R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
08 may 2009-cu il
Bakı, Azərbaycan
-
EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI
-
NAZİM QULİYEVƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
-
“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB
-
NAXÇIVANA QƏZETLƏR BİR GÜN SONRA ÇATIR
-
DEPUTATLAR BARAK OBAMANIN BƏYANATINA ETİRAZ EDİBLƏR
EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI
Bu gün (08 may) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.
İddiaçı Emin Hüseynov üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiyi üçün, iddiaçı tərəfin səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqovun prosesin təxirə salınması ilə bağlı müraciətinə əsasən, proses 13 may saat 11.30-dək təxirə salındı.
Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E. Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Dostları ilə paylaş: |