Press-reliZ 06 sentyabr 2011-ci IL Bakı, Azərbaycan

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 20.59 Kb.
tarix24.10.2017
ölçüsü20.59 Kb.

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
06 sentyabr 2011-ci il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • BAŞ PROKURORLUQ MUXTAR RESPUBLİKA MTN-DƏ BAŞ VERƏN ÖLUM FAKTINI NƏZARƏTƏ GÖTÜRÜB

  • ƏLİ HƏSƏNOV HESAB EDİR Kİ, XALQ YALNIZ HÖKUMƏTİN NƏZARƏTİNDƏ OLAN TELEKANALLARDAKI XƏBƏRLƏRƏ İNANIR

  • AZADLIQ” QƏZETİNİN VEB SƏHİFƏSİ HÜCUMA MƏRUZ QALIR


ELAN!
8 SENTYABR - JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ münasibətilə Redaktorlar Birliyi sentyabrın 8-də saat 11.00-da 2-ci Fəxri Xiyabanda uyuyan, 2005-ci il mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarını ziyarət edəcək.

Mərasimə hüquq müdafiəçiləri, siyasilər, diplomatik korpus nümayəndələri dəvətlidirlər.

Qeyd edək ki, mərasimdən sonra saat 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində Redaktorlar Birliyinin növbəti toplantısı keçiriləcək.

ELAN!
07 SENTYABR SAAT 12.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində prezident təqaüdçüsü, 2 qrup Çernobl əlili olan Cəlilabad şəhər sakini Əmirov İxtiyar Ağaş oğlu ona çatacaq evin başqa şəxsə verilməsi və oğlunun DİN sıralarından işdən çıxarılmağına dair mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



BAŞ PROKURORLUQ MUXTAR RESPUBLİKA MTN-DƏ BAŞ VERƏN ÖLUM FAKTINI NƏZARƏTƏ GÖTÜRÜB

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini Turac Zeynalovun ölüm səbəblərinin araşdırılmasını nəzarətə götürüb. Bu barədə “Turan” informasiya agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun bildirdiyinə görə, sentyabrın 1-də ombudsman Elmira Süleymanova baş prokurora  və Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinə müraciət edərək T. Zeynalovun ölümünün səbəbinə aydınlıq gətirilməsini xahiş edib. Bu səbəbdən də baş prokuror T. Zeynalovun ölümünün səbəblərinin araşdırlması ilə bağlı konkret göstərişlər verib.

Xatırladaq ki, 2011-ci il avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini T. Zeynalov Muxtar Respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Həmin gün o, evə qayıtmayıb və orada zorakılığa məruz qalıb. Bir-neçə gün sonra isə onun cəsədi Mərkəzi Xəstəxananın meyitxanasına verilib. NMR MTN onun dəri xərçəngindən vəfat etdiyi barədə açıqlama yayıb.



ƏLİ HƏSƏNOV HESAB EDİR Kİ, XALQ YALNIZ HÖKUMƏTİN NƏZARƏTİNDƏ OLAN TELEKANALLARDAKI XƏBƏRLƏRƏ İNANIR
“İnsanlar daha televiziya və radiolarda verilən informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır”. APA-nın xəbərinə görə, bunu bu gün (06 sentyabr) Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bir sıra qəzetlərin maddi maraqlar naminə eyni adam haqqında pozitiv, yaxud neqativ məlumat yazdığını deyib. Onun sözlərinə görə, bir şəxsdən pul alıb onu müsbət xarakterizə edirlərsə, başqasından pul ala bilməyəndə əleyhinə yazırlar.
“Qəzet var ki, ən mühüm nazirləri 10 dəfə “tutur”, 15 dəfə işdən “çıxarır””, - deyə Ə. Həsənov əlavə edib.
Ə. Həsənov hər bir fəaliyyətin əsasında qanunun dayanmalı olduğunu deyib. O, bütün fəaliyyətlərdə şəffaflığın qorunmasının vacibliyini də vurğulayıb. Şöbə müdiri qəzetlərin oxuculara düzgün, səhih məlumatlar çatdırmasının zəruriliyini qeyd edib: “Mən bu ölkənin ən çox qəzet oxuyan adamıyam. Hər gün səhər saat 9-dan günorta saat 2-ə qədər ölkədə və ölkədən kənarda çıxan qəzetləri, həmçinin saytları oxuyur, televiziyalardakı məlumatlardan xəbər tutur, tapşırıqlar verirəm. Ondan sonra cəmi 4 saat vaxtım qalır ki, ölkənin ictimai-siyasi işinin idarəçiliyi ilə məşğul olum”.

Qeyd edək ki, ölkədə ümumrespublika səviyyəsində 9 telekanal fəaliyyət göstərir ki, müstəqil ekspertlər də bunların hamısının hökumətin nəzarətində olduğu qənaətindədirlər.

AZADLIQ” QƏZETİNİN VEB SƏHİFƏSİ HÜCUMA MƏRUZ QALIR
Sentyabrın 5-də axşam saatlarında “Azadlıq qəzetinin saytının fəaliyyəti məhdudlaşdırılıb və sayta giriş faktiki olaraq mümkün olmayıb. Bu barədə bu gün ( 6 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev məlumat verib.

O bildirib ki, buna səbəb kimi “Wikileaks” saytının Azərbaycanla bağlı açıqladığı sənədlərin daima qəzetin səhifələrində işıqlandırılması ola bilər: “Hesab edirəm ki, saytın fəaliyyətində yaşanan məhdudiyyətlər qəzetin 6 sentyabr 2011-ci il tarixli sayında gedən “İlham Əliyevin sərvəti kimin adınadır?” yazısı ilə bağlıdır. Dünən axşam saatlarından etibarən sayta girişin xeyli çətinləşdiyini gördük. Əvvəllər də dəfələrlə sayta haker hücumları olub”.


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə