Положение мяса животных



Yüklə 1,49 Mb.
səhifə77/81
tarix05.01.2022
ölçüsü1,49 Mb.
#111253
1   ...   73   74   75   76   77   78   79   80   81
Həmçinin: Əbu Məsud əl-Ənsari – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən gələn pulu götürməyi (xərcləməyi) qadağan etmişdir”. Buxari 2237, Müslim 1567. Əbu Zubeyr – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – it və pişiyin qazancını qadağan etmişdir". Müslim 1569, Əbu Davud 3479, Tirmizi 1279. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Qazancın ən şərlisi fahişənin qazancı, itdən olan qazanc və (beldən qan alanın) Hicamaçının qazancıdır". Müslim 1567. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –: "İtdən gələn gəliri qadağan etdiyi halda ov iti müstəsnadır" deyə buyurdu. Tirmizi 1281, əl-Albani "Həsən", Nəsəsi 7/309. H. 4806. Bir çox alimlər qadağan etdiyi halda, digərləri ov, qorumaq məqsədilə icazə vermişlər. İbn Qeyyim "Zədul Məad". Allah Daha Doğru Bilir!

Kəb b. Məlik – radıyallahu anhu - nun qızı Kəbşə rəvayət edir ki, Əbu Qatadə – radıyallahu anhu - nun oğluna nigahlanmışdım. Əbu Qatadənin yanına gəldim və ona dəstəmaz suyu gətirdim. Bu an bir pişik gələrək o, sudan içməyə başladı. Əbu Qatadə qabı əydi və pişik suyu içib bitirdi. Əbu Qatadə mənim ona baxdığımı gördükdə: "Ey qardaşımın qızı! Təəccübləndinmi?" dedi. Mən: "Bəli" dedim. O: "Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: Pişik nəcis deyildir, o ətrafımızda dolaşan bir heyvandır" deyə buyurdu. Əbu Davud 75, Nəsəi 67, Tirmizi 92, İbn Məcə 367, əl-Albani "Səhih". Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Birinizin qabından it su içərsə (və ya o, qaba ağzını soxarsa) o, qabı boşaltsın və birincisi torpqla olmaq şərtilə 7 dəfə yusun (Başqa rəvayətdə: İt bir qaba ağzını soxarsa onu 7 dəfə yuyun, 8-ci dəfə isə torpaqla ovun)". Müslim 279, Əbu Davud "Taharət" 37. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "İtin yaladığı qab əvvəldə və ya sonda torpaqla olmaq üzərə 7 dəfə yuyulur. Pişiyin yaladığı qab isə bir dəfə yuyulur". Tirmizi 91, Nəsəi 63, əl-Albani "Səhih".




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin