Allah Yəhudilərə lənət etsin, Allah Yəhudilərə lənət etsin, Allah Yəhudilərə lənət etsin. İzzət və Cəlal sahibi olan Allah onlara ölü heyvanın yağını haram etdi. Lakin onlar buna baxmayaraq onu satdılar və gəlirini də yedilər. Allah bir qövmə bir şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir”. Səhih Əbu Davud 3488, Beyhəqi "Sünən" 6/13, Daraqutni 3/7. Ölü heyvanın satılmsına gəldikdə isə istər öz əcəli ilə ölsün, istərsə də halal olmayan bir yolla kəsilmiş olsun ölü heyvan (leş) olaraq adlandırılan bütün cinslər bu bölümə daxildir. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözü: Xeyr, bu haramdır – sözü satış üçünmü, yoxsa yağ ilə etdikləri işlər üçün də söylənilmişdir? Şeyxim (İbn Teymiyyə) – rahmətullahi aleyhi - deyir ki: "Bu söz satış üçündür" demişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Ölü heyvanın yalnız yeyilməsi haramdır". Buxari. Onlar deyirlər ki: Haram olan şey yalnız yeməkdə və geyimdə olduğu kimi pis olan bir şeyə zahiri və batini olaraq toxunmaqdır. Bu şeylər olmada istifadə etmək nə üçün haram olsun? Nəcasəti yandıraraq odun kimi istifadə etmək haram olmaz. İslam alimləri kənd təsərüfatında nəcis olan heyvan peynini gübrə olaraq istifadə edilməsini caiz görürlər. Onlardan istifadə etmək caiz olsa da belə satışları haramdır. Beləcə bir şeyin satışının haram olmasına baxaraq ondan istifadə etməyin haram olduğuna hökm verilməz.



Lakin Hənbəli və digər fiqh alimləri qadağanın bütün işlər üçün olduğunu da söyləmişlər. Yəni ölü heyvan yağına və onunla edilən bütün işlərə. Bu onların soruşduqları işlərin haram olduğuna dəlildir. Dəlil olaraq Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, yağa düşən siçan haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşuldu. O: "Əgər yağ qatıdırsa siçanı və düşdüyü yerin ətrafından yağı atın, qalan hissəsini isə yeyin. Əgər yağ maye halında olarsa bu zaman o, yağa yaxınlaşmayın". Əhməd 2/232, 490, Əbu Davud 3842, əl-Albani "Səhih", İbn Qeyyim "Zədul Məad". Doğrusunu Allah Bilir!
İçki


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin