Nino Sakvareladze
(gürcü yazıçısı və riyaziyyatçısı)
“Yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq et , o, etdiklərinin əvəzini sənə qaytaracaq. Bu, böyük ürəyi və xeyirxah qəlbi olan müdrik bir insanın yazdığı olduqca müdrik bir pritçadır.”
Lyubov Lyubov
“Sizin bu əsəriniz olduqca fəlsəfi bir mahiyyət kəsb edir və istər-istəməz adamı başqa əsərlərinizi də oxumağa sövq edir.”
Viktor Xajilov
“ Heyrətamiz dərəcədə gözəl əsərdir. Heminqueylə müqayisə etmək olar.”
F. Passo
“Olduqca gözəl və insanidir.”
L. İşbulatova
(çeçen nasiri)
“Sizin əsəriniz insanı heyrətə gətirir.”
Taisiya İrs
“...Bütün canlıların həyatı bir-birinə oxşayır.
...Kainatda zərrədən külləcən hər şey təbiətin vahid qanunları ilə yaşayır.
...Şərdən şər, xeyirdən xeyir doğur.
Mənə elə gəlir ki, Sizin bu fikirləriniz əsərin açarıdır.
Siz tamamilə haqlısınız: həqiqətən, insanlar hələ bir çox mətləblərin mahiyyətini öyrənə bilməyiblər.”
Lena Sever
“Qeyri-adi dərəcədə gözəldir; çoxdandır ki, bu cür əsər oxumurdum.
Mən istərdim ki, Sizin bu əsəriniz uşaq və gənclər üçün ixtisaslaşmış çox mötəbər nəşriyyatlardan birində sap olnaydı.”
Dostları ilə paylaş: |