PRESS-RELİS
Ukraynanın şəhərlərində Xocalı soyqırımına dair biqbordlar yerləşdirilib
Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair biqbordlar yerləşdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikoloyev, Jitomir və digər şəhərlərində yüzlərlə biqbordlar yerləşdirilib.
Biqbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu biqbordlar Ukrayna ərazisində bir ay müddətində mövcud olacaq.
Azərbaycanın Ukraynadakı Səfirliyi
Dostları ilə paylaş: |