TƏDQİQATIN NƏTİCƏLƏRİ VƏ ONLARIN MÜZAKİRƏSİ
Tədqiqata daxil olan 120 postmenopauzal dövrdə olan qadının 45-i (37,5%) postmenopauzal dövrdə 2-5 il, 16 qadın (13,3%) – 6-9 il, 59 qadın isə (49,2%) – 10 ildən çox olmuşdur.
Postmenopauzal dövrdə klimakerik sindromun vegeto-damar əlamətləri 28,88±0,95 bal təşkil etmişdir. Kupperman şkalasına görə, mübadilə-endokrin əlamətləri 22,6±0,5 bal olmuşdur, bu da mübadilə-endokrin əlamətlərin orta ağır dərəcəsini əks etdirir. Kupperman şkalasına görə, klimakterik sindromun psixoemosional əlamətləri 7,8±0,46 bal olmuşdur. Qeyd etmək lazımdır ki, postmenopauzal dövrdə qadınların klimakterik sindrom əlamətlərinin MMİ 59,2±2,11 bal olmuşdur, bu da, klimakterik sindromun ağır dərəcəsini əks etdirir11.
Dostları ilə paylaş: |