Press-reliZ 17 May 2012-ci IL Bakı, Azərbaycan



Yüklə 18,74 Kb.
tarix22.10.2017
ölçüsü18,74 Kb.
#10611

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
17 May 2012-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

  • SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

  • JURNALİST POLİSƏ ÇAĞIRILIB

  • ƏCNƏBİ JURNALİST BAKIDA HÜCUMA MƏRUZ QALIB


ELAN!

18 MAY SAAT 15:00-DA  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmiş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi keçiriləcək.
XURAL” QƏZETİNİN ƏMLAKI YENİDƏN HƏRRACA ÇIXARILACAQ

Xural” qəzetinin əmlakı yenidən hərraca çıxarılır. Bu barədə bu gün (17 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

M. Zeynallının sözlərinə görə, hərrac 18 may 2012-ci il tarixində saat 11-də Bakı şəhər M. Müşfiq küçəsi 2 A ünvanında keçiriləcək.

Bildirək ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC  Nərimanov rayon İcra Şöbəsinin 17/69 N-li 21.02.2012-ci il tarixli sifariş məktubuna əsasən, “Xural” qəzetinə məxsus texniki avadanlıqlar hərraca çıxarılır. Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilsə də, 18 aprel 2012-ci il tarixində keçirilən hərracda sifarişçinin olmaması səbəbindən hərrac təxirə salınmışdı. Bu dəfə əmlakın ilkin satış qiyməti 1215 manat qiymətləndirilib. 

Habelə qeyd edək ki, təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsman Elmira Süleymanovaya, eləcə də yerli və beynəlxalq hüquq müdafiəçilərinə, İnsan haqları təşkilatlarının nümayəndələrinə müraciət edib. Zeynallı müraciətində məhbusları məhkəməyə gətirən “voronok”larda dözülməz hallın aradan qaldırılması, məhkumların hüquqlarının kobud şəkildə pozulmasını qeyd edərək, vəziyyətin ətraflı araşdırılması və bu barədə tədbir görülməsini istəyib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də


qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma)
maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də bu müddət daha 3 ay  artırıldı.

SƏHƏR” TELEKANALININ SÜRÜCÜSÜ SƏRBƏST BURAXILIB

Mayın 16-da İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı  Ramil Dadaşov sərbəst buraxılıb. Bu barədə “Turan” məlumat yayıb.

Xatırladaq ki, İran İslam Respublikasının  “Səhər”  televiziya kanalının sürücüsü Ramil Dadaşov fevralın 17-də yaşadığı Sumqayıt şəhərində saxlanılıb və həmin günü Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Fevralın 24-də Sumqayıt Apellyasiya Məhkəməsi bu qərardan verilən şikayəti təmin etməyib. Hal-hazırda o  Şüvəlan İstintaq Təcridxanasında saxlanılır.


JURNALİST POLİSƏ ÇAĞIRILIB

Mayın 16-da jurnalist Təhminə Tağızadə Gəncə şəhər Polis İdarəsinə çağırılıb. Bu barədə “Azadlıq” radiosuna jurnalistin vəkili İntiqam Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə dünən saat 12 radələrində çağırış vərəqəsini jurnalistə göndəriblər, lakin vərəqdə onun nə qisimdə çağırılması göstərilməyib:

“Biz ümid edirdik ki, Təhminənin mayın 12-də polis tərəfindən qanunsuz saxlanılması ilə bağlı araşdırma aparılır və bu səbəbdən çağırılıb. Lakin Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Elçin Cahangirov bildirib ki, Nizami rayon bələdiyyəsi polisə Təhminə Tağızadədən şikayət edib. Guya Təhminə Tağızadə özünü Nizamı küçəsindəki sakinlərə ANS-in jurnalisti kimi təqdim edib və bunun araşdırılması üçün polisə müraciət olunub. İdarəyə çağırılma da bununla bağlıdır”.

Qeyd edək ki, mayın 12-də jurnalist Təhminə Tağızadə Nizami küçəsində sökülən evlərin sakinlərindən müsahibə alarkən polisə aparılmışdı. Qısa dindirmədən sonra isə jurnalist sərbəst buraxılmışdı.

ƏCNƏBİ JURNALİST BAKIDA HÜCUMA MƏRUZ QALIB

“Eurovision” Musiqi Festivalını işıqlandırmaq üçün Bakıya gəlmiş Belçikanın VRT telekanalının əməkdaşı hücuma məruz qalıb. Bu barədə www.hln.be saytı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, media nümayəndəsi Bakıda qaldığı otelin qarşısında taksi sürücülərindən birinin hücumuna məruz qalıb. Həmin hadisə nəticəsində onun çənəsi sınıb. Bakıdakı xəstəxanalardan birində ilkin tibbi yardım alan media təmsilçisi dərhal öz ölkəsinə yola salınıb.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 408-08-42 ; 408-75-30, fax: (+ 99 412) 598-45-19

QAYNAR XƏTT + 994 12 408 75 30



e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 18,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin