Положение мяса животных



Yüklə 1,49 Mb.
səhifə76/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   73   74   75   76   77   78   79   80   81
Həmçinin: Qadağandır köpək dişləri olan heyvanların dərisindən istifadə etmək geyimdə və üstündə oturmada. Valid b. Əbu Malik – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qadağan edib vəhşi heyvanların dərisindən istifadə etməyi”. Həkim, əl-Albani “Səhih Cəmi” 6953, “Subus Salam” 1/42-44, Şovkani “Neylul Əvtar” 1/55-59, əl-Albani “Samrul Mustatab” 1/34. Huzeyfə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızıl və gümüş qablardan içməyimizi, yeməyimizi, ipək və atlas geyinməyimizi və bunların üzərində oturmağımızı bizə qadağan etdi”. Buxari 5232. Muaviyə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ipək və pələng dərisi ilə örtülmüş miniklərə minməyimizi qadağan etdi”. Əbu Davud 4129. Əbu Məlih atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərilərindən istifadə etməyi qadağan etmişdir (Başqa rəvayətdə: Yataqları bəzəməyi də qadağan etmişdir”). Əbu Davud 4132, Tirmizi 1771, Nəsəi 7/176.

27 Kaftarın qadağan olunması barəsində Tirmizidə gələn hədis isə zəifdir.

28 İbrahim - əleyhissəlam – oda atıldığı zaman bütün heyvanlar kömək məqsədilə odun söndürülməsinə çalışırdılar. Yalnız sürünənlərdən olan kərtənkələdən başqa. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim kərtənkələni bir zərbəyə öldürərsə ona yüz savab. Kim iki zərbəyə öldürərsə ona birincinin yarısı qədər (əlli savab), kimdə üç zərbəyə öldürərsə ona da ikincinin yarısı qədər savab yazılar”. Müslim.

29 Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Önündə palan (sütrə) olmayan bir kimsənin namazını həddi-buluğa çatmış qız, ulağ və (qara) it poza bilər”. Əbu Zərr: “Ya Rəsulallah! Qara itlə, qırmızı itin nə fərqi nədir?” deyə soruşdum. Peyğəmbər: “Qara it şeytandır” deyə buyurdu. Müslim, Əbu Davud. İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim ov itindən, qoyun itindən və ərazini qorumaq üçün saxlanılan itdən başqa (məqsədlər) üçün saxlayarsa hər gün o, kimsənin savabından iki qrat savab azalar”. Buxari 2322, Müslim 1575,1559, 2104. İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – köpəklərin öldürülməsini əmr edərkən buyurdu: “İlanları və Köpəkləri öldürün. Xüsusən də ilanlardan üzərində iki ağ cizgili cinsi ilə və bir də ən pisi olan quyruqsuz (Zınqırov) ilanını öldürün. Çünki ilanların bu iki cinsi gözün nurunu aparır və hamilə qadının uşağının düşməsinə səbəbdir”. İbn Ömər – radıyallahu anhu – bütün ilanları öldürürdü. Əbu Lubadə əl-Bədri, İbn Ömər – radıyallahu anhu – ya: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – ev ilanlarını öldürməyi qadağan etmişdir hədisini rəvayət etdikdən sonra o, da bu əməlindən vaz keçdi”. Müslim 2233. Zəməhşəri – rahmətullahi aleyhi - deyir ki: “Cann cinlərin atasıdır. Adəm də bütün bəşəriyətin atasıdır. Cann xüsusi bir qövmdür ki, insanlardan əvəl yaradılmışdır. Canın bir növü də ilan adıdır ki, gözləri qara və əksər evlərdə dolaşırlar və heş kimə də zərər verməzlər”. İbn Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər Minada bir mağarada idik (Başqa rəvayətdə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ehramlı halda Minada bir ilan öldürülməsini əmr etmişdir). Bu vaxt ona Vəl Mursələti Urfə - surəsi nazil olmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağzından ilk alan kimsələr idik. Bu an birdən-birə üstümüzə bir ilan gəldi. Peyğəmbər: “Bu ilanı öldürün” deyə buyurdu. Biz də onu öldürməyə çalışdıq, lakin ilan qaçdı. Peyğəmbər: “Allah sizləri ilanın şərrindən qoruduğu kimi ilanı da sizin şərrinizdən qorudu” deyə buyurdu. Müslim 2234,2235. Əbu Səid əl-Xudri – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mədinədə müsəlman olmuş cinlərdən bir cəmaat vardır. Hər kimi evində uzun ömürlü ev ilanları varsa onlardan bir şey gördükdə üç gün elan edib qovun (Başqa rəvayətdə: Üç dəfə qovun). Gedərsə nə gözəl, əgər bundan sonra da sizə görsənərsə artıq onu öldürün. Çünki o, şeytandır”. Müslim 2236.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin