Положение мяса животных


İstənilən Növ Pendirin Yeməkdə İstifadə Edilməsi



Yüklə 1,49 Mb.
səhifə8/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   4   5   6   7   8   9   10   11   ...   81
İstənilən Növ Pendirin Yeməkdə İstifadə Edilməsi

Alimlər heyvanların mədəsindən götürülərək pendirə qatılan qursağın “İnfaxa” yeyilməsində fikir ayrılığıdadırlar. Bir çox alimlər (çoxluq) qeyd edirlər ki: Müsəlmanların və Kitab Əhlinin hazırladıqları pendiri yemək olar, çünki qeyrilərnin (kafirlərin, bütpərəstlərin və s.) kəsdikləri heyvanların ətləri ölü (leş) sayıldığı üçün hazırladıqları pendirləri də yemək olmaz.

İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin belə hazırladıqları pendirin yeyilməsinə icazə vermişlər. Onlar qeyd edirlər ki: Ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır26. Bu da səhabələrin söz və əməllərinə əsaslanaraq deyilən ən səhih rəydir. “Əhkamul Quran” 1/168, “Bahrur Raik” 1/112. Ömər – radıyallahu anhu - dan ölü (leş) heyvanın mədəsindən götürülərək tərkibinə qursaq qatılmış pendir barəsində soruşdular o: “Allahın adını zikr edərək yeyin” deyə cavab verdi”. İbn Əbi Şeybə 5/130, AbdurRazzaq 4/538, İmam Əhməd “Səhih”. Həmçinin: Təlhə b. Ubeydullah – radıyallahu anhu – bıçaq ilə bir dilim pendir kəsdi və Allahı adını zikr edərək yedi”. İbn Əbi Şeybə 5/131. Həmçinin: Salman Farisi və Həsən b. Əli – radıyallahu anhum – dan belə rəvayətlər varid olmuşdur. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: “Bütpərəstlərin hazırladıqları pendiri yemək olar. Çünki səhabələr İraqı istila etdikləri (aldıqları) zaman atəşpərəstlərin pendirlərini yeyirdilər”. “Məcmuu Fətava” 21/101.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin