“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...”. (əl-Həcc 67). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir qövmə oxşamağa çalışarsa o, da onlardandır”. Əbu Davud 4037, Əhməd 2/50, əl-Albani səhih. İbn Ömər – radıyallahu anhu – deyir ki: “Allahın düşmənlərindən onların bayramları zamanı uzaqlaşın”. Beyhəqi 18641. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Kafirlərə - onların bayramlarının hər hansısa birində oxşamaq (bənzəməyə) çalışmaq insanın onların yalançı əqidələri və adətləri ilə razılaşması deməkdir”. O, deyir: “Müsəlman bir kimsəyə kafirlərin bayramları zamanı onların o, günü istifadə edə biləcəklər hər hansı bir şeyi – yemək, paltar, ətir - satması qadağandır”. İqtida” 229. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Alimlərin icması ilə kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır”. O, deyir: “Bu sanki bir kimsəni içki içməsi, zina etməsi, adam öldürməsi münasibətilə təbrik etmək kimi bir şeydir”. “Əhkəmu Əhli Zimmə” 1/441. Şeyx Useymin - rahmətullahi aleyhi – deyir ki: “Müsəlman bir kimsəyə qadağandır kafirlərin dəvətini qəbul edib orada iştirak etməyə. Bu onları bayramları münasibətilə təbrik etməkdən daha pisdir. Çünki bu onların bayramlarında iştirak etmək deməkdir”. “Məcmuu Fətava Va Rasail” 3/369.
Dostları ilə paylaş: |