08 noyabr 2010
7-ci Çərçivə Proqramında iştirak
qaydalarına dair təlim barədə ilkin
MƏLUMAT
Hörmətli xanımlar və cənablar!
Regional İnnovasiya Texnologiyaları Akademiyası EXTEND layihəsi çərçivəsində Avropa Birliyi ekspertlərinin iştirakı ilə iki günlük təlim keçirir.
EXTEND - “Avropa Birliyi ilə Şərqi Avropa və Cənubi Qafqaz (ŞACQ ) ölkələri arasında İKT sahəsində tədqiqat əməkdaşlığının genişləndirilməsi” lahiyəsi Avropa Birliyi Komissiyası tərəfindən maliyyələşdirilir. EXTEND layihəsinin əsas məqsədi adı çəkilən ölkələrdə elmi tədqiqatların 2010-2015-ci illər üçün prioritet istiqamətlərini müəyyənləşdirmək və ŞACQ ölkələrinin Avropa Birliyi ilə əməkdaşlığını genişləndirməkdir.
Extend layihəsinə ŞACQ (Azərbaycan, Belorus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) ölkələrindən 6 partnyorla yanaşı Rumıniya və Yunanıstanın da nümayəndələri daxildir. Azərbaycan tərəfindən layihəni Regional İnnovativ Texnologiyalar Akademiyası (R.İ.T.A.) koordinasiya edir.
İKT sahəsində tədqiqatların prioritet istiqamətlərinə dair AB komissiyasına tövsiyyələr hazırlamaq üçün 2010-cu ilin mart–iyul aylarıında ŞACQ ölkələrində geniş miqyaslı məsləhətləşmələr keçirilmişdir. Azərbaycanda məsləhətləşmələrin yekunu olaraq 22 aprel 2010-cu il tarixdə Məsləhətləşmə Konfransı keçirilmiş və İKT sahəsində 8 prioritet istiqamət müəyyən edilmişdir.
23 aprel 2010-cu il tarixində Bakida EXTEND layihəsinin koordinatoru olan Yunanıstanın Planet təşkilatının nümayəndələri, AB ekspertləri tərəfindən yerli İKT mütəxəssisləri üçün təlim keçirilmişdir.
Azərbaycan mütəxəssis və təşkilatlarının Avropa Birliyi ilə əməkdaşlığını genişləndirilmək, onların 7FP-də iştirakını dəstəkləmək məqsədi ilə R.İ.T.A. növbəti təlim keçirir.
Təlim 24-25 noyabr 2010-cu il tarixində Bakutel2010 beynəlxalq sərgi və konfransı çərçivəsində təşkil edilir. Təlimin 1-ci günü Hyat Regency hotelinin Quba zalında, 2-ci günü AMEA-nın Kibernetika İnstitutunda keçiriləcəkdir. Təlimin proqramı əlavə edilir .
İştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, AB Komissiyasına təqdim edilməsi qaydaları ilə və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaq, AB ekspertləri ilə layihə təkliflərini müzakirə edəcək və dəyərli məsləhət almaq imkanı əldə edəcəklər. Bununla əlaqədar olaraq AB-nin 7FP Çərçivə Proqramında iştirak etmək üçün layihə ideyası olan tədqiqatçılara və mütəxəssislərə məktuba əlavə edilmiş layihə formasını doldyrmağı və 20 noyabr 2010-cu il tarixinə kimi bizə göndərməyi təklif edirik.
Təlimdə həmçinin 7FP-nin 2011-2012-ci illər üçün yeni İKT proqramı haqqında ətraflı məlumat veriləcəkdir.
Hörmətlə,
Tofiq Babayev
AB-nin 7FP İKT proqramının Azərbaycan təmsilçisi ,
EXTEND layihəsinin Azərbaycan üzrə koordinatoru
Dostları ilə paylaş: |