Tədqiqatın praktik əhəmiyyəti. Aparılan tədqiqat nəticəsində postmenopauzal dövrdə hiperandrogeniya sindromunun səbəbləri və tezliyi təyin edilmişdir. Müəyyən edilmişdir ki, reproduktiv dövrdə yumurtalıqların polikistozu olan qadınlarda, postmenopauzal dövrdə yumurtalıqların funksional aktivliyinin sönməsi fonunda bu sindromun klinik-diaqnostik əlamətləri özünü büruzə verir və proqressiv hiperandrogeniya əlamətlərinin artmasına səbəb olur. Aparılan tədqiqat nəticəsində yumurtalıqların polikistozu və piylənmə mənşəli hiperandrogeniyası olan qadınlarda androgenlərin artması fonunda karbohidrat mübadiləsinin pozulması və yüksək tezliklə endometriumun hiperplaziyası qeyd olunur, bu da postmenopauzal dövrdə hiperandrogeniya sindromu olan qadınlarda neoplaziya ehtimalını artırır.
Təyin edilmişdir ki, uzun müddət androgenləri yüksəldən preparatların, o cümlədən, hestagenlərin, antidepressantların, antitireoid preparatların qəbulu postmenopauzal dövrdə yatrogen mənşəli hiperandrogeniya sindromuna səbəb olur. Bu preparatların fasiləli qəbulu və yaxud əvəz olunması postmenopauzal dövrdə olan qadınlarda androgenlərin səviyyəsinin enməsi ilə nəticələnir.
Dostları ilə paylaş: |