Yevgeniya Şendrika
(Litva, şairə)
“Gözəl poetik pritça- “Dəniz köçü” mənim hədsiz dərəcədə xoşuma gəldi. Bu dünyada hər bir canlının öz səsi var. Hətta, kədərin və sevincin də öz səsi var. Sizin bu fikirləriniz isə məni olduqca məmnun etdi.
Əsərin qəhrəmanı Tuqay çox xeyirxah bir insandır və elədikləri xoş əməllərin əvəzində xeyirxahlıqla üzləşir.
P.S. Sizin pritçada mənim daha çox bəyənib təqdir etdiyim məsələ, qəhrəmanların bir-birini anlayıb dərk etməsidir. Əsərin qəhrəmanları isə insanlar və digər canlılardır. Amma bəzən həyatda insanlar belə, bir-birini başa düşmürlər. Bu, çox kədərli haldır.”
Dostları ilə paylaş: |